SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə44/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   40   41   42   43   44   45   46   47   ...   98

______________Milli Kitabxana_______________ 

187 


 

 

Qılınclar, nizələr, oxlar süzüb göylərdə rəqs eylər,  



O mizraqlar, o qalxanlar fəlakətdən xəbər söylər...  

Qabaqlaşmış xeyir şərlə, baxışlardan alov parlar,  

Göyün eyvanı uçmuşmu? Yerin qəlbində tufan var...  

Sənın Tale pərisindən - məhəbbətmi düşən dərdə? 

 Qaranlıq sıxlaşır artıq... Susur nəğmə. Düşür pərdə... 

 

1944 



  


______________Milli Kitabxana_______________ 

188 


 

BAKININ DASTANI  

 

PROLOQ 

 

Neçə ildir könül deyir söylə, şair,  



Şeir, sənət gülzarında Bakı hanı?  

Sən nə zaman yazacaqsan ilk dastanı  

Bu müqəddəs, bu möhtəşəm hüsnə dair?!  

Lakin bizim böyük şəhər bir ümmandır,  

Bu ümmanda üzmək üçün qəvvas gərək.  

Bu arzuyla yaşamışam nə zamandır,  

Var ol, məni bu ümmana atan ürək!  

Var ol sən də, gözəl Bakı, qadir ana!  

Camalının şöləsidir bu ilhamım.  

Öz borcumu ödəyərsəm bu gün sana,  

Gözlərimdə qalmayacaq heç bir kamım! 

 

Birinci nəğmə  

 

BAKININ BAHARI 

 

Hava sakit... Dəniz şəffaf... Səhər dilbər...  



Al günəşin şəfəqləri düşür suya.  

Asta-asta oynadıqca göy ləpələr,  

İlham verir min arzuya, min duyğuya.  

Qanad kimi, qayıqların ağ yelkəni  

Süzüb gedir, seyr edirəm onları mən,  

Dastan kimi oxuyuram bu dənizdən  

Dünya görmüş, zaman görmüş bir ölkəni!  

Sahildəyəm, mən dənizi bu ülfətlə  

Duymamışdım, sevraəmişdim indiyədək.  

Nə xoşbaxtam! İlahi bir məhəbbətlə,  

Dəniz! - deyir, - Dəniz! – deyir bu gün ürək!..  

Osa, açmış öz mehriban qucağını,  

Gəlin, - deyir - sinəm üstə yeriniz var!  

İlk baharı seyrə çıxın, Özəl dostlar!  

Seyrə çıxın bu ülviyyət ocağını! 

  



______________Milli Kitabxana_______________ 

189 


 

Nə gözəlmiş dəniz üstə neyin səsi – 

O, insanın çiçək açmış arzusudur  

Həyat verir, bir arzunun zümzüməsi,  

Azadlığın, səadətin hökmü budur!  

Oxu, oxu! Ana yurdun körpə qızı!  

Mavi dəniz xumarlanır nəfəsinlə,  

Günəş belə salamlayır baxtımızı.  

Oxu, quzum, öz qəlbinlə, həvəsinlə!  

Oxu, bala, dinləyirəm təranəni,  

Dodağında gül açmışdır bəxtiyarlıq.  

Mən duyduqca, düşündükcə bu gün səni,  

Ürəyimdə şeir olur bütün varlıq.  

Ləkə yoxdur sənin o gül yanağında,  

Gözlərində yanan alov - ilk bahardır.  

Şərqi deyən sənin körpə dodağında  

Bir ölkənin haqqı vardır, özü vardır  

Oxu, qızım! Alnın açıq, ürəyin şad,  

Al günəşdən heç ayırma əlini sən;  

Qəlbi azad, fıkri azad, eşqi azad  

Yurdumuzun sabahkı bir gəlinisən.  

Bir analıq şərəfin də vardır sənin,  

Qoynundadır insanlığın saf diləyi...  

Övladları azad olmuş bir Vətənin  

Al şəfəqə bürünmüşdür gələcəyi.  

Oxu, dedim, sənə, quzum, gülür bahar!  

Bir ilhamdır nəfəsindən gələn avaz.  

Söylə, neçin gülümsədin! Sözünmü var?  

Hə... deyirsən, gəl şərqimi sən özün yaz!  

Alqış sənin bu arzuna! İndi dinlə, O şərqini  

Öz əlimlə yazıram mən.  

Mənim şerim sənin şirin nəfəsinlə  

Yer üzünə salam versin ölkəmizdən: 

"Bakı! Bakı! Ana vətən!  

Bizə şöhrət yarandın, sən!  

Gün camalın şölə salır...  

Qəhrəmanlar ilham alır 



______________Milli Kitabxana_______________ 

190 


 

  

Sənin həyat qüdrətindən  



Bilinməyir hələ yaşın, 

İnsan olmuş ilk sirdaşın... 

 

* * * 


Aç tarixi varaq-varaq,  

Hər dövranın hökmünə bax...  

Burda min bir od yanarmış,  

Onun da öz hüsnü varmış.  

Müqəddəsmiş hər bir ocaq...  

Çıraqbanlar bir tamaşa – 

Alışarmış başdan-başa. 

 

*** 



Bu torpağın oğlu, qızı,  

Yanaqları al-qırmızı,  

Bu torpaqdan ilham almış.  

At belində qılınc çalmış,  

Yaşatmışdır haqqımızı. 

 

Bakı, Bakı, gözəl diyar!  



Qəhrəmanlıq şöhrətin var.  

Bu quruda, bu dənizdə,  

Eşqi azad ölkəmizdə  

Xar olmuşdur qəsbkarlar. 

Ana torpaq! Ana torpaq!  

Əlindəki bu al bayraq,  

Beşbucaqlı bu ulduzun  

Ülkəridir baxtımızın,  

O daima parlayacaq!.. 

Bakı! Bakı! Gözəl vətən!  

Bizə şöhrət yarandın sən!  

Zülmətlərə sinə gərən,  

Qoca Şərqə yol göstərən  

Al bayraqlı bir günəşsən!..." 

  



______________Milli Kitabxana_______________ 

191 


 

 

Şərqi uçur... Dalğalanir neyin səsi...  



Ruhum quşu qanad çalır asimana.  

Gözlərimdə saf dənizin mənzərəsi – 

Bütün dünya bir yanadır, o bir yana!  

Dəniz! Dəniz! Nə genişdir ənginlərin!  

O, bəlkə də bir ölkənin kamalıdır...  

Günəş qızğın... sahil yaşıl... hava sərin...  

Bu gözəllik ana yurdun camalıdir  

Dolandıqca sahil boyu mən vüqarla,  

Düzülmüşdür sərv ağacı qatar-qatar,  

İnsan oğlu görüşdükcə ilk baharla  

Fəsil-fəsil təzələnir saf duyğular...  

Bizim Xəzər sahilində səhər-səhər  

Min zövqü var xəyal ilə dolanmağın.  

Bulud kimi çaxnaşaraq keçən günlər,  

Müqəddəsdir dərya kimi bulanmağın.  

Bəli, Xəzər, dəli Xəzər coşur bəzən...  

Qorxunc olur dənizdəki fırtınalar.  

Sahilləri gəmirsə də, o, hirsindən,  

Yenə bir saf ana qəlbi, bir eşqi var.  

Sıçradıqca ağ köpüklü o dalğalar,  

Biz deyirik yenə coşan gilavardır.  

Xilqətdədir qopan çovğun, əsən ruzgar,  

Boranın da, tufanın da hüsnü vardır!  

Bəzən çəkir qılıncıni qopan külək,  

Şiddətindən pəncərələr əsir zağ-zağ.  

Ağzı üstə yerə düşür körpə uşaq.  

Qocalarsa evə dolur büzüşərək.  

Mən sevirəm büsatını boranların,  

Fırtınasız, təlatümsüz keçən ömür  

Röya kimi, xəyal kimi boş görünür;  

Yaz da, qış da nəsibidir insanların.  

Mən düşmənəm sükunətə əzəl gündən.  

Ara-sıra dalğalansın qoca dəniz!  

Fırtınalar dünyasında qoy nəslimiz,  

Bərkidikcə, yaşa dolsun ana Vətən! 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə