SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə51/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   47   48   49   50   51   52   53   54   ...   98

______________Milli Kitabxana_______________ 

216 


 

İnsan ağlı doğrudan da heyran qalır – 

Ölümlərdən xilas olmuş neçə insan!  

Zaman sərtdir! - Bu tufanlar, firtınalar  

Aparacaq insanlığı bir bahara.  

Qoy var olsun o alimlər, o loğmanlar,  

O əllər ki, məlhəm qoyur yaralara!  

Qurultayın al məxmərli kürsüsündən  

Hesab verir neçə beyin, neçə ürək.  

Ellər bizi ana kimi dinləyərək,  

Haqq da verir hər bir işə ana vətən! 

.. .Tənəffusdür, dağılırıq qurultaydan,  

Yol gedirik biz Kommunist küçəsilə.  

Nə ulduzdan söz açıram, nə də aydan – 

Danışmışıq bu şəhərin gecəsilə. 

 

* * * 



Axın-axın insanların izdihamı  

Dəniz kimi dalğa vurur sahillərə.  

Bir iş üçün, məqsəd üçün qoşur hamı,  

Qoşur gözəl, səadətli bir səhərə...  

Yolçu, yolçu, uğur olsun! Hara belə,  

De, qoşursan hansı gözəl bir niyyətə?  

Söylə hansı uğurlu bir cəmiyyətə  

Sən gedirsən aydan-aya, ildən-ilə?  

O aləmi mən görürəm, deyil uzaq...  

Bir aləm ki, insanları bəxtiyardır.  

Bir aləm ki, ürəyi saf, alnı da ağ,  

Hər hissinda bir solmayan şərəf vardır!  

O aləmdə nə qan vardır, nə ədavət,  

Nə rəyasot, nə cahangir, nə qəsbkar,  

Nə bir kin var, nə həsəd var, nə xəyanət,  

İnsanlığın bir hüsnü var, bir eşqi var!  

Yolçu, yolçu, uğur olsun səfərinə!  

Qoca Şərqi, de, çoxdanmı çağırırsan  

O azadlıq, o qurtuluş səhərinə?  

Lakin durur yollarında min-bir boran... 

 

 

 




______________Milli Kitabxana_______________ 

217 


 

Əngəl olan hər tufanı, hər zülməti  

Öz süngünlə, hünərinlə açmalısan!..  

Qorxma, yolçu! Sən salamla qüdsiyyəti. 

 Zülmətdə də iradənlə uçmalısan!  

Axır küçə... İzdihamla gedirəm mən,  

İlahi bir səhnə keçir gözlərimdən,  

Azərbaycan bir müzəffər ordu kimi  

Addımlayır bu Kommunist küçəsilə,  

Addımlayır qəhrəmanlar yurdu kimi,  

Hər ayaq da bir ürəyin öz səsilə... 

 

Dördüncü nəğmə  

 

İÇƏRİŞƏHƏR 

 

Seyr et, səyyah, bizim qoşa qapıları,  



Görursənmi, onlar yen’ pürvüqardır!  

Açıq qəlbi, səxavəti, hüsnü vardır;  

Unutmamış o ilk andı, ilk ilqarı.  

Seyr et, səyyah, bizim qoşa qapıları,  

Bir yaxşı bax, geniş köksü açılmışdır;  

Buyur! - deyir dost ürəklə gələnlərə.  

Sən baxma ki, bir çox yeri uçulmuşdur,  

O da xoşdur Vətən qədri bilənlərə. 

 

*** 


Bu qapıdan neçə nəsil gəlib keçmiş,  

Yada düşür ömrün uzaq zamanları – 

Bizim qala qapılardan azmı keçmiş  

Zınqırovlu, yüklü dəvə karvanları?!  

At çapdıran, ox süzdürən, nizə tutan  

Nə oğullar gəlib keçmiş bu yerlərdən.  

Bir çoxunu unutmuşdur onun zaman...  

Söylə, səyyah! Bilirsənmi bunları sən?  

Səyyah susur, çünki o da bu yerləri  

Kitablardan oxumuşdur ala-seyrək

 

 

 




______________Milli Kitabxana_______________ 

218 


 

Axşam kimi zənn edərək hər səhəri,  

Həqiqətə boyaq vurmuş əfsanə tək...  

Səyyah dalır bu cəlala bir diqqətlə,  

Duyur sakit baxışımdan hörmətimi,  

Mənsə könül mülkündəki bir riqqətlə, 

 Qonağıma başlayıram söhbətimi:  

Səqfi çökmüş bu qalanın boz daşları  

Boran görmüş, külək döymüş bir dənizdir.  

Qalmasa da onun köhnə sirdaşları,  

Sahibi var! - O da bizim ölkəmizdir!  

Səyyah sorur;    Neçin sərtdir onun üzü?  

Mən deyirəm: - Amansızdır qəsbkara!..  

Bu qalalar çağırmışdır nəslimizi  

Qurtuluşa, azadlığa, ilk bahara!  

O gərdikcə yadlara tunc sinəsini  

Xar olmuşdur neçə leşkər, neçə ordu;  

Parçalamış cahangirlər nizəsini  

Sən gördüyün bu alovlar, odlar yurdu!  

Bəzən düşmən taleyinə gülmüş zəfər,  

Qıfıllanmış dustaq kimi bizim el1ər,  

Şərəfsizlər öz-özünü çəkmiş dara,  

Ya da gedib bu dağlarda qaçaq olmuş – 

El içində şöhrət tapıb qoçaq olmuş.  

Şərəfsizlər "buyur!" - demiş zalımlara  

Bu son sətri mən dedikcə qonağıma  

Bir sızıltı gəlib keçdi ürəyimdən...  

Fəqət yerin səsi geldi qulağıma:  

"Tarixləri cəsarətlə şərh elə sən!" 

Səyyah dostum! İndi sənə deyim bir az  

Bu şəhərin bir çox qədim adətindən.  

Mən dedikcə, dəftərinə xatirə yaz,  

Öz ölkənə töhfə apar özünlə sən.  

Mən duyuram istəyini bu gün sənin,  

Hər səyyahın öz dinləmək qaydası var.  

Bəzən ona sadəcə bir xatirənin  

Yüz kitabdan daha böyük faydası var. 

  

 



 


______________Milli Kitabxana_______________ 

219 


 

Bəli, kiçik bir hadisə, yaxud xəbər  

Görürsən ki, ağızlarda əzbər olur.  

Yaşatdıqca öz qəlbində onu ellər  

Dildən-dilə möhtəşəm bir əsər olur. 

Neçə xəyal, neçə duyğu, neçə lisan  

Ziynət verir bir ilhama, həyəcana.  

Bu qaydayla keçir həyat, keçir zaman,  

Bir zərrəcik gəlib dönür bir ümmana!  

Sən də, könül! Gəl öyünmə bu əsərlə,  

Hələ baxaq, ellər ona nə ad verir?  

Neçə ürək nəfəs alır bu səhərlə,  

Neçə xəyal bu dastana qanad verir?  

Bəxtiyardır o şair ki, bu dünyada  

Yaxın dostu şeir duyan insan olsun.  

Ömrü boyu neçə əsər yaratsa da,  

Bir sözüsə dildən-dilə dastan olsun?  

Hanı? Hanı? Bu taleyim varmı mənim?  

Ürəyimdən xəncər kimi keçdi bu səs!  

Cavab verdi bu suala öz vətənim: -  

Sənin şerin xatirəsiz keçə bilməz!.. 

Doğmalıq var hər torpağın adətində,  

Səyyah dalır, mən baxıram o gözlərə...  

Bir təbəssüm işığı var sifətində,  

Xoşmu golir danışdığım bu mənzərə?  

Şaqqıldadı qoşa zurna axşamçağı,  

Damdan-dama haray saldı nağaralar,  

Min insanla doldu yolun solu, sağı – 

Gəlin köçür! Gəlin köçür! Bərəkət var!..  

Üzündəki lalə rəngli o al duvaq  

Parıl-parıl ətrafina şölə salır.  

İxtiyarlar ömrü açır varaq-varaq...  

Subaylarsa ona baxıb ləzzət alır.  

Yengə süzür, şabaş yağır, ölmə, aman!..  

"Qaşa vəsmə, gözə sürmə çəkilmişdir". 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə