SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   ...   98

______________Milli Kitabxana_______________ 

17 


 

Güləşdən, güllədən, ölümdən, qandan.  

Qocalar qızışır, danışır hərdən  

Zal oğlu Rüstəmdə olan hünərdən.  

Sonra Koroğludan, bir də Qıratdan...  

İnsan yorulmadı bu xatiratdan...  

Molla Nəsrəddinin məzhəkələri  

Ellərin ağzına düşəndən bəri,  

Uşaqlar da onu sevərək oxşar,  

Dünyanın qəribə macərası var... 

Sonra qadınlar da növbəylə bir-bir  

Qohumdan, qonşudan qeybət eləyir : -  

Ay qız, Gülcamalın tutarı yoxdur,  

Bu qoca vaxtında heç arı yoxdur.  

Yenə sırğalanır, sığallanır, bax;  

Deyən, ər axtarır bu qoca sarsaq:  

Rəng alıb, rəng verir, gözlərin aydın.  

Bu saxta sözləri deyən bir qadın.  

Oynadır qaşını, süzür gözünü,  

Gülünc bir şəkilə salır özünü.  

Altmış ildir ki, sənəti budur,  

Səhər dediyini axşam unudur...  

Humay xoşlamayır bu söhbətləri  

Əyrini, doğrunu seçəndən bəri.  

Sonra süfrə gəlir, oturub yerdən,  

Qatıqdan, qaymaqdan, yağdan, pendirdən  

Nə varsa yeyilir, üstündən də çay...  

Hamıdan az yeyir, az içir Humay.  

İştahı olsa da, hey çəkinərək:  

"Qız olan bəndələr az yesin gərək".  

Humay düşündürür, Humay ağladır...  

O nə Tatyanadır, nə Ofelyadır.  

Həyata gəldiyi o gündən bəri  

O küskün baxışlı qara gözləri  

Nələr düşündürür... 

Onun həyatı,  

Sevgisi, taleyi, müqəddəratı 



______________Milli Kitabxana_______________ 

18 


 

Hər zaman andırır vərəmli bir qış,  

Bütün diləkləri gözündə qalmış...  

Bilirəm dərdini, bilirəm nədir,  

Humay təkayaqlı bir qərinədir. 

 

*** 



 

Şairim! Yaxanı bir qurtar da sən  

İnsana dərd verən hadisələrdən.  

Bizə yaşamaq da, ölmək da tanış,  

Bir az da başqa bir aləmdən danış! 

 

Ömür dedikləri dalğalı bir su...  



Acdır insanların fikrı, duyğusu.  

Həyatı güldürən dastanlar yarat,  

Varsın da qədrini bilməsin həyat!  

Ağardı saçların, ömrün də yarı;  

Kasadlıq keçirir şeirin bazarı.  

Gərək sinirlərin heç dincəlməsin,  

Gecələr gözün? yuxu gəlməsin!  

Hanı əsrimizin böyük Bayronu!  

Qüdrətin varsa da, sən yarat onu!  

Hanı Füzulinin ağlar qəzəli,  

Vaqifin gözaltı gülən gözəli.  

Söndümü duyğular, öldümü sənət,  

Küsdümü şairə, şeirə təbiət?.. 

 

İndi gül dəmidir, fəsli-bahardır,  



Hər gülün, çiçəyin bir sirri vardır.  

Əsrimiz nə qədər böyük olsa da,  

Çoxları möhtacdır bir təmiz ada.  

Qüdrətin varsa da, bunlardan danış,  

Bizə yaşamaq da, ölmək də tanış... 

 

Mən bu xəyal ilə xeyli zamandır  



Söykənib dururam yazı masama,  

Könül viran qalan bir xanimandır, 

  

 



______________Milli Kitabxana_______________ 

19 


 

Gözümdən kağıza yaş dama-dama  

Söykənib dururam yazı masama, 

Nədən şeirlərim ağıza düşüb,  

Dağların çobanı məni anmasın?  

Nədən karvanıyla quşlar ötüşüb,  

Başımın üstündə havalanmasın?  

Dağların çobanı məni anmasın? 

Nədən bu torpağın şirin ləhcəsi  

Şairəm deyənə biganə qalsın?  

Niyə gurladıqca suların səsi  

Ondakı qüvvəti ruzqarlar alsın?  

Şairəm deyənə biganə qalsın?.. 

Nədən söyləməsin ana dililə  

Öz odlu nitqini yoldaş komissar?  

Türkcə danışmasın sevgilisilə...  

Bu mənhus adətdo böyüklükmü var?  

Məndən inciməsin yoldaş komissar! 

Nədən şeirimizin baş qəhrəmanı  

Gah Turandan gəlir, gah da İrandan?  

Bəs mənim ölkəmin varlığı hanı?  

Böyük bir şairin yazdığı dastan  

Gah Turandan gəlir, gah da İrandan!..  

Budur mən açdığım yarış meydanı! – 

Gəlsin Verxarinı yamsılayanlar!..  

Çoxdan danışmayan sevgilim hanı?  

Gəlsin Verxarini yamsılayanlar!..  

Kimindir sabahdan axşama qədər  

Yağışda, yağmurda çalışan əllər?  

Kimindir ğecələr yuxusuz qalan,  

Səhvlər buraxan, töhmətlər alan,  

Fəqət hər ağrıya köksünü gərən,  

İşıqlı bir günə yollar göstərən,  

Günəşin altında, suyun içində, 

  



______________Milli Kitabxana_______________ 

20 


 

Əkində, tarlada, suda, biçində  

Dərisi çatlayan, gönü qaralan,  

Torpağın bağrını təpiklə yaran,  

Tərlan səhərlərin laçın övladı?  

Şeirə yaraşmazmı onların adı?  

Kimindir bu oba, bu söhbət, bu saz? 

Kimindir bəzəkli gəlin kimi yaz? 

Baxın cərgələnib keçən əsgərə, 

Səsinə səs verir hər dağ, hər dərə. 

Baxın o növbədə duran süngüyə, 

Baxın bu torpağa, baxın bu göyə. 

Kainat qurğusu, canlı bir əsər... 

Bəşər yaşadıqca yaşamaq istər! 

Qanadlan ilhamım, havalı könlüm! 

Daşlı, tikanlıdır uğurlu yolum. 

Böyük bir ölkənin vətəndaşısan, 

Çiynində torpaq da, daş da daşısan,  

Ağ günlər sərinə çox görmə bunu...  

Həyata, insana ödə borcunun 

 

MARAQLI BİR HADİSƏ 

 

Heyrət içindədir komsomolçular,  



Deyirlər maraqlı bir hadisə var:  

Mirpaşa məscidə bağlamış köpək.  

Kəndlilər qızışıb qeyzlənərək – 

Qarılar, qocalar qiyamət edir,  

Kəndin arasında danışıq gedir.  

Vicdan götürməyir bu haqsızlığı,  

İştə Mirpaşanın əxlaqsızlığı  

Dillərdə söylənir cinayət kimi,  

Söylənir Allaha xəyanət kimi.  

Toylarda, yaslarda, ağlaşmalarda,  

Əgər kimin qüvvəti qalırsa darda,  

Hər kimin taxılı susuz yanırsa,  

Kimin qonşusuna həsədi varsa



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə