SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə42/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   38   39   40   41   42   43   44   45   ...   98

______________Milli Kitabxana_______________ 

178 


 

(Daglar sultanı) 

 

Sən də dağ sultanı, dağ əjdərisən!  



Bu xeyir iş, bu məhəbbət yaşasın,  

Yaşasın, mehr ilə ülfət yaşasın! 

 

SƏS  


 

Yaşasın şöhrətimiz dağ gözəli! 

 

KÜSKÜN 


 

(Ətrafa)  

 

Onu ağlatmasa dövranın əli... 



 

SƏS 


 

Yaşasın ulduzu sönməz gecələr,  

Yaşasın daima sevdalı səhər! 

 

SİRDAŞ ƏMİ 



 

Yaşasın, buğda biçən əllərimiz,  

Suyu bol, torpağı bol ellərimiz! 

 

TALE PƏRİSİ 



 

Yaşasın sünbülü dolğun zəmilər,  

Qalmasın yerdə səfalətdən əsər! 

 

DAGLAR SULTANI 



 

Lənət olsun ölümün ac gözüno,  

Bir də hicranla xəyanət sözünə!  

Hərə şadlıqla içir badəsini,  

Dinləyir qəlbinin Allah səsini... 

 

SİRDAŞ ƏMİ 



 

Oxu, Tale pərisi, dağlara düşsün nəfəsin  

Oxşasın qəlbimizi dadlı, məlahətli səsin! 

  



______________Milli Kitabxana_______________ 

179 


 

DAĞLAR SULTANI 

 

Oxu, sən yurdumuzun taleyisən, öz qızısan,  



Sən Vətən göylərinin sirli dan ulduzusan! 

 

TALE PƏRİSİ 



 

Hər çiçəyin bir adı,  

Hər könülün muradı,  

Qovuşsun diləyinə  

Bütün insan övladı! 

 

KÜSKÜN  



 

(Ətrafa) 

 

Mənimsə eşqimin artıq rübabı yüz daşa dəydi,  



Mənimsə sərvimi birdən boran döydü, külək əydi,  

Sevinmodi yazıq ömrüm, səadətin dıli laimış,  

Gülür bu gün bütün aləm, bir ağlamaq mənə qalmış... 

 

TALE PƏRİSİ 



 

Könüllər sirdaş olsun

İnsanlar qardaş olsun. 

Bir məhəbbət, bır xeyir 

Hər məclisdə baş olsun! 

 

KÜSKÜN  



 

(Ətrafa) 

 

Mənimsə məclisim artıq, vərəmli bir yasa dönmüş,  



Nələr deyir qara baxtım? Əzəldən ulduzu sönmüş!..  

Musiqi dalğalanır, dinlə, könül nəğməsidir!  

Rəqs edənlərsə vətən qızlarmın dəstəsidir.  

Bir mələkdən daha safdır üzü nazəndələrin,  

Ala gözlər süzülür, göy kimi mənası dərin...  

Əldə yaylıq, kəlağaylar qanad açmış havada,  

Bunu quşlar da görüb rəqsə gəlirlər yuvada.  

Əl çalırlar ana yurdun bu gözəl sənətinə,  

Toyla, bayramla keçən ömrün əziz nemətinə... 

  



______________Milli Kitabxana_______________ 

180 


 

*** 


DAĞLAR SULTANI 

 

O nədir? Kimdir o hikmətlə gələn?  



Kim olar sizcə bu sürətlə gələn? 

 

SİRDAŞ ƏMİ  



 

Nə deyim, bəlkə qonaqdır... 

 

DAĞLAR SULTANI  



 

Görünür... 

 

TALE PƏRİSİ 



 

Arxasıncan da üfuqlər surünür...  

Tanrı simalı gözəl bir qocadır,  

Boyu da sərv ağacından ucadır! 

 

* * * 


 

Gəlir dağ gövdəli bir pir, onun alnında hikmət var,  

Onun qəlbində, ruhində tükənməz bir məhəbbət var.  

Gəlir qartal vüqarilə... Öpür göylər ayağından,  

Kimin qanunu düzdürsə, onun hökmündə qüdrət var...  

O insanlıqla fəxr eylər, gözəldir feli, rəftarı,  

Günəşdir qəlbi, vicdanı, könül mülkündə ülfət var.  

Azadlıqdır onun eşqi, həyatdır ən böyük andı,  

Onun qüdsi kitabında nə istibdad, nə möhnət var! 

 

HÜRMÜZ 



 

Çox mübarək bu gözəl, həm də əziz bayramınız!  

Kimin eşqilə sevinmiş bu böyük ilhamınız? 

 

SİRDAŞ ƏMİ  



 

Biri dağ sultanıdır, digəri dağlar gözəli! 

  



______________Milli Kitabxana_______________ 

181 


 

HÜRMÜZ 


 

Çox gözəl xəlq eləmişdir sizi dövranın əli!  

Nə zamandır gəzirəm, dövr edirəm aləmi mən,  

Başqa bir zövq alıram indi bu xoş mənzərədən!  

Burda hər şey dəyişib, burda bahar aləmi var,  

Nə əsarət, nə səfalət, nə də hicran qəmi var...  

Burda eşqin günəşindən yaranır nazlı səhər...  

Belə bir gün görəcəkmiş başı sevdalı bəşər!  

Kimin övladısınız! 

 

DAĞLAR SULTANI  



 

Hürmüzün övladı!.. 

 

HÜRMÜZ  


 

Neçin? 


 

DAĞLAR SULTANI 

 

Çünki insan yaranır insana dost olmaq üçün  



Hürmüzün ruhu suvarmış bu məhəbbət bağını,  

Bizim odlar beşiyi - doğma vətən torpağını. 

 

HÜRMÜZ  


 

Vətənin sevgisi xoşdurmu? 

 

DAĞLAR SULTANI 



 

O şərbət kimidir, 

Vətən andı, vətən eşqı əbədıyyət kimidir... 

 

HÜRMÜZ 



 

(Onun alnından öpərək) 

 

 Elin idrakı gül açmış bu kamalında sənin! 



 

TALE PƏRİSİ 

 

Tanrının hüsnünü gördüm bu camalında sənin  



Söylə kimsən, babacan? 

  



______________Milli Kitabxana_______________ 

182 


 

HÜRMÜZ  


 

Mənmi kiməm? 

Sorma bunu! 

 

Yenə dövran deyəcəkdir sizə dost olduğumu...  



Qızım! Solmaz çiçəklərdən  

Səninçin tac düzəltdim mən.  

Səməndər adlı bir quşdur,  

Alovlardan doğulmuşdur...  

Ölər ayrılsa odlardan – 

Vətənsiz böylədir insan!  

Zamanın nəbzi vurduqca  

Bu məndən yadigar olsun;  

Vətən sevdası durduqca  

Sənin eşqin də var olsun!.. 

 

KUSKUN 


 

Yalandır! Eşqlər yoxdur... Sönükdür baxtımız hər an,  

Fəlakətdən doğulmuşdur zavallı, kimsəsiz insan! 

 

SİRDAŞ ƏMİ 



 

 (Hürmüzə) 

 

Azardır... Əfv edin siz də, onun ömrü şikayətdir,  



Hər ağ gün, hər gözəl bayram onunçün bir fəlakətdir. 

 

HÜRMÜZ 



 

Gəl, oğlum! Durma pəjmürdə. Xeyirdən qaçma, şərdən qaç,  

Nədir dərdin? Nə sirrin var? Din, oğlum, sən də söhbət aç! 

 

Göy guruldar şimşək oynar  



Bir fəlakət qorxusundan;  

Böylədir talesiz insan.  

Ömrü atəşlərdə qaynar... 

Əhrimən öz dəstəsilə.  

Devlər, iblislər səsilə  

Qışqırıqlar saldı birdən,  

Nalə, fəryad qopdu yerdən... 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə