SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   ...   98

______________Milli Kitabxana_______________ 

21 


 

Deyir: "Bu kafirlər üzə gələli  

Bizdən uzaqlaşdı Allahın əli".  

Bu qara fürsəti fövtə verməyən,  

Ömrrındə doğruluq, düzlük görməyən  

Axund Şirəlinin uzanmış dili...  

Cibindən çıxarır islaq məndili

1

,  



"Ağlayır" məscidin minarəsində;  

Onun qulaqları "oxşar" səsində  

İnsanlar yaralı bir ahəng duyur,  

Könül duyduğuna bilmədən uyur...  

Budur, bir varlının ehsan yerində  

Axund pişik kimi atılıb yenə  

Ayələr gətirir "böyük" Qurandan,  

Söyləyir: - İyrənin ölümdən, qandan.  

Tanrı unudulur, din gedir əldən – 

Dedikcə ağlaşma səsləri hərdən  

Onun səsindəki qüvvəti alır.  

Çəkir nərəsini o agır-ağır... 

 

QAPALI İCLAS 

 

Aparır iclası yoldaş Bəxtiyar – 



Mənim dastanımın baş qəhrəmanı.  

Onun gözlərində bir iztirab var,  

İştə, düşündürür hər bir insanı  

Mənim dastanımın baş qəhrəmanı. 

 

Birinci səs 



 

- Mirpaşa doğrudan bir yaramazdır,  

Elə bir alçağa ölüm də azdır!  

Nə qədər kömsomol olsaq da, yenə  

Gərək sataşmayaq Allah evinə! – 

Dedikcə alışıb yanır gözləri,  

Qabardıb döşünü verir irəli. 

                                                            

1

 

Dəsmalı 



 


______________Milli Kitabxana_______________ 

22 


 

İkinci səs 

 

- Eh... 


canım, buraxın! Bizə nə var, eh! 

Hər kəs tutduğuna özü cavabdeh... 

Doğrusu, bunlara qarışmıram mən. 

Bir zaman gələr ki, o, qıl körpüdən  

Günahkar keçərkən yıxılıb qalar,  

Məhşər ayağında bir toxmaq alar... 

 

Üçüncü səs 



 

- Yoldaşlar, məscidə köpak bağlamaq 

Bəlkə zarafatdır, oyundur, ancaq. 

 

Dördüncü səs 



 

- Məncə, zarafatdan ayrıdır bu iş... 

Mirpaşa doğrudan bir səhv eyləmiş

Bu qədər üstünə düşmək də olmaz. 

Bunun da qeydinə qalalım bir az. 

Azacıq danlayıb, tapşırsaq əgər, 

Gördüyü işlərdən artıq əl çəkər. 

 

Mirpaşa 



 

Çox haqq eyləmişəm!.. Hə!.. Sözünüz nə? 



Yoxdur etiqadım molla deyənə, 

Oğru ki deyiləm. Tutduğum bu iş  

Lap bn əllərimin içindən gəlmiş! 

- Afərin başına! 

-  

Mən ölüm əl çək! 



Əlindən gələni iki qaba çək! 

Ay canım, biz hara, minarə hara? 

Yenəmi inanaq bu alçaqlara?.. 

Hələ bir dayanın, dələduzam mən 

Mollanı yıxmasam o minarədən! - 

Deyib, xoruzlanır yenə Mirpaşa, 

İclas az qalır ki, coşub çaxnaşa. 

Bir buna bax, buna! 




______________Milli Kitabxana_______________ 

23 


 

  

Bir az sakit ol! 



- Allahsız! 

- Afərin! 

- Qoçaq komsomol! 

 

B ə x t i y a r 



 

Əsrlər boyunca o əzan səsi, 



İnsanın insanla mübarizəsi 

Sizə əfsanələr kimi gəlməsin, 

Göydən tökülməmiş nə Tanrı, nə din. 

Bəşər bu yolları keçəydi gərək, 

Böyük addımlarla gəlir gələcək... 

O məscid, o əzan, ordakı insan,  

Onların ən gizli sirrinə dalsan,  

Hər biri vaxtında yeni bir xəbər,  

Hər biri vaxtında canlı bir əsər...  

Bəşər vicdanını bağlamış ona,  

İnanmışdır onun haqq olduğuna.  

İştə, o zamandan, o gündan bəri  

Gəlib dolandıqca ömrün illəri.  

Hər könül olmuşdur ibadətxana,  

İşləmiş ürəyə, qarışmış qana.  

Yalan deyirlər ki: "uçmuşdur İsa",  

Bu fikri uydurur, məncə, kəlisa.  

Yalan deyirlər ki, "Məhəmməd göydən  

Yerə nazil olmuş" - düşündükcə mən  

Bunlara gülməyim gəlir, doğrusu,  

Tarixdə bir qara şayiədir bu!  

Onlar da adi bir insan imişlər,  

Onlar da vaxtında fikir deınışlər.  

Onların da canı sümükdür, ətdir,  

Bütün şayiələr bir siyasətdir.  

Onlar da yaşamış, ölmüş sonradan,  

Belədir hər canlı, belədir insan...  

Bunların hamısı bütün hiylədir,  

Sadə həyat üçün bir vəsilədir. 



______________Milli Kitabxana_______________ 

24 


 

 

Bəşər bu yolları keçəydi gərək,  



Böyük addımlarla gəlir gələcək... 

 

Fəqət dəyişdikcə həyatın səsi,  



İnsanın insanla mübarizəsi  

Bunların hamısı kölgədə qalır...  

Onun sözlərinə iclas əl çalır.  

Salonu doldurur alqış və hörmət.  

Fəqət bir çoxunun baxışları sərt,  

Süzür Bəxtiyarı. Bəxtiyar yenə  

Cumur xəyalının dərinliyinə: -  

Məncə, bu üsyanda bəşər haqlıdır,  

Bu haqda yeni bir dünya saqlıdır!..  

Lakin mübarizə, inqilab, üsyan  

A yoldaş Mirpaşa, deyildir asan!  

Yaxından anlasan həyatı əgər,  

Daşlar atılanda meyvə kal düşər.  

İnsanın qəlbində əsrlər boyu  

Özünə yer tutub, yurd salan duyğu  

Əmrlə insanın çıxmaz canından  

Bir də, komsomolçu deyil xuliqan  

Ki, onun ağlına nə gəlsə tutsun.  

Ar olsun, doğrudan, sana ar olsun! 

Mırpaşa çatmışdı iki qaşını,  

Sallamışdı yerə yekə başını...  

Deyesən, qaçmışdı rəngindəki qan,  

Peşiman kimiydi tutduqlarından... 

 

İMƏCLİK 

 

Yerliyi üç metrə dərin qazılmış  



Bir daxma, görməmiş nə bahar, nə qış...  

Nəmli divarlan məzar kimi dar,  

Duyan ürəkləri sıxıb ağladar.  

Kərəm, pərdisi hörümçək toru, 

 Deyirlər kasıbın bilınməz goru.  

Hisli buxarısı kömürdən qara,  

Qaranlıq qapısı küsüb dağlara...  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə