SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə37/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   33   34   35   36   37   38   39   40   ...   98

______________Milli Kitabxana_______________ 

158 


 

Ah, nə deyim şairlərə! Öz döşünə döyə-döyə  

Xam at kimi təpik atıb, sığışmırlar yerə, göyə.  

Bir demirlər mən nəçiyəm, yarandığım gündən bəri,  

Nələr görmüş bu dünyada Ay deyilən gözəl pəri?!  

Mənim də öz dastanım var, mənim də macəram vardır,  

Bu dünyada macərasız ürəyi daş olanlardır.  

Düzdür, insan yaranmadım, bəxtım belə yazılmışdır,  

Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır.  

Lakin mənə çox tanışdır insanlığın böyük səsi,  

Bir də nəyə toxunmamış o dahinin xoş nəfəsi?  

Dünya karvan yaranmışsa, insan oğlu bir sarbandır,  

Bəşər qəlbi göyə sığmaz, onun fikri bir ümmandır.  

Qoy şairlər vurulmasın yalnız mənim camalıma,  

Baxıb dastan bağlasınlar bu gözəllik kamalıma! 

Ay kiriyib dayandı. 

Qəlbim yandı, nə yandı! 

Tüstü çıxdı başımdan. 

Bu gözəl sirdaşımdan 

İlham alıb mən bu dəm 

Dedim: - Düzsən, ey sənəm! 

Sənin də əməyin var, 

Qəlbin var, diləyin var. 

Fəqət, bilmirəm niyə 

Sən deyən dərinliyə 

At çapmayır şairlər? 

Bəikə tükənmiş hünər?  

Ay çatıb qaşını "Yox" - dedi birdən,  

Qəzəblə oynadı durduğu yerdən.  

Dedi: - Nə deyirsən, uşaqsan, nədir?  

İnsanın hünəri bir xəzinədir.  

Nə qədər xərcləsən dünyada onu,  

O da vaxt kimidir - görünməz sonu!  

Lakin bu hünərin qədrini bilmək  

Hər hünər əhlinə borc olsun gərək!  

Dedim: - Düz deyirsən, ay nazlı sənəm!  

Haman şairlərin biri də mənəm... 

  



______________Milli Kitabxana_______________ 

159 


 

 

Mən də təbiətdən yazıram bəzən, 



Sonra ağrı qopur öz ürəyimdən. 

Görürəm gözlərim baş-ayaq vuruır, 

Bəzən quş yerinə dağ-daş uçurur

Bəzən gül yerinə tikan deyirəm, 

Göyün qurşağına örkən deyirəm. 

Bəzən ağ buludu yazıram qara, 

Baxıb gülüşürlər mən sənətkara. 

Hanı təbiətin dilini bilən? 

Gözəl Ay! Qarşında utanıram mən. 

Ay yenə hirslənib "yox!" - dedi birdən, 

Qəzəblə oynadı durduğu yerdən. 

Dedi ki, insafsız olma bu qədər, 

Yenə az olsa da, səndədir hünər. 

Yenə sən bilərsən eşqin dilini

Mən şahid tutaram öz sevgilini! 

Yenə sən sevirsən bu təbiəti, 

Ucuz tutmayırsan şeri, sənəti, 

Yuxulu gecələr çox az yatmısan, 

Mən kor deyiləm ki, saç ağartmısan - 

Deyib xumarlandı ayın gözləri, 

Sığındı qoynuma o gözəl pəri. 

Baxdı gözlərimə gülümsəyərək, 

Sinəmdə quş kimi çırpındı ürək 

Mən elə bildim ki, ürəyim acdır, 

Məhəbbət əbədi bir ehtiyacdır! 

Sonra solğun üzlü o dərdli sənəm 

Xəyala qərq oldu gözlərində qəm. 

Nəysə pıçıldamaq istədi mana

Lakin utanaraq çəkildi yana. 

Axdı yanağına iki damla yaş, 

Dedi: - Salamat qal! Gedirəm, qardaş! 

- Yox, - dedim! - Bir dayan! Hələ sözüm var! 

Gəl mənə bir danış, ey nazlı nigar! 

Sən ki, yaranışdan gözəlsən belə, 

Bir dastan olmusan ağıza, dilə, 

Aləmə səs salır hüsnün, camalın, 

  



______________Milli Kitabxana_______________ 

160 


 

İndi də bildim ki, çoxdur kamalın.  

Nədir üzündəki qara ləkələr?  

Anlada bilsəydin bunu birtəhər... 

 

Ay çatıb qaşını birdən qaraldı,  



Sanki gözlərində dünya daraldı.  

Süzülüb sel kimi axdı göz yaşı,  

Yazığın köksünə sallandı başı.  

Bulandı siması bir dərya kimi,  

Ümidsiz, nəşəsiz bir dünya kimi.  

Mən peşiman oldum öz sualımdan,  

O mənim halımı görüb bu zaman  

Hə!.. - dedi, - gəlmisən mətləb üstünə. 

 

İndi mənə qulaq as



Nə danışsam, onu yaz! 

Heç sorma ki, bu nədir? 

Bəlkə bir əfsanədir. 

Dedim: - Danış, tez danış! 

Daha səbrim qalmamış. 

 

Ay qaldırdı başını,  



Silərək göz yaşını  

Dedi: -Yaxşı qulaq as!  

Nə danışsam onu yaz: 

 

Bizim dövrümüzdən nə qədər qabaq,  



Nə mavi göy vardı, nə qara torpaq.  

O vaxt nə həyatdan vardı bir əsər,  

Nə dağlar, dərələr, nə də meşələr.  

Nə yaşıl yarpaqlar, nə də xəzəllər,  

Nə bulaq başında seçmə gözəllər.  

Nə məhəbbət sözü, nə hicran dərdi,  

Nə də qəm karvani axıb gedərdi.  

Dünya görməmişdi bir damlacıq qan,  

Nə bir canlı vardı, nə də bir insan.  

Nə sərhəd seçkisi qoyan ölkələr,  

Nə qanlı qanunlar, nə məhkəmələr, 

 



______________Milli Kitabxana_______________ 

161 


 

Nə bır ağa vardı, nə də ki, bir qul,  

Nə zəngin yaşardı, nə də ki, yoxsul.  

O vaxt görməmişdi dünya göz yaşı,  

Hər başın üstündə bir qəbir daşı!  

Nə də yer üzündə ayrılıq vardı,  

Dövran öz-özünə gəlib axardı.  

Günəş anam idi, mən onun qızı,  

Dünya salamlardı ilk baxtımızı...  

Ondan şəfəq alıb nura boyandım,  

Mən onun eşqilə alışıb-yandım.  

Anamın bir ana ürəyi vardı,  

O mənim boyumu öpüb oxşardı,  

Yanımdan getməzdi fıkri, diləyi;  

Bəzən dil açaraq ana ürəyi  

Deyərdi: - Ay adlı bir balam vardır,  

O məndən dünyaya ük yadigardır.  

Mənsə sığınardım onun qoynuna,  

Salıncaq qolumu atıb boynuna  

Üzündən öpərdim onun doyunca,  

Yorulmaq bilməzdim illər boyunca.  

Anam bu sevgidən min zövq alardı.  

Sonra ucaldıqca hey ucalardı... 

 

* * * 



Bir gün axşam çağında,  

Göylərin qucağında  

Anam oturmuşdu tək,  

Mənsə yaxın gələrək  

Acam, - dedim, - anacan!  

Onun qaş-qabağından  

Tökülürdü buludlar...  

Dedim: - Ana, de nə var,  

De nə var ki, belə sən  

Dərdlə fikirləşirsən?"  

Anam üzümə baxdı,  

Qəlbindən qanlar axdı. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə