SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

______________Milli Kitabxana_______________ 

233 


 

Saraldılar. Lakin yenə  

Sığınaraq baxt deyənə,  

Atıldılar bu dənizə,  

Dalğalarda üzə-üzə. 

 

Hansı səmtə! Deyin hara?  



Deyin varmı istiqamət?  

Xeyr! Xeyr! Bir qiyamət  

Nəsib oldu qardaşlara... 

 

Həyatda da beləyik biz.  



Nə zaman ki, məqsədimiz,  

Mənzilmiz deyil bəlli,  

Çalışsaq da biz dörd əlli,  

 

Kor-koranə bir zəhmətdən  



Tez yorular başla bədən. 

Lakin məqsəd dünyasına  

Açıq gözlə baxan ərlər  

 

Ömrün bütün mənasına  



Şölə saçıb, şəfəq verər... 

İşıq yolda göz yorulmaz,  

Xəstə düşməz əsəblər də.  

İnsan oğlu düçar olmaz,  

Hər zülmətdən doğan dərdə... 

Fəlsəfələr! Fəlsəfələr!  

Bir əl çəkin yaxamdan siz!  

 

Uzandıqca söhbətimiz  



Şerin oxu daşa dəyər. 

Üzür, üzür, iki qardaş,  

Dəniz qara, axşam qara.  

 

Döş vurduqca dalğalara  



Kiçik qardaş yavaş-yavaş  

Gücdən düşür... Gözü dolur...  

Yarpaq kimi rəngi solur. 

 



______________Milli Kitabxana_______________ 

234 


 

Ölüm! Ölüm! De qarşında  

Kimin rəngi saralmamış?  

O balıqçı gənc yaşında  

Öz eşqindən kam almamış  

Yemmi olsun balıqlara?  

Dəniz qara... Axşam qara... 

 

Böyük qardaş - kömək əli,  



Yaman günün yarağıdır...  

Qardaşlığın pak əməli  

Ömrümüzün növrağıdır! 

 

O, kiçikdən yapışaraq  



Alır onu döşü üstə;  

Arxa üzür asta-asta.  

Lakin kiçik deyir:  

Burax! Burax məni, yoxsa bu an  

Son özün də batacaqsan!.. 

 

Yarım saat! Yarım saat!  



Onlar üzür bu minvalla.  

Su üstündə iki həyat  

Bir arzuyla, bir xəyalla  

Öz-özünə axır, ancaq  

Tale necə qurtaracaq? 

 

 



Artıq, böyük də taqətdən  

Düşdü, tamam bihuş oldu.  

Bu dəm kiçik batdı birdən – 

Gözdən itən bir quş oldu. 

O, ah çəkib batdı suya,  

Döşündə bir zərli Quran...  

 

Son hicranı duya-duya  



Köçüb getdi bu dünyadan

Susdu külək! - Sevin ki, sən  

Qaydasına düşdü dəniz. 

 



______________Milli Kitabxana_______________ 

235 


 

 

Nə tuıfandan, nə gəmidən  



Su üstündə qalmadı iz. 

Yaslı-yaslı baxdıqca ay  

Deyir: dünya kimə qaldı?  

Parçalandı bulud lay-lay,  

Hər ulduz da şəfəq saldı. 

Yanma səma!.. Çox da yanma!..  

İşini gör, çox dayanma!  

Artıq min il ağlasan da,  

Min il qara bağlasan da  

Neyləyəcək bizə matəm?  

Öz atını çapır aləm,  

Dəyişməzdir çünki məna...  

Bir də sənin, qoca dünya,  

Qəribə bir gərdişin var,  

Yaman-yaman vərdişin var.  

Bir əlinlə sən qurursan,  

O birilə uçurursan.  

Sən qıyırsan naşı-naşı,  

Ömrün əziz bir vaxtına... 

Sonra töküb min göz yaşı,  

Yas tutursan öz baxtına!  

Tale, belə olsan da sən,  

Doğrudan da gülməlisən!.. 

Böyük qardaş nə oldu bəs?  

Harda qaldı o qəhrəman?  

Nə bir səs var, nə də nəfəs – 

Yoxsa uddu onu tufan? 

Doğur günəş, doğur səhər.  

Gör nə deyir bu mənzərə:  

Şırıl-şırıl göy ləpələr  

Yüz naz satır sahillərə. 

  



______________Milli Kitabxana_______________ 

236 


 

Uzaq... Uzaq... Bizdən uzaq...  

Bir sahildə qumlar üstdə,  

Taqəti yox, bənizi ağ  

Kim tərpənir asta-asta? 

Aha! Qalxır o ayağa,  

Bir səmadır, bir də dəniz.  

Boylandıqca sola, sağa  

O görməyir insandan iz. 

Yerindədir hafizəsi – 

Fəlakəti o andıqca  

Haray salır ağlar səsi:  

"Qardaş!.." deyib o yandıqca. 

Lərzə düşür yerə, göyə...  

Öz başına döyə-döyə  

Məcnun kimi düşür çölə;  

Arabir də gülə-gülə:  

"Sənsən? Sənsən? Gəl öpüşək!"  

Lakin xəyal bir kölgə tək  

Axıb gedir bircə anda...  

Ürək yoxmuş asimanda! 

Dinməsə də yerin qəlbi 

O qardaşın fəryadına, 

Dünya görmüş səyyah kimi

Ağıl yetir imdadına. 

O ayılır xəyallardan 

Nə qardaş var, nə də gəmi... 

- Qurtarmadım onu dardan, 

Görməyəydim bu aləmi. 

Deyə, fikrə gedir yazıq 

Nəfəs alır bir azacıq. 

- Xeyr! 


Xeyr! 

Nə üzlə mən 

Geri dönüm bu qürbətdən? 

Hələ gəlin, ata, ana... 




______________Milli Kitabxana_______________ 

237 


 

Qohum-qardaş, dost aşina...  

Ah! Nə deyim mən onlara? 

 Qaydımmı üzü qara? 

Oxucular! O zamandan  

Gelib keçmiş düz altmış il!  

Bu günədək o insandan  

Bir xəbər də məlum deyil! 

O dözmədi bu möhnətə  

Üz tutaraq bir qürbətə  

Səyyah kimi mənzil aldı,  

De öldümü, sağmı qaldı? 

Bəs Zərnigar? Gəlin noldu?  

Duvağını heç açmadan,  

Öz ətrini o saçmadan  

De, saralıb tezmi soldu? 

Səhər, axşam bu eyvandan  

O, dənizə azmı baxdı?  

Qıfıllandı o zamandan  

Zərnigarın gəlin baxtı... 

Göz zillədi o min dəfə  

Hər qayığa, hər gəmiyə.  

Çox boylandı yar tərəfə,  

"Bu gün sabah gələr" - deyə... 

Arabir də hər gəmini  

Bir gəmiyə çox oxşatdı...  

O nə tapdı həmdəmini,  

Nə bir şirin yuxu yatdı. 

Ay dolandı, il dolandı.  

Hicran odu alovlandı.  

Dost-aşina, qohum-qardaş  

Zərnigara çəkirdi baş. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə