SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə45/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   41   42   43   44   45   46   47   48   ...   98

______________Milli Kitabxana_______________ 

192 


 

Eşidirsən? Bizdən bir az uzaqlarda  

Deniz kimi dalğalanır qəhrəmanlar...  

Qana batmış o düzlərdə, o dağlarda  

Yurdumuzun böyütdüyü mərd insanlar,  

Tufan kmi qopur üstə fəlakətin.  

Hər ətalət ölümüdür səadətin.  

Böyük şəhər! Böyük şəhər! Qəlbin sənin  

Gecə-gündüz ürək kimi nə qaynardır?  

Sən düşünən bir beynisən bu vətənin,  

Fəqət təsvir elədiyim ilk bahardır.  

Bu mətləbdən uzaqlaşsaq söz qırılar,  

Şeir, sənət dünyasının ahəngi var.  

Bakı dedim... Bahar dedim sizə bayaq,  

Sahil boyu ətir saçır yasəmənlər.  

Hər addımda bir bağçalıq, bir təzə bağ  

Üzə gülür axşam-axşam, səhər-səhər,  

Seyr etdiyim bu ağaclar içində mən  

Hamısından çox sevirəm çinarları,  

Bəlkə gözüm alışmışdır körpəlikdən  

Mən sevirəm çinardakı o vüqarı.  

Vüqar dedim! Bu, insanda yaranmışdır,  

Ömür boyu yaşayacaq, "varam" - deyə.  

Onun hüsnü çinar kimi daranmışdır,  

Vüqar da bir ziynət olsun qoy gəncliyə!  

Gənclik dedim! Mən günəşi piyalə tək  

Qaldırıram bu gəncliyin sağlığına.  

Bir şöhrətdir saçlarımın ağlığına  

Bu qüdrətlə sinəmdəki çarpan ürək.  

Ürək dedim! O, müqəddəs bir ağacdır...  

Qoy var olsun insanlığın bu ilk varı!  

Ürək - oddur! Gecə-gündüz yanacaqdır.  

Ürəkdədir min arzunun alovları!  

Alov dedim, o da ağlın qanadıdır,  

Yarıb keçdi ziümətləri şimşək kimi.  

O, həyatın dünya görmüş ustadıdır,  

O da sadiq yaranmışdır ürək kimi! 

 



______________Milli Kitabxana_______________ 

193 


 

 

Söyüd! Söyüd! Fikri dalğın, qəlbi həssas,  



Candan zərif insanlara bənzərin var.  

Balta deyil, sənə bıçaq dəysə bir az,  

Budağından damcı-damcı sular axar  

Bir balaca tərpənəndə sərin külək  

Xışıldayır qurd ağızlı yarpaqların.  

Yay günündə yağış yağsa narın-narın,  

Qol-budağın yerə düşür büzüşərək.  

Eh... Nə deyim! Sən də belə yaranmısan,  

Deyirlər ki, nə xeyrin var, nə bəhərin...  

Zərər yoxdur, yenə sevir səni insan,  

İnciməsin zərif telli hisslərin!  

Bəs nə deyir nazlı badam, körpə püstə?  

Bu nemətlər yarandığı gündən bəri  

Busə kimi şirin olur dodaq üstə.  

Yaxşı bilir bizim dağlı məhlələri;  

Zövqü varmış babaların bu ziynətə,  

Qoy püstələr, o badamla

r az olmasın,  

Qulluq edək, can yandıraq bu nemətə!  

Onun nəsli gündən-günə azalmasın!  

Şam ağacı, şam ağacı! Küsmə məndən,  

Qış da, yaz da camalında bahar yaşar.  

Sordum loğman qüdrətini çiçəklərdən,  

Sən təbibsən, həyat adlı bir eşqin var!  

Boy at, boy at! Göyə dəysin sənin başın,  

Təmiz havan şəfa verir xəstələrə!  

Qoy hər zaman insan olsun can sirdaşın,  

Qoy var olsun bu məhəbbət... bu mənzərə! 

Bakı! Bakı! On, on beş il bundan qabaq  

Yadımdadır kiçik daşlı o torpaqlar...  

Yadımdadır qum sovuran o tozanaq.  

Xeyri varmı o səhnəni kamil yazaq?  

O günlərdən nə bir əsər, nə nişan var,  

Bakı, Bakı! Qoy var olsun ilk baharın;  

Qüdrətindir gözəlliyin bu heykəli! 



______________Milli Kitabxana_______________ 

194 


 

  

Dəyişmişdir hər səmtini min ruzgarın. 



Vətən eşqi... Halal zəhmət... İnsan əli... 

Alqış bizim zəfər taclı bu dövrana!  

Bu dövranla çiçəkləndi qoca şəhər  

Yaşa, Bakı! Yaşa, Vətən! Yaşa, Ana!  

Yaşa, zəhmət!Yaşa, sevgi! Yaşa hünər!  

Hələ göylər... Bizim göylər... Bir yaxşı bax!  

Xəyal kimi sonu yoxdur bu göylərin.  

Ağ buludlar dayanmışdır qalaq-qalaq,  

Fəza dərin, dəniz dərin... məna dərin!  

Rəssam qardaş! Bu mənanın seyrinə dal!  

Bizim Bakı göylərinin əksini çək!  

Qanad versin ilhanıma qadir xəyal – 

Səma - çəmən, ulduzların çiçək-çiçək!  

Zümrüd səma! Zümrüd səma! Bu hüsnündən  

Qoca rəngsaz ziynət versin saraylara!  

Yarandığın, yaşadığın əzəl gündən  

Bir əbədi şəfəq saçsın ilk bahara!  

Bakı! Bakı! Üstündəki bu səmanın  

Bir əvəzi varmı görən bu cahanda?  

Qəlbin kimi nə genişdir asimanın?!  

Bu mənadan duyduğumu bircə anda  

Yüzillik bir ömür boyu yazsa qələm,  

Camalından ilham alar bütün aləm.  

Hələ bizim Qız qalası! O, vüqarla,  

Əzəmətlə ucalmışdır mavi göyə!  

Dik zirvəsi salamlaşır buludlarla  

Bu şəhərin ilk övladı mənəm deyil.  

Sözün düzü, mən acizəm təsvir üçün.  

Səkkiz yüz il ömür sürən bu sənəti – 

O heykəlin surətini çəkdi bir gün  

Cabbarlının məndən böyük söz qüdrəti  

Artıq sizi yormayıram, gözəl dostlar!  

Çünki uzun sürəcəkdir bu ilk dastan.  

Nədir bizim şəhərdəki gözəl bahar,  

Mavi dəniz... Zümrüd səma... Azad İnsan! 



______________Milli Kitabxana_______________ 

195 


 

İkinci nəğmə  

 

BAKI GECƏLƏRİ 

 

Eşit, dünya! Qoca dunya! İndi qələm  



Söhbət açır bizim Bakı gecəsindən.  

Bu şeriyyət pərisini yazdıqca mən,  

Bu axşamda nəfəs alsın bütün aləm! 

 

* * * 



Oxu, dünya, seyr etdiyim bu səhnəni!  

Nə gözəldir qürub çağı bu şəhərin,  

Ruha gülən bir axşamı hər ölkənin  

Bəxtiyarlıq müjdəsidır min səhərin...  

Axşam üstü... Hava sakit... Üfüq laldır...  

Al günəşin şəfəqləri qıpqırmızı,  

Bu həqiqət nə röyadır, nə xəyaldır...  

Qadir günəş salamlayır baxtımızı. 

 

*** 


Günəş, günəş! Mehribansan, gözəl pəri!  

Sənin hüsnün yaranmışdır bir tamaşa,  

Alov rəngli saçlarının şəfəqləri  

Yayılmışdır üfüq boyu başdan-başa! 

 

** * 


Dolandıqca göy üzünü son vüqarla,  

Ovçu keçir Mil düzündən səhər atla...  

Sən, göylərdə öpüşdükcə buludlarla  

Biz məşğuluq bu torpaqla, bu həyatla. 

 

** * 


Yaşa, günəş! Mənalısan axşam çağı...  

Uğurlu bir ayağın var bu aləmdə.  

Meydan açır, büsat qurur qəlb ocağı  

Sənin eşqin vicdanlara gülən dəmdə! 

  

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə