SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

______________Milli Kitabxana_______________ 

246 


 

 

Sapsarı su axan xırdaca arxlar,  



Gülüşlər, qəzəblər, yorğun baxışlar,  

Könüldən-könülə keçən alqışlar,  

O ağır matorlar, ağır biləklər,  

Qabarmış sinələr, polad ürəklər.  

Üzündə, alnında qat-qat qırışıq,  

Fəqət gözlərində bir sönməz işıq  

Qocalar, yelpazə ayaqlı gənclər,  

Bəxtiyar gözlərdə azad bir səhər,  

Alnında dünyanın iztirabları  

Ağ saçlı, nurani bir fəhlə qarı,  

Kiçik pəncərəli taxta otaqlar,  

Kitablı, çantalı körpə uşaqlar,  

Bir ovuc torpaqla xəyala gedən,  

Dünyanın sirrini başla kəşf edən  

Bir yaşlı mühəndis, bir təbib qadın,  

Camalı ay kimi, gün kimi aydın  

Sahili seyr edən gözəl bir pəri,  

Dənizdə günəşin al şəfəqləri,  

Buruqlar içində bir qarmon səsi,  

Azəri yurdunun saz şikəstəsi,  

Çiçəkli Lənkəran, ceyranlı Muğan,  

Çörəkli Kürdəmir, şeirli Şirvan,  

O yandan Qarabağ, bu yandan da Qax,  

Bir yanı Kürbasar, bir yanı Qazax,  

Ellərin bağrından qopub yüksələn,  

Odlar ölkəsini salama gələn,  

Bu böyük şəhərə paytaxtım deyən,  

Öz haqqım, öz nəfsim, öz baxtım deyən,  

Çəkicli, külünglü, sevdalı gənclər,  

(Ləkəsiz alnında puçur-puçur tər)  

Səs salır mədənə toy-bayram kimi!  

Günəş salam verir bir ilham kimi!  

Mənimsə qəlbimə doğur bir səhər,  

Açılır qarşımda əngin üfliqlər...  

Nədir bu səhnədü gördüyüm varlıq?  

Al geyib, gəl deyən bu Bəxtiyarlıq? 

 



______________Milli Kitabxana_______________ 

247 


 

 

Bakı, mehribanım, əzizim Bakı!  



Sənin bu müqəddəs qucağındakı  

Xəyala hökm edən bir təntənədən  

Şeir rübabının dindirirəm mən...  

Bakı! Bakı! - dedim, müqəddəs ana!  

Sən şöhrət yarandın Azərbaycana! 

Buruqlar dövrəmdə cərgələnmişdir,  

Elə bil başıma nur ələnmişdir.  

Elə bil ney tutur qəlbimdə aləm,  

Çiynimə asta bir əl dəyir bu dəm; 

- Xoş gördük! Sən hara, bu yerlər hara? 

Yoxsa söz qoşursan bu buruqlara? 

Xatırlayın siz ikinci nəğməmizi,  

O nəğmədə ötərgi bir söhbətlə mən  

Söz açmışdım bir dostumun surətindən;  

Unutmadım nə vədimi, nə də sizi.  

Qoy Beşinci nəğməmizin hər kəlməsi  

Qismət olsun dost dediyim bu insana;  

Bayramımdır təbımin də xoş gəlməsi,  

Halal olsun bu ilhamım qəhrəmana. 

Şaşma, qələm, bu ümmanda, gəl, amandır!  

Könül mülkü eşqə gəlsin, sən də dilə!  

Dost yanında rüsvay olmaq çox yamandır,  

Bir zəfərlə çıxar məni bu sahilə! 

- Usta 


Murad! 

Yadındamı, keçən dəfə 

Demişdim ki, gələcəyəm hüzuruna! 

Vaxtım çatdı, yolum düşdü siz tərəfə

Söz qoşuram ana yurdun qüruruna! 

Dünya görmüş, zaman görmüş bu ixtiyar 

Nələr deyir hər addımda söz açaraq. 

Sinəsində yazılmamış bir kitab var, 

Mən açıram o dastanı varaq-varaq. 

Dünya görmüş bu dostumun mərd əlini 

Mən duyuram onun şirin söhbətində. 

  



______________Milli Kitabxana_______________ 

248 


 

 

Çox aradım mədənlərin əməlini,  



Axır, tapdım insanların surətində. ... 

Usta Murad! Səni doğan mərd anadır.  

Saf dilində nə böhtan var, nə də riya...  

Hər söhbətin, hər sözün də mərdanədir;  

Ər oğlunu unutmamış qoca dünya,  

Ürəyində nə həsəd var, nə rəyasət.  

Şöhrətindir, mənsəbindir halal əmək...  

Əllərindən şərbət içir min səadət.  

Qara torpaq bir vicdana haqq verəcək! 

Sən ömründə fitnə toru qurmamısan,  

Min insanla bölüşmüsən qismətini.  

Ağ üzlərə qəsdən ləkə vurmamısan,  

Yaşatmısan bu torpağın ismətini.  

O mis rəngli alnındakı sadə vüqar  

Həqiqətlə keçən ömrün ziynətidir;  

Gözlərindən aşıb-daşan o duyğular  

Neçə nəslin bir-birilə söhbətidir? 

Mən gördükcə saçlarını sənin dümağ,  

Vəcdə gəlir boran görmüş dağlar başı.  

Qəlbin gümrah, alnın açıq, üzünsə ağ...  

Bu sənəti hiss eləməz hər bir naşı. 

Əynindəki o mazutlu, hisli köynək  

Səhər, axşam dəyişdikcə növbə-növbə,  

Sinəndəki qocalmamış o saf ürək  

Gənclik kimi dalğalanıb gəlir şövqə.  

Bir zamanlar şığıdıqca sən quyuya,  

Nəfəs boğdu, ürək sıxdi yerin altı...  

Hər addımda bir fəlakət duya-duya,  

Gözlərində ölüm oldu hər qaraltı.  

Sən endikcə göz görməyən o zülmətə,  

Yollarına nə gün düşdü, nə də ki, ay.  

Bu torpağın qatlarını gəzib lay-lay,  

Sən yol açdın insan adlı bir qüdrətə!.. 



______________Milli Kitabxana_______________ 

249 


 

 

Külüng ağır... Yer qayalıq... Hava boğuq...  



Sümüklərin sızıldardı şamü-səhər,  

Qadın - namus... Övlad - şirin... Daxma - soyuq...  

Çörək yeyib ağlaşardı evdəkilər... 

Usta Murad! Aç ömrünü gəl bu dəfə - 



Dastan neçin dayanmışdır? - deyir hamı. 

Lakin usta göz gəzdirib sağ tərəfə, 

Nişan verir bayraqlı bir izdihamı: 

- Görürsənmi? Eldir geden ziyarətə, 

Gəl, şairim biz də gedək ona sarı... 

Qara torpaq düşsə belə qiyamətə, 

Unutmayır and içdiyi bir ilqarı... 

O nədir? Seyr edin o izdihamı.  

Yerəmi enmişdir göyün ilhamı?  

Nədir əllərdki o al bayraqlar  

Bu gün bayrammı var, təntənəmi var?  

Neçin dəniz kimi qaynaşır insan,  

Yer nələr oxuyur o baxışlardan.  

Nə var addımların o sürətində?  

Nədən ruhu gülür təbiətin də?..  

Günəş saçlarını yaymış dənizə,  

Əsir bahar yeli ürəyimizə...  

De, nədən sevinir bu qara torpaq?  

Dağlar baş qaldırıb dilmi açacaq?  

Nədir gözlərdəki o hissi-hörmət,  

De, neçə tayfa var, de, neçə millət?  

Qocalar, qarılar, gənclər, gəlinlər – 

Nədir bu izdiham, de, səhər-səhər?  

Nə çoxdur əllərdə gül dəstələri?  

Nə xoşbəxt görürəm mən bu səhəri.  

Ey səhər aşiqi azad nəsillər!  

Ey bahar gülüşlü, aylar, fəsillər!  

Deyin, bu nə büsat, nə təmtəraqdır?  



(Hər büsat bir sözlə yaşayacaqdır...)  

Fəqət eşitmədən bu sualımı,  

Bəlkə hiss etmədən mənim halımı 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə