SəMƏd vurğUN



Yüklə 2,33 Mb.

səhifə47/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

______________Milli Kitabxana_______________ 

200 


 

Nə üzündə, nə alnında qırışıq var...  

O, övladı olsa belə məclislərin...  

Nəşəni də, qüssəni də duymayanlar  

Arsız-arsız can gəzdirər bu dünyada,  

Gözəl ömrü hırıltıyla verər bada.  

Hələ baxın nə aləmdir, nə həyatdır  

Yırğalanan, sığallanan o xanımlar!..  

Dodaq məzə... Boyaq təzə... Bir büsatdır.  

Ah...! Bunlardan danışmağa vaxtımmı var?!  

Bir də, dostlar, mən istərəm diqqətiniz  

Ayrılmasın gözəl-gözəl səhnələrdən.  

Gözəlliyin öz vaxtında yarandıq biz...  

Bu hüsn ilə yaşayırıq qələmlə mən!  

Hava bir az sərinlədi... Qaranlıq da  

Yavaş-yavaş çökdü bizim yollar üstə.  

İnsanlarsa dayanmayır qaranlıqda...  

Evə dönür qoşa-qoşa, dəstə-dəstə.  

Mənim qəlbim ayrılmayır bu gecədən;  

Ah, bu gecə! Bu gecənin vurğunuyam,  

Öz yerimdə mıxlanmışam bu axşam mən.  

Elə bil ki, aylar, illər yorğunuyam.  

Bakı! Gecə!.. Yadımdadır üç il qabaq  

Sahil boyu şölə saçan çıraqbanlar!  

Yanacaqdır! Yanacaqdir yenə onlar  

Ulduz kimi qatar-qatar alışaraq  

Yenə hilal şəklindəki qızıl kəmər  

Dolanacaq gərdəninə bu dənizin.  

Şimşəklərdən qanad taxıb gəlir günlər.  

Gəlir böyük səadəti ölkəmizin!  

O vaxt yenə bu sahilin ağ şamları  

Min toy qurub neçə gəlin köçürəcək!  

Ah, o zaman bizim Bakı axşamları  

Bir ilahi əfsanə tək görünıcək!  

Sorun məndən, kimdən aldın bu xəbəri!  

Al bayraqlı, zəfər taclı ordumuzdan!  

O qəhrəman kimdən aldı bu hünəri – 

Azadlığı şərəfsayan yurdumuzdan. 

  



______________Milli Kitabxana_______________ 

201 


 

 

Seyrəlmişdir artıq insan, sanki şəhər 



Baş qoyacaq sükunətin yastığına... 

Lakin mənim sinəmdəki bu hisslər 

Ziynət verir qəlbin qulaq asdığına... 

Dalğalandı birdən hava... Radiolar 

Geniş açdı öz ağzını səssizliyə, 

Sakit gecə, sakit səma, sakit bahar... 

Hökm verir bu aləmi dinlə deyə. 

"Zabul segah"... Dəli "Şahnaz"... Mənalı "Şur"... 

Sanasan ki, bir ananın övladıdır. 

Ah, o xallar, o guşələr... fikir uçur, 

Hər nəfəs də bir mənanın ustadıdır. 

Bir də ki, "Rast"... sarı simdə nələr deyir... 

Füzulunun sənəti tək mənalıdır. 

Xəyalı da qəlbi kimi sevdalıdır - 

Yaşa ilham, yaşa sənət, yaşa şair! 

Söylə, o "Rast" sarı simdə nələr deyir! 

Ara-sıra tramvayın şimşək səsi 

Bu mənanın tellərini qırsa belə, 

Yenə onun xoş avazı, xoş nəfəsi 

Qartal kimi qanad çalır eldən-elə!.. 

Bir az sonra aşıq deyir dastanını, 

Dinlə, Bakı! Nələr deyir Kirovabad! 

Gah qəmərcən, gah bayatı, gah divanı. 

Gecə sakit... Xəyal səyyar... Könül də şad... 

Dinlədikcə mən onları, gəlib durur 

Gözlərimdə Xaçbulağın yaylaqları. 

Xəyalımda dövran açır, büsat qurur 

Bizim Muğan düzlərinin ovlaqları... 

Yazmaq ilə bitən deyil bu şeriyyət, 

Ah, bu gecə - yurdumuzun sənətidir! 

Gözəl Bakı! Qoynundakı bu ülviyyət 

Azərbaycan torpağının qüdrətidir! 

O nə səsdir? Nərə çəkdi zavod yenə... 

Gözü üzündə burulduqca o tüstülər 

Nəfəs gəldi bu gecənin ahənginə

Urək kimi dayanınayır bizim şəhər. 

 



______________Milli Kitabxana_______________ 

202 


 

Qara tüstü! Qara tustü! Ucal göyə!  

Çünki insan qüdrətindən yarandın sən!  

Hayqır, zavod! O nərənlə həyat deyə;  

Sən şəhərin övladısan, şöhrətisən!  

Sənsiz keçən bir sükunət xoş olsa da,  

Bir qəriblik andıraraq, o can sıxar.  

Öz ömrünü sükunətlə vermə bada,  

Hərəkətlə zülmət sönər, günəş çıxar!..  

Yatmamışdır! Yatmamışdır böyük şəhər,  

Bir fabrikin qapısından girirəm mən.  

Bir yorğunluq oxunsa da nəzərlərdən,  

Gormək olmur - od kimidir orda ellər...  

Beşər kimi nəfəs alır makinələr,  

Lakin bizim insanlardan azdır yaşı.  

Hər birinin öz dili var, öz sirri var,  

Baş çıxarmaz bu aləmdən hər bir naşı.  

Burdakılar başdan-başa qadınlardır – 

Gəlinlər də, ağ birçəkli qarılar da  

Fərhad kimi külüng vurub bu diyarda,  

Bu alqışa hər birinin haqqı vardır!  

Neçə millət... Neçə tayfa... Neçə insan...  

Birdir eşqi... Birdir yolu... Birdir eli...  

Yaranmışdır bizim zəhmət dünyasından  

Qardaşlığın bu müqəddəs saf əməli!  

İsti corab... İsti köynək... O yun əlcək  

Ziynətidir gördüyümüz bu səhnənin.  

Onlar bizim cəbhələrə pay gedəcək;  

O yerlərdə həll olunur baxtın sənin!  

Şeir oxu! Şeir oxu! - deyir dostlar,  

Mən dindikcə bahar kimi üzlər gülür,  

Baxışlardan, ürəklərdən nur tökülür.  

Qoy var olsun azad insan! Azad bahar!  

Gecə keçir... Mən gedirəm yeyin-yeyin,  

Səyyah deyil, bu şəhərin öz səsiyəm.  

Ey!.. Gecənin parolunu mənə deyin!  

Cavab gəlir: Bizım Bakı fəhləsiyəm!  

Saat birdir... Lakin, dayan... Dayan bir dəm. 

  



______________Milli Kitabxana_______________ 

203 


 

 

Dalğalandı yenə hava, bir qulaq as!  



Nə çalınır? Qulaq verir bütün aləm.  

O nəğməni yavru kimi bağrına bas!  

Sovet himni! Dalğalansın qadir səsin!  

Möhtəşəmdir, müzəffərdir sənin adın.  

Yurdumuza salam verən hər muradın  

Tale kimi üstümüzdən kəsilməsin!  

Dalğalandır! Dalğalandır göy havanı!  

Sən canlısan! Şənimizdir alnındakı...  

O səsinlə bizim şanlı Moskvanı  

Öz qəibində, vicdanında duyur Bakı!  

Patrul: - Yoldaş, dayan! - deyir mənə bir an  

Səliqəylə o yoxlayır vəsiqəmi...  

Vətəndaşlar! Qarışıqdir indi zaman,  

Keçib getdi o kef vaxtı, işrət dəmi!  

Şəhər böyük... İnsan da çox... Lakin şəhər  

Var olsun ki, necə keçir bir nizamla.  

Yadındamı o qarışıq, ağır günlər?  

Bizim Bakı şöhrət tapdı intizamla!  

Hər qanunun öz qəlbi var bu diyarda,  

Qəlbə dəysən! Yaman olar aqibətin.  

Sevgisi var bizim yeni insanlarda  

Qurduğumuz hər qaydanın, hər adətin. 

Şəhər sakit... Gecə sakit... Göylərə bax!  

Nöqtə kimi kiçilmişdir təyyarələr,  

O şahinlər səharədək yatmayacaq...  

Yaşayacaq, yaradacaq bizim şəhər.  

Artıq gəlib mən döyürəm qapımızı  

Alışdığım hər zamankı bir adətlə.  

Gəl, gəl deyir saf ürəklə, xoş sifətlə  

İlk taleyim, bu mehriban ellər qızı.  

Onun eşqi qəlbi kimi müqəddəsdir,  

Qoy var olsun hər yuvada bir sədaqət;  

O gozlərdən oxuduğum mehri ülfət  

Yüz illik bir ilham üçün şerə bəsdir!  

Bir az sonra yazı masam başla! - deyə 

 




Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə