SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

______________Milli Kitabxana_______________ 

162 


 

Heç soruşma, - dedi, - gəl!  

Bunu bilsəydim əvvəl  

Heç doğmazdım səni mən,  

Deyərək gözlərindən  

Sellər kimi yaş tökdü,  

Qəlbinə zülmət çökdü.  

Mənsə döndüm, doğrusu,  

Ana, - dedim, - nədir bu?  

Mən ki, sənin hər zaman  

Gözəl üzündə bir dəm  

Nə dərd görmüşdüm, nə qəm.  

Sən ki, əzəldən bəri  

Şad gəzərdin göyləri;  

Tutulmazdı qabağın;  

Sənin o gül dodağın  

Hər vaxt gülərdi mana.  

Can ana! Söylə, ana!  

Söylə nə oldu ki, sən  

Azad gülüşlərindən  

Ayrı düşdün? De görək!  

Anam bir ah çəkərək  

Dedi - Bala! Qulaq as:  

Analar dərdsiz olmaz!  

Sən deyirsən acam mən  

Süd gəlməyir döşümdən...  

Yalnızam... Yoxdur ərim;  

Qurumuşdur döşlərim  

Ac-acına durmaqdan.  

Azdan-çoxdan bir zaman  

Nə yığmışdımsa bütün  

Yedik qurtardı bu gün.  

Tamam boşaldı anbar,  

Bircə təknə unum var.  

Ah, qızım! Mən baxtı kəm  

O unu da bişirsəm  

Ac qalarıq sabahdan  

De, neyləyim, balacan?!. 

  



______________Milli Kitabxana_______________ 

163 


 

 

Ayın bu sözündən düşərək dərdə,  



Asıldı gözümdən bir qara pərdə.  

Açıldı qarşımda bir dar pəncərə.  

Xəyalım boylandı keçən günlərə,  

Yenə körpəliyim düşdü yadıma,  

Bir qaya bağlandı qol-qanadıma.  

Gözümdə canlandı anam yenidən,  

Onu min dəfə də xatırlasam mən,  

Min kitab yazsam da, o gül camala,  

Yenə də ondakı böyük kamala  

Yol tapa bilməmiş şair qələmi,  

Mən şahid tuturam bütün aləmi.  

Dünya binasını qoyandan bəri,  

De, hansı dahinin xəyal şahpəri  

Ucala bilmişdir barı bir kərə  

Ana qəlbindəki sonsuz göylərə?  

De, hansı şairin məğrur qələmi,  

Olsa da günəşin, ayın həmdəmi,  

Dilini bilsə də otun, çiçəyin,  

Sirrini açsa da hər bir ürəyin,  

Cana gətirsə də cansız daşları,  

Karvana düzsə də uçan quşları,  

Dönüb bac alsa da əsən küləkdən,  

Bir dünya qursa da minbir diləkdən,  

Xəyalı göylərə sipər dursa da,  

Günəşin qoynunda çadır qursa da,  

İnciyə tutsa da bütün aləmi,  

De, hansı şairin məğrur qələmi  

Ana qəlbindəki dəryadan keçmiş?  

Bu sonsuz, bu böyük dünyadan keçmiş? 

Fikrə getməyimi Ay duyar-duymaz,  

Şirin söhbətini saxiayıb bir az,  

Dedi ki: - Nə üçün getdin xəyala?  

Cavab verməyərək mən bu suala,  

Dedim: - Bu uzundur... sözünü qurtar!  

Tamam danış görək, nə macəran var?! 

  



______________Milli Kitabxana_______________ 

164 


 

- Bəli! - dedi, - o vaxt mən  

Anamın söhbətindən  

Saraldım birdən-birə;  

Sonra baxıb göylərə  

Bir ah çəkdim ucadan,  

Yaxşı, - dedim, - anacan!  

Darıxma yoxsulluğa,  

Əvvəldən də bolluğa  

Öyrənməmiş ağzımız.  

İndi qalsan da yalnız,  

Mənə izn ver gedim,  

Dünyaları seyr edim.  

Bir ruzi tapsam ana,  

Qovuşaram tez sana.  

Anam baxdı üzümə,  

İşıq verdi gözümə,  

Dedi: - Qızım, yaxşı yol!  

Ancaq bir az ayıq ol!  

Bir də unutma ki, sən  

Varım-yoxum bir sənsən! 

 

Mən örtdüm başıma bir ağ kəlağay,  



Buludlar qarşımda açıldı lay-lay...  

Mən getdim, arxamca su səpdi ana,  

Bütün kainaü çıxdsm seyrana.  

Keçdim göy üzünün çəmənzarından,  

Göylər dünyasının ilk baharından.  

Gah endim aşağı, gah da yüksəldim,  

Görüb bilmədiyim yerlərə gəldim.  

Gördüm ki, kainat naxış-naxışdır,  

Sənət işlənməmiş yer qalmamışdır.  

Bir hünər oxunur hər çeşnisindən.  

Aləmə baxdıqca anladım ki, mən  

Hər kiçik zərrənin öz aləmi var,  

Dünya bir ahəngdə tutmuşdur qərar...  

Az getdim, üz getdim, dolandım yenə  

Gəlib yaxınlaşdım Yer kürəsinə. 



______________Milli Kitabxana_______________ 

165 


 

 

 Nə görsəm yaxşıdır? Dərələr, dağlar,  



Kahalar, daxmalar, odlar, ocaqlar...  

Duydum yaşayışın xoş nəfəsini,  

Eşitdim ilk dəfə insan səsini.  

Bu səsdə nə böyük bir ləzzət varmış,  

Duyanlar daima xoşbəxt olarmış!  

Bü ki, iliyimə işlədi bu səs,  

Yüz min il yaşasam canımdan getməz...  

Mən onda bildim ki, "yaranmaq" nədir?  

Bəşərsiz kainat bir viranədir.  

Bildim, insan kimi böyük bir qüdrət  

Hələ yaratmamış bizim təbiət.  

Çatdı qulağıma onun nərəsi,  

Hələ dağ döşündə o çoban səsi  

Ruhuma dad verdi ilk gündən bəri  

O vaxtdan sevirəm mən bu yerləri,  

Bircə gün görməsəm, görməsəm onu,  

İlan vurmuş kimi rəngim qaralar,  

Başımın üstünü dumanlar alar...  

Ay bir az dayanıb sildi tərini,  

Yenə varaqladı can dəftərini: 

Vuruldum dünyama o gənc yaşına, 



Sərdim qanadımı bir dağ başına. 

Dağın ətəyində bir cütçü vardı, 

Nə bilim, yer əkib, yer şumlayardı...  

Çox dikdim gözümü mən ona sarı,  

Eşib sovururdu o torpaqları;  

Qan-tərə batmışdı bütün bədəni.  

Başını qaldırıb görüncə məni  

Dedi ki: - Yaxın gəl, uzaqda durma,  

Yetim uşaq kimi boynunu burma!  

Bu səsdə bir böyük mərhəmət duydum,  

İlk dəfə torpağa mən qədəm qoydum.  

Cütçü dilə gəlib, soruşdu məndən: 

- De 

qızım, nəçisən, haralısan sən? 



Üzünü görürəm birinci kərə, 

Sən heç bənzəmirsən bizimkilərə. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə