SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə57/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

______________Milli Kitabxana_______________ 

242 


 

 

Nə yazmışdır taleyinə əzəl başdan bu dünya?  



Sən gecələr sahil boyu yanıb şölə çəkəndə,  

Dənizdəki duman, çiskin göz yaşları tökəndə  

De, gözündə hansı tarix varaq-varaq oxunur?  

Hansı zülmət tilsiminə fikrin oxu toxunur?  

De, bəlkə de bu torpağın əzəldən and içdiyi,  

Unudulmuş şəhidlərin öz canından keçdiyi  

Yerin, göyün qatlanın məşəl kimi gəzmisən!  

Zəfər taclı bir muradın nur qanadlı rəmzisən...  

De, başından çoxmu əsdi acı tufan, qara yel?  

Xəncər kimi doğradımı ürəyini o tel-tel?  

Qüdrətində nə sirr var, tufanlarda sönmədin,  

Öz eşqinlə, vüqarınla ayaqlara enmədin?!  

Bəlkə insan nəfəsi var bu şöləndə, ey çıraq!  

Olmazmı ki, bu sirrindən kainata söz açaq?  

Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?  

Al, bu qələm, bu da kağız, öz hüsnünü yazsana! 

Gecəm keçdi bu fikirlə, qarşıladım ilk səhəri  

Dinləyirdi addımımı Bibiheybət mədənləri.  

Könlüm, gözüm heyran idi buruqların vüqarına,  

Günəş salam gətirmişdi bizim Odlar diyarına.  

Mənsə baxıb ana yurdun bu qüdsiyyət camalına,  

Deyirdim ki, bir söz qoşum bu torpağın kamalına...  

Yerin səsi gəldi birdən... O dil açdı məzəmmətlə: 

Ayaq saxla! Dayan! - dedi qulağıma o hiddətlə. 



Oz yerimdə donub qaldım: - Buyur! - dedi, - əmrin nədir? 

Sondən özgə nə varsa da, gəldi-gedər, əfsanədir,  

Ana torpaq! Sən ilhamın, bir də şerin ilk səsisən,  

Min duyğunun, min arzunun, min əməlin nəfəsisən. 

Düzdür, - dedi, - nəfəsimdir ilhamın da, sənətin də, 



Lakin mənim camalımdan nişan varmı sənətində? 

Azmı keçdi Ayın, günün, ulduzların məclisindən? 

Neçə eşqin, neçə hüsnün gülüşündən söz açdın sən? 

Söylə, neçə əfsanənin zülmətinə şəfəq saçdın? 

Neçə gənclik duyğusundan məclis qurub söhbət açdın?  

Neçə gülşən, neça çəmən, neçə lalə, neçə çiçək 




______________Milli Kitabxana_______________ 

243 


 

 

Dildən-dilə dastan oldu ilhamınla sevinərək?  



Lakin mənin torpağım büz, nə çiçəyim, nə gülüm var,  

Döyüşlərdən yadigardır alnımdakı qırışıqlar...  

Onunçunmu şeir, sənət dünyasında yoxdur payım?  

Görüm sana haram olsun boynundakı haqq-sayım!  

De, yadından çıxmamş ki, otuz bahar bundan qabaq,  

Dirəkləri his bağlamış, altı torpaq, üstü torpaq,  

Yağış daman, külək doyən bir daxmada mən yanardım,  

Atan fikrə qərq olanda mən alışıb odlanardım.  

Bəzən məni söndürərdi qapımızdan girən külək;  

"Çırağımız söndü!" - deyə, qoca nənən söylənərək,  

Əllərilə ağ piltəmi qaranlıqda təmizlərdi,  

Sənsə yetim bir uşaqdın, ürəyində ana dərdi...  

Çox vaxt mənim işığımda nənəm corab toxuyardı.  

Sənə bənzər bir uşaq da təzə yazıb oxuyardı.  

Yadındamı? Asılmışdım evin orta dirəyindən!  

Şölə çəkib alışardım o zülmətlər içində mən  

Ətrafıma dolaşaraq alışdıqca pərvanələr  

Sən deyərdin öz-özünə: "neçin yanır divanələr?" 

 Nə dövranlar gəlib keçdi danışdığım vaxtdan bəri.  

Ölüm gördü, həyat gördü bu torpağın nəsilləri...  

Sən o sulu daxmacıqdan çıxıb geldin şəhərlərə,  

Şeir, sənət göylərindən salam verdin səhərlərə.  

Mənsə min bir ilham aldım alovlanmaq adətimdən,  

Azərbaycan torpağına günəş doğdu qüdrətimdən.  

Budur Bakı? Görürsənmi? Bu sənət qəlbinlə bax!  

Yanır təzə gəlin kimi yanaqları çıraq-çıraq...  

Bu torpağın tarixi var, o düşdükcə min zülmətə,  

Bir işıqla, bir kamalla yol açmışdır ülviyyətə.  

Bu hüsn ilə ziynətlənir bu gördüyün böyük şəhər.  

Nə yazıq ki, qüdrətimi səyyah kimi seyr edənlər  

Qoynumda bir qara tüstü, bir də tozlu külək gördü...  

Nə başımda kamal şövqü, nə cismimdə ürək gördü...  

Odur ki, mən yaranmadım şeir sənət dünyasında,  

Bu hiss ilə boğuluram bəzən fikir dəryasında...  

Hanı? Hanı? Ağız dolu Vətən deyən sənətkarlar?  

Neçin şeir gülşənində nə şöhrətim, nə hüsnüm var? 

 



______________Milli Kitabxana_______________ 

244 


 

** * 


Torpaq bu dəm nəfəs aldı,  

Gah büzarıb, gah saraldı  

Qəzəbli bir insan kimi  

Ana qəlbi küssə əgər,  

Hirslənsə də, yenə gülər  

Günəşli bir vicdan kimi.  

Çox keçmədən dindi torpaq,  

O açıldı varaq-varaq  

Bir müəbbəd dastan kimi. 

 

İitifatla dedi bu dəm: 



 - Mən yenə də gözləyərəm.  

Hirsim varsa, eşqim də var – 

Ana səbri böyük olar...  

Bu söz günəş kimi qəlbimə güldü,  

Elə bil üstümə nurlar töküldü...  

Yenə ana dedim, yenə də Vətən!  

Oxudu eşqimi nəzərlərimdən...  

Bir cəlal başladı sinəmdə ürək,  

İlham pərisi də gülümsəyərək,  

Özüm də bilmirəm hayandan uçdu,  

Dövlət quşu kimi başıma düşdü... 

 

** * 



İndi Bibıheybət mədənlərindən  

Yerin şöhrətini öyrənirəm mən.  

Nədir bu torpağın altındakı səs?  

Kürəni qızdıran bu odlu nəfəs?  

Nədir damar-damar dolaşan bu qan?  

Yaranmış bəlkə də qasırğalardan?..  

Bu qarlar altında ümmanmı vardır?  

De, burda çarpışan nə dalğalardır?  

Elə bil dağ gəlir bəzən baş-başa,  

Sığmayır idraka, sığmayır başa.  

Qulaqlar tutulur yerin səsindan

 

 




______________Milli Kitabxana_______________ 

245 


 

 

Dəniz də tərpənir zəlzələsindən.  



O bəlkə torpağın intiqamıdır?  

Bəlkə də yurdumun eşqi, kamıdır.  

Çıxıb yer altından öz hünərilə,  

Qovuşmuş taleyin ilk səhərilə!  

Yanır buruqlarda bir məşəl kimi,  

Müqəddəs, ilahi bir əməl kimi!.. 

 

* * * 


Sən ey yer altında gördüyüm dünya!  

Sən ki, həqiqətsən, deyilsən röya.  

Bir dil aç, söylə ki, ünvanın nədir?  

Həqiqət olmasa, söz əfsanədir.  

Həqiqət nur saçar elmə, ürfana,  

Həqiqət eşqılə gəldik cahana...  

Onun hökmüylə de gedərgiyik biz,  

Var olsun gələcək, bir də nəslimiz! 

 

** * 


Gedirəm... Buruqlar cərgələnmişdir  

Misir torpağında ehramlar kimi,  

Fələkdən başıma nur ələnmişdir,  

Könül xuramandır ilk bahar kimi.  

Bir çala-çuxur var hər addım başı,  

Yerin bağrına min lağım atılmış,  

Seyrə gəl burdakı torpağı, daşı,  

Gör ki, insan kimi qaşı çatılmış  

Düşünür, daşınır, qəlbi qaynardır,  

Yerin nemətinə yeraltı dardır...  

Avtolar, insanlar, yeraltı canlar,  

Həyat nemətinə qapı açanlar,  

Polad baltaların yeraltı səsi,  

Alovlar yurdunun odlu nəfəsi,  

Şax-şax buruqları titrədən külək,  

Yerdəki ildırım sürətli şimşək,  

Döyünən, çırpınan qayışlı çarxlar, 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə