SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

______________Milli Kitabxana_______________ 

208 


 

 

Xeyalata bir qul oldu yazıq insan.  



Ərəb oğlu! Aç gözünü, bir bəri bax,  

Eşit sən də, Hindistanın məhkum qızı!  

Deyin görək, xəyalatını qurtaracaq  

O zəncirli, o kilidli baxtınızı?!  

Xəyal xoşsa, bir səhərdir hər açıq göz  

Bir səhər ki, min bir ətir saçmalıdır!  

Hər ağıllı, hər mənalı deyilən söz  

Bir hünərin qanadında uçmalıdır!  

Gəl, oxucum! Gəl arxamca, indi gedək  

Nizaminin bağçasında məclis quraq.  

Hələ soyuq düşməmişdir, xoşdur külək,  

Bir saat da bu bağçada biz oturaq,  

Qoca bağban suladıqca çiçəkləri  

İlk bahardan ayrılmayır gözlərimiz.  

O fəvvarə sərinlədir ürəkləri,  

Sanki bulaq başındayıq bu axşam biz.  

Orkestro! Orkestro!.. Qadir səsin  

Səda salır pəncərədən-pəncərəyə.  

Qüdrətin var! Qoy gurlasın var nəfəsin,  

Mən aşiqəm hər sevdalı mənzərəyə...  

Səda dedim! - İstiqbala çağırışdır,  

Bir həyatdır eşidilən hər bir avaz;  

Səssiz ömrün qəlbi yazıq, fikri qışdır,  

Bu mənada çiçək solar, gül yaşamaz.  

Orkestro! Nəfəs alma, gurla görək,  

Rəqsə gəlir oğlanla qız dəstə-dəstə  

Bu bağçada neçə nəsil görüşərək  

Sirdaş olur bir pərdədə, bir saz üstə.  

Sula, bağban, bu bağçanı, toz olmasın!  

Qızılgül tək ləkə düşər yanaqlara.  

Gül, ey bahar, bu bağçalar heç solmasın:  

Gözəllikdir ziynət verən hər bahara.  

Analarsa öz yanında körpəsini  

Bu bağçada seyrəngaha gətirmişdir.  

Dinləyirik biz onların xoş səsini – 

Hər bir budaq neçə meyvə yetirmişdir 

 



______________Milli Kitabxana_______________ 

209 


 

 

İndi baxın kəlağaylı bir gəlinə,  



Qarşısında üç oğlan var, iki də qız;  

Kim sadiqsə analığın əməlinə,  

Övlad adlı nemət olur haqqı yalnız.  

Söylədiyim kəlağaylı xoşbəxt ana  

Baxır bu gün ətrafına iftixarla...  

Göz qoydunmu əlindəki o romana,  

Ürəyinə söylədinmi son vüqarla: 

Yeni nəslin anaları bəxtiyardır!  

Gözəlliyin bu şərəfə haqqı vardır.  

O yandasa gülər üzlü beş-on uşaq  

Bir nəfərin ətrafına toplaşaraq  

Dinləyirlər on dörd yaşlı bir hünəri,  

Çiçək açmış o şairin hissləri.  

Oxu! Oxu! Körpə şair, xoşdurdilin!  

Nəfəsində ana yurdun nəfəsi var.  

O körpənin ilhamında siz də bilin:  

Mənim kiçik rübabımın xoş səsi var.  

Deyinməsin dargözlülər, bilir insan – 

Paxıllıq da bir qurdudur rəzalətin!  

Bilir dünya, bilir tarix, bilir zaman – 

Həsəd olmuş ilk anası xəyanətin! 

İndi bir az sizin qüdsi fikrinizi  

Ayırıram bu bağçanın xoş səsindən.  

Öz qəlbimdə duyub da hər birinizi  

Söz açıram Nizaminin muzeyindən.  

Sən Kommunist küçəsilə enən zaman  

Çox dalmısan yüz rəng çalan bu sənətə.  

O vaxt köksün qabarmışdır vüqarından;  

Bakı! - deyib, baş əymisən ülviyyətə.  

Nə zaman ki, al günəşin şəfəqləri  

Kölgə salır bu binanın yüz rənginə.  

O andırır əlvan donlu bir səhəri;  

Hər səhnənin öz hüsnünə, öz rənginə  

Başqa boyaq, başqa bir rəng vursa əlin,  

Memar yoldaş! Puça çıxar öz əməlin! 

 



______________Milli Kitabxana_______________ 

210 


 

* * * 


Əlvan-əlvan o çeşidlər, o naxışlar  

Zümrüd kimi, yaqut kimi şölə salır. 

İnsan gözü!.. Onun həssas bir qəlbi var,  

Hər zövqü də nəsil-nəsil bir irs qalır.  

Hələ baxın, zərif-zərif o cizgilər – 

Nə həssasdır, nə mahirdir insan əli!  

Ehtiyatlı, səliqəli hər bir əsər  

Gah şəfəqli, xoş görünür, gah kölgəli  

Altı heykəl şöhrətidir bu binanın.  

Hər birinin öz dövranı, öz dünyası,  

Sanasan ki, rövnəqidir asimanın  

Bu surətlər aləminin ilk mənası.  

Birincinin simasında: "Şəbi-hicran  

Yanar canım" söyləyərək alışan şam  

Çıxa bilmir zülmətlərin qucağından;  

Ah qoparıb, nalə çəkir səhər, axşam.  

O mənalı baxışları xəyalpərvər,  

Qəlbi kövrək, pərişandır onun səsi.  

Boğulduqca, ağladıqca o gülümsər,  

Bir tarixdir o rübabın təranəsi.  

İkincinin surətindən nə yazım mən?  

Alqış bizim səhnəmizin qüdrətinə!  

Ziynət verdi o Vaqifin surətinə,  

İlham aldı öz oğlundan ana Vətən.  

Üçüncünün surətində bir hünər var,  

Kamalında yeni əsrin fəlsəfəsi.  

Qoca Şərqə, - ayıl! - deyir o sənətkar,  

Keçdi, - deyir, - orta əsrin səfsəfəsi!  

Boyun bükür Məstəli şah, Hacı Qara,  

O qələmin xəncər olmuş qüvvəsinə.  

Günəş kimi zülmətləri yara-yara  

"Qarış", - deyir, - "Avropanın" gur səsinə.  

Həyat deyir, torpaq deyir, insan deyir.  

Dərk etdiyin, hiss etdiyin həqiqətdir!  

Sən varlığa varlıq kimi inan, - deyir,  

Bu ən doğru, ən müqəddəs təriqətdir. 

 

 



______________Milli Kitabxana_______________ 

211 


 

Dördüncüsü - rübabıdır bu gün belə,  

Qadınlığın, analığın, məhəbbətin.  

Nəğmə kimi qanad çalır dildən-dilə  

"Bənövşə"si "Ölürəm"i o ülfətin...  

Beşincisinin qəribədir təbiəti:  

Özü gülməz, başqasını çox güldürər. 

"Ölülər" də dərd eləyir bu hikməti.  

Bir hikmət ki, gah dirildər, gah öldürər.  

Altıncının surətinə baxdıqca biz,  

Yadımıza qılınc gəlir, qalxan gəlir.  

"Sevil", "Almaz" - öz dünyamız, öz əsrimiz,  

O yandan da Aqşin gəlir, Elxan gəlir. 

 

* * * 



Altı heykəl, altı düha, altı vicdan,  

Altı qələm, altı hünər, altı ürək!  

Şahid olsun sözlərimə qoy gələcək;  

Hələ bizim Azərbaycan torpağından  

Nə dühalar, nə günəşlor yaranacaq.  

Oxuyuram istiqbalı varaq-varaq.  

Axşam ötür, az qalmışdı lap unudam  

Cibimdəki bir çağırışı... Akademiya!  

O binaya getməliyəm mən bu axşam – 

Axtardığım nə lüğətdir, nə də kimya. 

 

** * 


Açıldıqca qapıları onun lay-lay,  

Hər səliqə, hər yaraşıq üzə gülür.  

Pəncərədən gah gün düşür, gah da ki, ay;  

Bu binaya təbiətdan nur tökülür.  

"Buyur", - deyir bizə mərmər pilləkənlar,  

Bina geniş, səqfi uca, havası bol.  

Bir abidə qoyub getsə hər sənətkar  

Onun böyük ustasına deyək: sağ ol!  

İndi sizə alimlərdən verim xəbər,  

Sakit olur alimlərin təbiəti. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə