SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə43/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   39   40   41   42   43   44   45   46   ...   98

______________Milli Kitabxana_______________ 

183 


 

HÜRMÜZ 


 

Söylə, kimsən? Niyə gəldin? De, xəyalında nə var? 

 

SİRDAŞ ƏMİ  



 

De, salamsız niyə gəldin? 

 

ƏHRİMƏN 


 

Nə olar? 

Sizin adətdə yazılmış quru söz, haqqı-salam, 

Məni bir başqa təriqətdə böyütmüşdür anam. 

 

HÜRMÜZ 


 

Qoca! Kimsən deyirəm? 

 

ƏHRİMƏN 


 

Son deyiləm... Mən də mənəm!..  

Yoxsa ölmüşmü sayırdın qocaman Əhriməni?  

Hələ məhv olmamışam, var yenə aləmdə səsim,  

Bir yanar dağ kimiyəm, daima oddur nəfəsiin!  

İndi bildınmi kiməm? 

 

HÜRMÜZ  


 

Şər köpəyi! 

 

ƏHRİMƏN 


 

Bir də tanı! 

 

Külə döndərməyə gəldim bu gözəl xanimanı! 



 

HÜRMÜZ 


 

Niyə daş doğmadı, zalım, səni xəlq etdi anan?  

Sən deyilsənmi bu aləmdə bütün xeyri danan?  

Sən deyilsənmi bu tarixləri çaxnaşdıran əl...  

Qoca Hürmüz də mənəm! Gəl, yenə meydanıma gəl! 

  



______________Milli Kitabxana_______________ 

184 


 

ƏHRİMƏN 


 

Bir zamanlar yaralar vurmuş idin sinəmə sən,  

İntiqam eşqim alovlandı, sağaldım yenidən!  

Mən qılınc qurşamışam, bax, bu gələn nəslimə, bax!  

Nə qədər ölməmışəm, üstünə tufan qopacaq! 

 

HÜRMÜZ 



 

Sən uğursuzsan, a zalım! Bilirəm hiyləni mən,  

Sən ki varsan, göz açılmaz dediyin faciədən!  

Yenə evlər yıxacaqdır o sənin murdar əlin,  

Yenə qanlar tökəcəkdir o şərəfsiz əməlin!  

Yenə yurdlar, yuvalar tapdalanıb xar olacaq,  

Yenə güllər tökülüb, nazlı çiçəklər solacaq! 

 

ƏHRİMƏN 



 

Mənim andım var əzəldən, bunu yer bilsə gərək,  

Ayağım dəydiyi torpaqda çiçək bitməyəcək!.. 

 

DAĞLAR SULTANI 



 

Bəs deyildirmi bu zülmün? Nə olar, haqq yola gəl!  

Sən də 

eşqin günəşilə sevişib, qol-qola gə!! 



 

ƏHRİMƏN 


 

Mən günəş düşməniyəm, zülməti göstər mənə sən!  

Bir əsarətdir əzəldən o məhəbbət deyilən...  

Mən qaranlıq mələyi, bir də şərin tanrısıyam!.. 

 

HÜRMÜZ  


 

Mən də xeyrin günəşi, bir bəşərin tanrısıyam! 

 

(Ətrafa)  

 

İki Allah yaşadıqca qurumaz qan dənizi... 



 

ƏHRİMƏN 


 

Bu qılıncım kəsəcəkdir o xeyir nəslinizi.  

Ayaq altında gərək tarmar olsun vətənin! 

  



______________Milli Kitabxana_______________ 

185 


 

HÜRMÜZ 


 

Bir vətən sevgisi olsaydı qılıncında sənin,  

İnanardım gücünə! İndi dayan, şəryuvası!  

Mənə qüvvət verəcəkdir ana yurdun havası...  

Haydı! Sərkərdəni seç! 

 

ƏHRİMƏN 



 

Bax, o duran Zülmətə bax! 

Adı Zülmət, özü zülmət, sizə cəllad olacaq! 

(Zülmət gəlir. Əhrimənin qarşısında diz çökür) 

 

 ZULMƏT 


 

Atam matəm, anam hicran, bu möhnətdən yarandım mən,  

Bütün qəlbimlə vicdanım doğulmuşdur müsibətdən.  

Mənim tanrınmsa bir sənsən, özüm zülmət, yolum haqdır,  

Mənim eşqim, mənim qayəm sənin zəvvarın olmaqdır! 

 

ƏHRİMƏN 



 

Al! Mənim köhnə qılmcımla bütün əlini yar!  

Hara getsən özün ilə qatı bir zülmət apar!  

Aldanıb uyma nə insan, nə də vicdan sözünə,  

Çünki bir pərdədir onlar, bu qılınclar gözünə!..  

Yanma aləmdə nə hicran, nə də bir göz yaşına,  

Kim ki, qan aşiqidir onları yığ öz başına...  

Çünki qan olmuş əzəldən bizə şöhrət qazanan, 

 Doqquz ay qanla yoğurmuş səni bətnində anan!  

Sən də sərkərdəni seç! 

 

HÜRMÜZ 


 

Bax, tanı, Dağ Sultanıdır! 

Adı Dağ Sultanıdır, şöhrəti el vicdanıdır! 

Günəş göy göstərir əlan, 

Deyir çarpış bu zülmətlə. 

Əlindən Hürmüzün Sultanı 

Öpür bir saf məhəbbətlə. 

  



______________Milli Kitabxana_______________ 

186 


 

HÜRMÜZ 


 

(Qılıncını ona verərək) 

 

Al, oğul! Qurşa bunu, bil ki, bu haqqın əlidir,  



Bu qılınc ilə şərin tanrıları ölmalıdir!  

Günəşin nurunu, ulduzları yığ öz başına,  

İidırım sürəti çax sən bu əsarat daşına.  

Bəşərin eşqini, sevdasını qəlbində yaşat!  

Sən həyat aşiqi ol ki, sənin olsun bu həyat!  

Bu yolun qorxulu tufanları, yanğınları var...  

Hara getsən də, xeyirdən yeni bir nemət apar!  

Dara düşdükcə, oğul, başqasının qeydini çək!  

Səni sevsin bəşəriyyət, sənin olsun gələcək!  

O zaman Zülmətin üstündə boranlar kimi əs,  

Sən bu şər tanrınsının birdəfəlik nəslini kəs! 

 

SƏSLƏR  



 

Amin! Amin 

 

DAĞLAR SULTANI  



 

(Hürmüzə) 

 

Sən ki, xeyrin günəşi, bir bəşərin tanrısısan,  

Səndən ilham alacaq qanlı döyüşlərdə zaman.  

Mənsə bir əsgəriyəm sən dediyin nurlu yolun,  

Mənim andım da həyatdır, buna siz şahid olun!  

Baxır ətrafa hörmətlə, Baxır bir mehri ülfətlə...  

Oxu, Tale pərisi! Dağlara düşsün nəfəsin  

Oxu, düşmən qabağında ürəyin titrəməsin! 

 

TALE PƏRİSİ 



 

Sənə yar olsun, əzizim, dövran!  

Naümid çıxma bu tufanlardan. Ulu Hürmüz!  

Onu sən hifz eylə Duyğusuz, eşqsiz insanlardan! 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə