SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

______________Milli Kitabxana_______________ 

149 


 

Hər cəbhədə ayıq-sayıq  

Əsgər kimi durmalıyıq!  

Yoxsa gedib dəyər daşa  

Dəryamızda üzən qayıq. 

 

Taqsırımı deyim, düzü,  



Batan deyil haqqın sözü – 

Bəzən görə bilməmişdir  

Şairin də açıq gözü.  

Bəzən məni hər yad baxış  

Dönə-dönə "alqışlamış". 

 

O gün xallar vurdu qəlbimizdə tar.  



Bir günəş parladı gözlərimizə,  

Açdı qapısını səadət bizə...  

Yolda dörd gün bizi oxşadı hava.  

Bizə "buyur" dedi qızıl Moskva.  

Moskva! Dünyada ən böyük şəhər!  

Onun daşlarında həyat gülümsər.  

O bir dəniz kimi çalxanır hər an,  

Günün batmağını duymayır insan.  

Beyinlər işdədir, əllər işdədir,  

Moskva hər zaman bir gərdişdədir.  

Burda duyğuları oxşayır hər şey,  

Oxşayır gözləri burda hər muzey, - 

Bizə xəbər verir qərinələrdən. Bəsti!  

O yerləri dolaşmısan sən!  

Şığıyır quş kimi yeraltı qatar,  

Başının üstündə ağır binalar,  

Dəyişmiş Moskva - əski Moskva,  

Ruhları güldürür burdakı hava.  

Üzünü görmədim zər paqonların,  

Görmədim halını dvoryanların;  

Mən burda görmədim nə keşiş, nə çar,  

Bunları nəql etdi bizə qarılar.  

O gün zəncirlənmiş kilsəli şəhər,  

Bu gün səhər kimi ruha gülümsər. 

 



______________Milli Kitabxana_______________ 

150 


 

 

Mən burda görmüşəm min bir yadigar,  



Varaqla tarixi, gör bir nələr var!  

Moskva ömründə geyməmiş qara,  

Əyməmiş başını Napalyonlara...  

Çoxdur Moskvanın yaradan əli,  

Burdadır Puşkinin böyük heykəli.  

Tatyana Larina təbiət qızı,  

Onegin o qızın ilk vəfasızı  

Günlər keçirmişdir burda bir zaman;  

Mazurka rəqsinin gurultusundan  

Aynalar titrəmiş - hardadır onlar?  

Yaşadı ömrünü sərxoş salonlar...  

Cütbaşlı qartalın sındı qanadı,  

Silindi tarixdən onun son adı.  

Xəyalım dönərək yenə tərlana,  

Yenə də baş çəkir Qızıl Meydana...  

(Başqa bir şairin sıxıldı qəlbi,  

Yıxıldı daşlara boz sərçə kimi). 

...Bəsti! Nə xoş keçir bizimlə dövran...  

Var olsun dövranı, belə yaradan!  

Bu şair könlümün bir şüarı var:  

Ölsün yurdumuza xain çıxanlar!  

Bununla qurtaraq bu şerimizi,  

Başqa temalar da gözləyir bizi. 

1937 



______________Milli Kitabxana_______________ 

151 


 

YAZLA QIŞIN DEYİŞMƏSİ 

 

Yenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa

Dünya böyük bir tamaşa... 

Hər şey mənə tanış, - dedim, 

Baxıb, baxıb, danış, - dedim, 

Könül adlı ilk sirdaşa!  

Bu dağ mənim, o dağ sənin, gəzdım yeri qarış-qarış, 

Nələr açdı bu axtarış... 

Ey səadət səninkiyəm! 

Dünya deyir mən ikiyəm - 

Sağımda yaz, solumda qış.  

Yaz nə deyir: - Bağlarım var, güllərim var çiçək-çiçək, 

Qoxla məni, ətrimi çək! 

Mənə könül bağlayanlar, 

Hər sirrimi saxlayanlar 

Boran üzü görməyəcək.  

Mehribanlıq beşiyimdir, yerim bağça, yurdum bağdır, 

Alnım açıq, üzüm ağdır. 

Çoxdur sərin bulaqlarım, 

Göy çəmənli yaylaqlarım; 

Qəlbim isti, canım sağdır.  

Adım yazdır, gələndə mən axar çaylar daşa-daşa 

Haray salar dağa daşa... 

Seyrə çıxar oylağımı, 

Hər bağçamı, hər bağımı 

Sevgililər qoşa-qoşa.  

Mən açmışam bu dünyada qızıl gülün yanağını - 

Evimin ilk qonağını. 

Anasıyam bu güllərin, 

Süsənlərin, sünbüllərin. 

Mən açmışam bülbüllərin 

Nəğməli ney dodağını.  

Adım yazdır, şöhrətim var tərifində şairlərin. 

Havalarım sərin-sərin. 

Gülüşüyəm dost üzünün, 

Min bir bahar gündüzünün. 

  

 



______________Milli Kitabxana_______________ 

152 


 

 

Məndən öyrən yer üzünün 



Mənasını dərin-dərin!  

Al qumaşa bəzənmişəm gəlin kimi başdan-başa. 

Yaranmışam bir tamaşa! 

Bəxtiyardır analarım, 

Suda üzən sonalarım; 

Göydə uçar durnalarım 

Qaqqıldaşa-qaqqıldaşa.  

Cərınət ki, bir uydurmadır, gəl gör nədir çiçəkliyim! 

Qızıl güldür köynəkliyim. 

Mənimkidir bu meşələr, 

Qıvrım telli bənövşələr. 

Kollarımda turac gəzər

Xınalıdır hər kəkliyim.  

Ayın, günün, ulduzların yaranma bir sirdaşıyam, 

Səadətin qardaşıyam. 

Bizim bu qarlı dağların, 

Qəlbi vüqarlı dağların 

Əyilməyən dik başıyam!  

Adım yazdır, gələndə mən yağış yağar narın-narın, 

Ruhu gülər torpaqların... 

Günəş bizə qonaq gələr, 

Kölgəsində quş dincələr 

Əl boydakı yarpaqların.  

Hər il bizi gülə-gülə qarşılayır May bayramı, 

Seyrə çıxır o gün hamı; 

Bütün qızlar geyir dümağ, 

Yanaqları çıraq-çıraq. 

Əllərdəki qızıl bayraq 

Qurtuluşun ilk salamı.  

Tərlanlarım, qırğılarım qanad çalır göy havada. 

Toy qurulur min yuvada; 

Bütün dərdlər unudulur, 

Söhbət olub, saz tutulur 

Ağır elli hər obada.  

Adım yazdır, qucağımda nə boran var, nə də ki qar, 

Qapılardan qaçır azar. 

  



______________Milli Kitabxana_______________ 

153 


 

Mehribanam yaranmışa. 

"Gəlmə" deyir, qara, qışa 

Məxmər telli bu yoncalar.  

Bəzən  mənə qara bulud düşmən kimi baxır, gedər, 

Şimşəklərin çaxar, gedər. 

Çox sevirəm mən gündüzü

Qaranlığın o dar gözü 

Serxoş kımi axar, gedər.  

Günəş mənim ilk anamdır, istisi var saf qanımda, 

Axar sular dörd yanımda. 

Görən mənə heyran qalar, 

Şair məndən ilham alar 

Könlün torlan zamanında.  

Görməmişəm pis üzünü nə hicranın, möhnətin, 

Beşiyiyəm məhəbbətin. 

Kefim sazdır, damağım çağ, 

Yaratmışdır üzümü ağ 

Gözəl əli təbiətin.  

Mən gələndə bu düzlərdə ceyran qaçar, quzu mələr, 

Dilə gələr lal dərələr

Qış əriyər yana-yana... 

Sinəsini açar mana 

Örtüsü ağ pəncərələr.  

Təmiz havam təzələyir ciyərini insanların, 

Gözəliyəm dastanların. 

Güllər olur iç köynəyim, 

Dərmanıdır hər çiçəyim 

Təbiblərin, loğmanların.  

Artıq azad baxışların gözlərimdə işığı var 

Keçdi çovğun, əridi qar. 

Yaşıl dağlar allaz geyir; 

Baxıb-baxıb, "gəncəm" deyir 

Ağ birçəkli ixtiyarlar.  

Dodaqlarım səhər-axşam söhbət açır səadətdən, 

Bu şeirdən, bu sənətdən! 

Qurtuluşun mənəm yolu. 

Can qurtardı insan oğlu 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə