SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə53/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   49   50   51   52   53   54   55   56   ...   98

______________Milli Kitabxana_______________ 

224 


 

O bəlkə də eşqə düşüb, hicran çəkən  

Qara gözlü bir gözəlin timsalıdır – 

Bəlkə də ki, çox uzaqdır həqiqətdən – 

Bir sənətkar dühasının xəyalıdır. 

 

Hələ baxın qırqovula! Sehrkardır!  



Yüz rəng çalır onun əlvan lələkləri.  

Meşə yaşıl, axşamüstü, ilk bahardır,  

Bir bahar ki, təmsil edir al səhəri. 

 

Bu zövq əhli babalara rəhmət olsun!  



Alqışlayın seyr olunan bu sənəti  

Qəlbimizə, evimizə ziynət olsun  

Azərbaycan torpağının təbiəti! 

 

Ey oxucu! Ömrün boyu qalma darda,  



Gəl qurtaraq saxsılarla bu söhbəti.  

Fikri dönük, qəlbi sönük adamlarda  

Mən görmədim saxsıdakı mərifəti!.. 

 

İndi sizə söhbət açım bir az da mən  



Saraydakı Seyid Yəhya türbəsindən:  

Hər zamanın öz tanrısı, öz Loğmanı,  

Hər dövran da bir dühadan işıq almış.  

 

Günəş kimi o seyr edib asimanı,  



Min ürəyə, min vicdana şölə salmış. 

Elmin böyük qüdrətilə Seyid Yəhya  

Öz ömrünü kamal ilə vurdu başa.  

 

Unutmamış o dühanı bu gün dünya,  



Buyur, səyyah, türbəsini qıl tamaşa! 

Bu türbəni bizim ellər ürəyində  

Bir müqəddəs məbəd kimi bəsləmişdir.  

Çünki o baş... hər ilahi diləyində  

Ayı, günü, ulduzları səsləmişdir! 



______________Milli Kitabxana_______________ 

225 


 

  

Deyirlər ki, o alimin xoş fitrəti  



Çiçək açib min bir qonça bağlayarmış  

O gördükcə dövrandakı müsibəti  

Zaman-zaman bulud kimi ağlayarmış... 

 

Deyirlər ki, o, mehriban, pak əlilə  



Təbib kimi məlhəm qoymuş yaralara.  

"İnsan!" deyən, "həyat!" deyən əməlilə 

İnsanlığı dəvət etmiş ilk bahara! 

 

Dimağında, ürəyində qanad açmış  



Yerin, göyün, bu varlığın min hikməti.  

Qanun kimi dəyişdikcə baharla qış,  

Günəş kimi o izləmiş təbiəti. 

 

Onun aqil məsləhəti zaman-zaman  



Yol göstərdi hökmdarlar dünyasına;  

Ayıl, dedi, sən rəyasət yuxusundan  

Sitayiş et həqiqətin mənasına! 

 

O bəzən də yalqızlıqdan ilham aldı,  



Zahid kimi könül verdi bir guşəyə...  

Nəsiminin rübabını o da çaldı.  

Bir Allah da, həqiqət də mənəm, deyə. 

 

Qız qalası! Deyirlər ki, o zirvəndən  



Seyid Yəhya seyrə dalmış ulduzları.  

Kainatı Loğman kimi duyub qəlbən  

O münəccim şərh eləmiş min əsrarı... 

 

Ürəyində, məşəl kimi o yandırmış  



Həqiqəti - həyat adlı təriqəti.  

Yatanları cəhalətdən üyandırmış,  

Qamçılamış hər uydurma şəriəti. 

 

Qəlbi qara, fikri qara mürtəcələr  



Bir oynnbaz, bir sehrkar demiş ona.  

Vətən yurdu axşam-axşam, səhər-səhər  

Məbəd kimi tanınmişdir öz oğluna. 



______________Milli Kitabxana_______________ 

226 


 

  

Kükrədikcə zəmanənin küləkləri  



O alimin zər yazılı şah əsəri  

Hardansa da gedib çıxmış İstambula.  

Satsalar da özü boyda qızıl pula,  

Səyyar kitab öz yurduna gəlməlidir – 

Bu, torpağin tələbidir, əməlidir! 

 

* * * 



Səyyah deyir: - Bu adətlər, əfsanələr  

Qəlbimizə xoş görünür xəyal qədər.  

Sulu qəlyan, acı tiryək nə oldu bəs?  

Söylə, neçin yad etmədin onları sən?  

Gizlədinmi bir səyyahın nəzərindən? 

 

- Xeyr, dostum! Zənn etmə ki, mən onları  



Birdəfəlik unutmuşam bu dünyada.  

O zəhərlər neçə həyat vermiş bada...  

Fəqət sənə hər torpağın öz baharı,  

Öz varlığı, öz şərəfi, gülsün gərək...  

Sən dediyin yaman-yaman o adətə,  

Tiryək adlı, çarşab adlı fəlakətə  

Mənim yurdum haqq-hesab verməyəcək! 

O çarşab ki, üzü qara, qəlbi qışdır,  

 

Ərəbistan torpağında yaratımışdır.  



Bizim qızlar göz yaşları tökə-tökə  

Zorla örtmüş öz başına o zülməti...  

Hər könülə min qaranlıq çökə-çokə  

Dustaq olmuş neçə qadın məhəbbəti!  

Odur! Odur! Kəlağaylı o qıza bax!  

Bizim yurdun kəlağaydır baş örpəyi,  

Həşyələri neçə-neçə rəng çalaraq,  

Şölə verir bu torpağın öz ipəyi. 

Buyur, dostum, bu gozəllə gəl ol tanış,  

Görürsənmi? O örpəyin ağdır üzü...  

Avropanın qızlarına yaxşı danış  

Bizim yurdu, bir də həyat zövqümüzü! 




______________Milli Kitabxana_______________ 

227 


 

 

Sən danış ki, Azərbaycan gözəlləri  



Tarix boyu azadlıqdan ilham aimış.  

Yaxşı gündə həmdəm olan hər bir pəri  

Yaman gündə qalxan tutub, qılınc çalmış! 

 

İndisə bax: nələr deyir dar dalanlar- 



Bir çalağan ilan kimi burulmuşdur.  

Bəzən bizə dar gəlsə də bu gün onlar  

Elin geniş əllərilə qurulmuşdur... 

 

Basqınçılar, qarətçilər birdən-birə  



Quzğun kimi töküldükcə bizim yurda,  

Ox tökülmüş, daş tökülmüş göydən yerə,  

Neçə quldur öz başını qoymuş burda... 

 

Toxunmasın bu yerlərə memar əli,  



Bu döngələr, bu dalanlar yadigardır.  

Hər dövranın öz sevdası, öz əməli,  

Hər daşın da, kəsəyin də adı vardır... 

 

Qoca səyyah, bir nəzər sal o eyvana,  



Dünya görmüş o ağ saçlı qarıya bax!  

Ah, o qadın nə gəlindir, nə də ana,  

Bir az da gəl o könüldən söhbət açaq! 

 

Xəzər! Xəzər! Fırtınalı, dəli Xəzər  



Neçə yelkən qərq eləmiş, neçə qayıq.  

Bizə qonaq gəlməsə də keçən günlər,  

Əhvalını bəzən xəbər almalıyıq. 

 

Mərd oğullar yelkən vurub gəmilərə,  



"Bismillah"la atılarmış dalğalara.  

Su üstündə göz açarmış yüz səhərə.  

Gəmilərsə bu dənizi yara-yara – 

Gözdən itib uzaqları salamlarmış,  

Hər qəvvasın bir limanda dostu varmış... 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə