SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

______________Milli Kitabxana_______________ 

204 


 

 

Ahənrüba qüvvətilə tutur məni.  



Duyuram ki, sığışmayır yerə-göyə  

İlhamımın qanad açmış söz yelkəni.  

Ağ kağıza muncuq kimi düzüldükcə  

Bir şəhərdən söhbət açan bu kəlmələr.  

Oxucular! Nə tez gəlib keçdi gecə!..  

Pəncərəmə şəfəq saldı yenə səhər – 

Gözüm onda... Heyrət alır yenə məni,  

Nələr varmış təbiətin kamalında!..  

Gözəl Bakı! Yazdığımız bu gecəni  

Mən görürəm al səhərin camalında!.. 

 

Üçüncü nəğmə  

 

KOMMUNİST KÜÇƏSİ 

 

Dünya böyük, şəhərlər çox - bilirik biz,  



Şöhrət tapır hər şəhərin baş küçəsi.  

Daşqın olur gah gündüzü, gah gecəsi  

Bəzən şaşır izdihamda diqqətimiz.  

Göz alışır, könül doyur bazən ondan,  

Onun qədri o qədər də bilinməyir.  

Lakin uzaq bir səfərə gedən zaman,  

Xatirəsi yadımızdan silinməyir.  

Qəribədir insanların təbiəti,  

Nə qədər ki, ilahi bir hüsn ilə sən  

Bir ölkədə, bir şəhərdə, bir yerdəsən;  

Son ondakı o müqəddəs şeriyyeti  

Qəlbin kimi sevsən belə, yenə hərdən  

O ülviyyət qaçıb gedir nəzərindən.  

Lakin ondan ayrıldığın zamanlarda  

Bu həsrətlə sığmayırsan yerə, göyə,  

Ürək adlı yanğın qopur insanlarda  

Həmdəm deyə, övlad deyə, vətən deyə.  

Dinlə məni mehribanım, gözəl Bakı!  

Söz açıram mən Kommunist küçəsindən, 

 



______________Milli Kitabxana_______________ 

205 


 

 

Qoy ölkələr xəbər tutsun qoynundakı  



Bu küçənin gündüzündən, gecəsindən!  

Qəlbi geniş, köksü geniş, daş sinəsi  

Qabarmışdır bir pəhləvan sinəsitək;  

Kəsilməyir üstündəki həyat səsi,  

Dayanmayır köksündəki qaynar ürək.  

Alqışlayır onu günəş bir də ruzgar,  

Göz baxdıqca bu səhnənin hər yanına...  

Bu vüqarın, əzəmətin bənzəri var  

Moskvanın məşhur Qızıl meydanına!  

Aynabəndlər, ağ pərdəli pəncərələr  

Açıldıqca bu küçəyə səhər-səhər,  

O kölgəli eyvanları gördünmü sən?  

De, keçdimi bir sərinlik ürəyindən?  

De, gördünmü sən ordakı limonları?  

Ətri xoşdur, yarpaqları yaraşıqdır.  

Kim ki, sevir öz qəlbində ilk baharı,  

Eyvanı da, aynası da sarmaşıqdır! 

 

* * * 



Bu möhtəşəm binalara diqqətlə bax!  

Bu evlərə ziynət vermiş neçə memar,  

Hər birinin öz şəkli var, öz hüsnü var...  

Mən bu sənət dünyasından sizə, ancaq  

Bir az sonra birisindən deyəcəyəm.  

O binanın ətrafında gəzir qələm;  

Dastanını yazdığımız bu şəhərin  

Baş küçəsi dəniz kimi coşub qaynar.  

Bu küçədə hər axşamın, hər səhərin  

Yay da, qış da sinəsində külək oynar.  

İsti avqust günlərin də xatirə sal,  

O zaman ki, üstümüzə bürkü çökür,  

Elə bit ki, göy ağzından alov tökür;  

Sən Kommunist küçəsində bir nəfəs al.  

Yadındamı, bəzən üzü yuxarı sən  

Gedən vaxtda hücum çəkir sənə külək.  

Gah papağın, gah örpəyin yellənərək 

  



______________Milli Kitabxana_______________ 

206 


 

 

Bizim Sabir bağçasına düşür birdən.  



Tənqidçilər deməsin ki, burda qələm  

Vaxt itirir xırda-xuruş təsvirlərə.  

Bir böyüklük görünsə də bütün aləm,  

Neçə rəngdən yaranmışdır hər mənzərə.  

Bir ümmanı görməyinlə fəxr etmə sən,  

Kor da görsə o ümmanı deyil hünər.  

Sənət deyir: ümman yarat zərrələrdən – 

Bir zəhmətin surətidir hər bir əsər.  

Qərəz... Mətləb qırılmasın. Sizə bu gün  

Söz açmışam mən Kommunist küçəsindən.  

Ürəyimdə nələr varsa qoy büsbütün  

Boşalsın ki... Oxqay!.. deyim axırda mən.  

Bayaq Sabir bağçasını yada saldım,  

O bağçaya kim basmamış bir yol ayaq?  

Mən ilk dəfə iyirmi il bundan qabaq  

Bu şəhərin havasını burda aldım.  

Sabir! Əvvəl söhbət açım qoy gəncliyə  

Bu kəlmənin bir rəmz olan mənasından.  

Sonra onun o qaranlıq dünyasından  

Xəbər tutaq o dühaya hörmət deyə!  

O, cəhalət dünyasında bir günəş tək  

Şəfəq saldı öz yurdunun qüdrətinə.  

Min boranla, min tufanla əlləşərək  

Səbr elədi zamanının möhnətinə.  

O dedi ki: Basılmazdır qadir insan!  

Daş ürəkli qanunlara sinə gərdi.  

O bağçanın əlvan sənət bağçasından  

Bizim nəsil gül qoparıb, çiçək dərdi.  

O, gülüşlə məlhəm qoydu yaralara  

Qəflət ilə yatanlara "oyan!" - dedi.  

İnqilabla şöhrət tapan bu diyara: --  

Günəş kimi al şəfəqə boyan! - dedi.  

Söylə, tənqid! Neçə qış var, neçə bahar  

Bir Sabirin o məzəli, xoş səsində?  

Məncə, onun şikayətkar nəfəsində 

 



______________Milli Kitabxana_______________ 

207 


 

 

Zəfər taclı bir iniqilab dalğası var.  



Bu gün yenə bizim Sabir bağçasında  

Oturmuşdur arxalıqlı bir ixtiyar,  

O, boşaldır nə varsa söz boğçasında,  

Diqqət ilə qulaq asır ona dostlar.  

Ağ saqqallı, nazik xətli, qara papaq.  

Bardaş qurub cütləmişdir başmaqları.  

Bığlarını xınalayıb darayaraq  

Oğlan kimi qarşılayır ilk baharı.  

Nə bir kitab görmüş onlar, nə də məktəb,  

Hur birisi yaranmışdır sinə dəftər.  

Gözlərində yuva salmış feyzi-ədəb,  

Dillərində dastan olmuş qərinələr.  

Hikmətimiz, arifanə söhbətlərin  

İlhamı var o ağ tüklü sinələrdə.  

Külək meyxoş, bağça təmiz, hava sərin,  

Qocaların öz hüsnü var bu şəhərdə.  

Qoca Hafiz, qoca Sədi, bir də Xəyyam,  

Nizaminin dastan olmuş İskəndəri.  

Bir söz, bizim keçən tarix, keçən əyyam – 

Şeir, sənət dünyasının ilk səhəri  

Əzbər olmuş qocaların lisanında,  

Öz qəlbi var hər savadsız insanın da.  

Zövq alırıq danışdıqca bu qocalar,  

Yad deyilik hikmətlərin mənasına.  

Lakin mənim deyiləcək bir sözüm var  

Zaman görmüş bu qocalar dünyasına:  

Təvəkkül də, əfsanə də, hər zaman da  

Yaranmışdır insan ilə bir zamanda.  

Hər tanrı da, peyğəmbər də, təriqət də,  

Hər qayda da, hər qanun da, hər adət də  

Bir zamanın ürəyindən qopan səsdir,  

Hər nəsil üçün öz amalı müqəddəsdir!  

Fəqət Şərqi, qoca Şərqi əfsanələr  

Ayıltmadı təvəkkülün yuxusundan.  

Bir nəfərin ətrafına toplaşaraq, 

 

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə