SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   ...   98

______________Milli Kitabxana_______________ 

25 


 

Burda ömr eləyir Qızyetər qarı,  

Əvvəlki qüvvədən düşüb qolları.  

Çoxdandır kiriyib əyri cəhrəsi,  

Atılıb bir yana odun dəhrəsi,  

Nə od var, nə ocaq, nə urvalıq un.  

Bürüşüb bir küncdə yamaqlı xurcun.  

Həsrətli gözlərlə boylanır qarı  

Külləri soyulmuş ocağa sarı.  

Onun gözlərində qalıb son arzu  

Qatığa tamarzı, südə tamarzı.  

Qadın dünyasında altmış ildir  

Kəndi qapı-qapı dolanır gəzir.  

Sənəti yağ tutub, nəhrə çalxamaq,  

Zərli xanımlara uşaq saxlamaq,  

Taleyinin suyu bulanıb başdan...  

Qohumdan, qonşudan, yaxın yoldaşdan  

Etibar gorməyib bu yazıq qarı,  

Nökərin canıdır ağanın varı. 

 

* * * 



 

Qızyetərin qəlbini dönə-dönə dağlayan,  

İşığını söndürub qapısını bağlayan  

Uğursuz bir xəbərdən, bir qara faciədən  

Əziz oxucularım, sohbət, açım sizə mən:  

Bütün həyatı boyu onun əkib-biçdiyi,  

Yerişinə fəxr edib, boyuna and içdiyi  

Həsrət adlı oğlunu apardılar "dabravol"  

O gedəndə dalınca tozlandı getdiyi yol...  

Aylar, illər dolandı, keçdi o gündən bəri;  

Hələ də yollardadır yorğun ana gözləri – 

Bir xəbər yoxdur ondan... Görən nə oldu sonu,  

Gəzdiyi qarlı dağlar görmədi bir də onu. 

"Qızıl gül olmayaydı. 

Saralıb solmayaydı, 

 



______________Milli Kitabxana_______________ 

26 


 

 

Bir ayrılıq, bir ölüm



Heç biri olmayaydı".  

Bu bayatı düşməyir anasının dilindən,  

Damcı-damcı göz yaşı tökülür məndilindən.  

Gözüylə odlar görən bizim sonsuz Qızyetər  

"Arsız-arsız dünyada yenə yaşamaq istər".  

O kimsəsiz, o yurdsuz, o paltarsız, o acdır,  

Fəqət həyat yenə də ölməz bir ehtiyacdır. 

 

*** 



 

Səhərdir... Darayır saçlarını gün,  

Tərləyir Qafqazın qarlı dağları.  

Qapının ağzında Qızyetər qarı  

Əlləri qoynunda oturub bu gün.  

Xəyalı dağınıq, fikri qarışıq,  

Zəif gözlərinə düşdükcə işıq Qamaşır...  

Kim bilir qəlbində nə var?  

Uzaq göyə doğru boylanır naçar.  

Uçur nəzərləri boşluğa sarı,  

Gəzir buludlarda pərvərdigarı..,  

Bu dərdi qəlbinə o yaza-yaza  

Dəstəmaz alaraq durur namaza,  

Bükülmüş belilə əyilib-qalxır,  

Bir göyə boylanır, bir yerə baxır.  

Lakin o boşuqda yoxdur bir xəbər,  

Hava dalğalanıb, küləklər əsər... 

Pozur bu ahəngi uzaqdan gələn,  

Buluda yüksələn, günə yüksələn  

Azad bir dünyanın azad nəğməsi – 

Sağlam insanların mübariz səsi: 

"Günəşdə bərkimiş əzələlərdən  

Bir yeni qüvvətlə sıçradıqca sən  

Dağlar da səslənir, daşlar da bəzən.  

Hücuma tanklarla keçir komsomol,  

Təbiət, təslim ol! Düşmən, təslim ol! 




______________Milli Kitabxana_______________ 

27 


 

Dalğalan bayrağım, qayna, dalğalan!  

İgidlər qanıdır rəngindəki qan!..  

Sabahın qoynunda borular çalan  

Hücuma tanklarla keçir komsomol,  

Təbiət, təslim ol! Düşmən, taslim ol!.. 

Atın üşəngləri, dağılsın göyə,  

Azğın ürəklərə budur "hədiyyə"  

Sulardan qan izi kəsilsin deyə  

Hücuma tankiarla keçir komsomol,  

Təbiət, təslim ol! Düşmən, təslim ol!.. 

 

Bu dəstənin başçısı komsomolçu Bəxtiyar  



Deyir: - Bu xırça boylu daxmacığa hücum var  

Gərək sovrulsun göyə onun da torpaqları,  

Bu köməksiz Qızyetər, günlər görmüş bu  

Ağ suvaqlı bir evdə ayağını uzatsın!  

Beş - on günlük ömrü var, şirin bir yuxuya  

O da bilsin dünyanın ləzzətini, dadını,  

Ona təzə ad qoyaq: Şərqin azad qadını! 

O hisli daxmacıq söküldü o gün,  

Zəif qüvvətilə əyildi bütün,  

Ağacı bir yana, daşı bir yana – 

Arxası üstündə baxır insana.  

Uçur təpiklərdə qara buxarı,  

Ağzını açmayır bir də yuxarı,  

Qaralır daxmanın kalafa yeri,  

Dəstə şərqisilə çəkilir geri.  

Onları seyr edir kənardan Cəlal,  

Birinci dəfədir ömründə bu hal  

Ki, yoldaşlarından geriyə qalmış,  

İçini göynədir boranlı bir qış...  

Rəngi bozarmışdır, baxişları sərt,  

Soyutmuşdur onu işdən məhəbbət  

Gecəni uyqusuz keçirmiş bütün,  

Cəlalın duyğusu ağlından üstün, - 

  



______________Milli Kitabxana_______________ 

28 


 

Onun nəzərində kainat boşluq...  

Keçir xatirindən hətta sərxoşluq.  

Lakin ümidini kəsməyir Cəlal,  

Bəlkə güləcəkdir ona istiqbal,  

Bəlkə babasından keçəcək Humay,  

O sevimli Humay, o göyçək Humay.  

O vaxt açılacaq Cəlalın üzü,  

Doğacaq ruhuna bahar gündüzü,  

Yenə bərkiyəcək varlığı işdə,  

Hücumda, cəbhədə, yolda, yürüşdə  

Coşub qaynayacaq qəlbinin qanı,  

Qaçacaq qorxudan dağın dumanı...  

Yazıq... Bu arzular dönsə tərsinə,  

O öz hisslərinə qarışıb yenə  

Həyatdan, nəşədən kənar qalacaq,  

Sadədil olmağın nəsibinə bax! 

Düşündükcə, bu dərin, 

Bu sarsaq fikirlərin 

Cəlal bir əsiridir, 

O qəlbini əridir 

Şamdandakı mum kimi, 

Həyat bir zəqqum kimi 

Zəhərləmiş qanını; 

Eşqin ərməğanını 

Dost əlindən almamış, 

Yara qonaq qalmamış... 

 

*** 



 

Anladıqca səni pozulur halım,  

Komsomol Cəlalım, şair Cəlalım...  

Söylə, bir nə üçün döyüşlərdə sən  

Qızğın dəmir kimi soyudun birdən?...  

Gözəldir sevişib murada çatmaq.  

Sevgi bu yerlərdə deyildir yasaq;  

Fəqət qüvvətinlə cahana bildir:  

Yaşamaq sadə bir sevgi deyildir! 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə