SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

______________Milli Kitabxana_______________ 

254 


 

Gedir o dalğalı, o hirsli axın.  

Dayanmış polislər bir qoşun kimi,  

Nə top var, nə tüfəng bizimkilərdə.  

Tökülür güllələr qurğuşun kimi,  

Ölüm var! Qırğın var, yenə şəhərdə.  

Ah... deyib yıxılsa bir Vətən oğlu  

Onun bayrağını yoldaşı alır.  

Əzəldən belədir qurtuluş yolu,  

Zillətdə, zülmətdə acizlər qalır.  

Xeyr! Dayanmayır qəzəbli Bakı,  

Küçələr sıxılır, yenə darlıqla,  

Əzəldən göy yerə qovuşmuş sanki,  

Həyat pəncələşir bütün varlıqla... 

Zəhərli qılınclar sıyrılır qından,  

Əl-ələ, baş-başa gəlir insanlar.  

Aman! Tüstü çıxır yerin ağzından.  

Mədənmi alışdı? - Yan... - deyir Xanlar. 

Alovlar içindən şiri-nər kimi  

Mənim qəhrəmanım yol açır bizə...  

Ürəklər açılır bir səhər kimi  

Günəş salam verir iradəmizə!  

Bakı! Bakı! - deyir bu qarlı Qafqaz,  

Müseyieb atlılar keçir dağlardan...  

Azadlıq eşqilə axır Kür, Araz,  

Şamilin, atına qalxır Dağıstan... 

Coşur Qara dəniz, Batum səslənir.  

Alagöz dumandan baş qaldırır, bax.  

Göy gülür, yer gülür, can həvəslənir,  

Hər könül mülkündə yanır bir çiraq...  

Bakı! Bakı! - deyir Muğan da, Mil də,  

Misri qılınc taxır Koroğlu nəsli.  

İnqilab şərqisi ağızda, dildə,  

Bir qüdrət dəyişir hər keçən fəsli... 

 



______________Milli Kitabxana_______________ 

255 


 

 

İnsan nərəsindən yerin səsindən  



Dalğalanır Bakı, çalxanır Xəzər.  

Çaxnaşır Bakının zəlzələsindən  

Böyük Pelronun da qurduğu şəhər!  

Çarın qış sarayı, mərmər salonlar  

Bakı! Bakı! - deyib düşür lərzəyə...  

Üstü qızıl sulu o zər paqonlar  

Titrəyir "inqilab dalğası!" deyə.  

Çatır qaşlarını cutbaşlı qartal,  

Onun varlığına üşütmə düşür. 

 İnsan da, torpaq da deyir: istiqlal!  

Günlər od içindən keçib ötüşür... 

Aclığa, zindana, zülmə nifrətlə  

Vicdanı haqq deyir şanlı bir elin,  

Böyük bir ümidlə, bir məhəbbətlə  

Bakı! Bakı!    deyir Sibirdə Lenin.  

Çatır Qara dəniz qaşını birdən,  

Odessa bəzənir bir al bayraqla...  

Volqanın, Dneprin sahillərindən  

Bakıya səs düşür bir təmtəraqla...  

İyul günlərini xatırlayaraq,  

Avqust Bebelin də ürəyi yanır...  

Onu dinlədikcə köhnə Reyxstaq  

Berlinin qəlbində səs dalğalanır...  

Toplayıb başına fədailəri  

Azadlıq eşqilə yanır Səttarxan.  

O yarıb dağları keçir irəli,  

Təbriz büsatdadır... Bağlıdır Tehran... 

Bayraqmı götürdü Bombey fəhləsi?  

Silahını qurşadı - nə izdiham var?  

Sürgündəmi gəlir Taylaqın səsi,  

Keçir al bayraqlı barrikadalar...  

Azad kamal deyir "zəncirsiz ürək",  

O qocaman Taqor, o böyük insan!  

Onun rübabilə vəcdə gələrək,  

İstiqlal eşqilə yanır Hindistan. 

  

 




______________Milli Kitabxana_______________ 

256 


 

 

Qoy onun kiçicik bir şerini mən  



Burdaca köçürüm öz dilimizə,  

Hər böyük dühanın xəzinəsindən  

Sadə bir inci də dövlətdir bizə:  

"Bir aləm ki, nə zindan var, nə zəncir,  

İnsan oğlu ömür sürür vüqarla...  

Fikir azad... Ürək dustaq deyildir,  

Bölünməmiş dünya minbir hasarla.  

Həqiqətin ürəyindən söz gəlir.  

Ağlın hüsnü şəfəqlənir günəş tək;  

Şərəf sözü ülviyyətə yüksəlir,  

Qaralmayır çirkablara düşərək,  

Bu azadlıq göylərində, ya rəbbim!  

Qoy göz açsın bir mənim də vətənim!"  

Mətləb uzaqlaşdı... Qayıdaq yenə  

Bizim qəhrəmanın ziyarətinə:  

Onun türbəsinə baş əyir hamı  

Gözlər dalğalanır hissi-hörmətlə:  

Bu qəmli, kədərli bir ehtişamı  

Mən görüb duyuram indi möhnətlə.  

Onun surətində bir solğun bahar,  

Bir aslan ürəyi çırpınır darda...  

Xəyala hökm edən o baxışlarda  

Nakam bir sevginüı ilk şöləsi var...  

Bayaq seyr etdiyin o bayraqdarın  

Kama yetməmişdi haqqı, muradı.  

Tarixi gəzdimsə, bizim Xanların  

Nə kitabı qalmış, nə də övladı. 

Sual edirsən ki, bəs nəyi vardır?  

O ellər oğlundan nə yadigardır?  

Götür məzarından bir ovuc torpaq,  

Əlində duyduğun istiliyə bax...  

Gör ki, soyumamış hələlik o qan,  

Hələ ürək kimi istisi vardır.  

O sənin uğrunda keçdi canından,  

O nəfəs, o ürək bir yadigardır! 

 

 




______________Milli Kitabxana_______________ 

257 


 

 

Bu dağ döşündəki yalnız məzarı  



O vaxtdan bir dərin fikir almışdır.  

Vətan göylərinin ağ buludları  

O qəbrin üstünə kölgə salmışdir. 

Günəşin altında məzar yandıqca,  

Dənizdən əsmişdir sərin bir külək.  

Zamanın xəyalı dalğalandıqca,  

Könüllər mülkündə o açmış çiçək! 

Bu dağ döşündəki cığırla gedən  

Nəsillər nə qədər söz açmış ondan!  

Axmış ürəkləri od kimi bəzən,  

Xəyanət əlinin tökdüyü o qan...  

Ah, yazıq analar, yazıq babalar!  

Nə dağlar görürəm sinənizdə mən!  

Siz ey zaman görmüş ellər, obalar,  

Deyin, nələr keçdi ürəyinizdən? 

Bu qəbrin önündə diz çöküb mən də  

Ona and içirəm bir vətəndaş tək:  

Böyük səadətdir vaxtı gələndə,  

Vətənin eşqilə vətəndə ölmək! 

Öz sadiq oğlunu torpaq unutmaz...  

Elə zənn etmə ki, qayalar daşdır!  

Ana övladını yad kimi tutmaz,  

Bu daş da, qaya da qəlbə sirdaşdır... 

Budur, bax, bu qəbrə hər kəs baş əyir,  

Tökülür üstünə gül dəstələri.  

Bu müqəddəs yerə nur səpələyir  

Vətən göylərinin azad səhəri. 

Pioner bir qız da gəlmişdir dilə,  



(Daranmış saçları ənbər qoxuyur)  

O, qəbrin üstündə, çocuq səsilə  

Xanların eşqinə şeir oxuyur: 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə