SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə62/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

______________Milli Kitabxana_______________ 

263 


 

 

Rəssam könlüm vurğunudur hər axşamın, hər səhərin,  



Yaratdığım tablolarda hüsnü vardır, şəfəqlərin...  

Vaxtınızı çox almayım! 

Deyin, mənim bu sənətlə,  

Bu hünərlə yaşamağa yer üzündə yerim varmı?  

Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmi?  

Onun qara gözlərindən bir ildırım çaxdı keçdi.  

Ürəyinin qızıl qanı ürəyimdən axdı keçdi. Zənci dalğın...  

Salon səssiz... Elə bil ki, bütün varlıq  

Ona bu dəm qulaq asır. Gəl, oxucum, diqqətlə bax,  

Görürsənmi, onun gözü şölələnir bircə anlıq,  

Üzündəki qəm dastanı açılmışdır varaq-varaq

- Bir 


səyahət günlərində mən ac qalsam, susuz qalsam, 

Bir aşxana qapısını ötənlərdən xəbər alsam, 

"Sən qarasan..." sözlərini oxuyuram nəzərlərdə,  

Deyin görək, ömrüm boyu necə dözüm mən bu dərdə?  

Qanunların qara hökmü belə yazır nə zamandır;  

Şəhərlərə qonaq düşmək qaralara qadağandır.  

Bəli! - dedi qara zənci, - vətən ınənə bir qürbətdir,  

Məni vaxtsız qocaldan da bu ayrılıq, bu möhnətdir! 

Salondakı lal sükutun mənasını mən duyuram,  

İnsanların gözlərində bir mərhəmət oxuyuram.  

Baxışlardan dalğa-dalğa, bulud-bulud heyrət yağır,  

Qara zənci acığından nəfəs alır ağır-ağır...  

O çatılmış qaşlardakı mənaları duya bilsən!..  

Artıq onun dişləri də kilidlənmiş qəzəbindən,  

O yenə də sükut edir, danışmayır o bir anlıq,  

(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq...) 

Amerika, Yeni dünya! Vətənimdir, dedim bayaq. 



Çox sevirəm ana yurdun axıb gedən çaylarını, 

Onun qarlı qışlarını, bir də bahar aylarını. 

Qızıl, gümüş mədənidir yarandığım qara torpaq.  

Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?  

Vətənsiz də insan olan insan kimi yaşayarmı?  

Bu alovlu, odlu sözlər yanğın salır ürəklərə,  

Elə bu vaxt göz qoyuram sağımdakı bir nəfərə. 

 



______________Milli Kitabxana_______________ 

264 


 

 

O, tərləmiş çeşməyini sol əlilə düzəldərək,  



Kinayəli baxışlarla diş qıcayır bir iblis tək,  

Ayırmayır gözlərini o, zəncinin dodağından,  

Bir qurd kimi dişlərini şaqqıldadır zaman-zaman.  

Gah bozarır, gah qızarır, üşütmələr var canında,  

Kölgə kimi qara-qara əllər gəzir vicdanında...  

O, kinindən büzüşdükcə bir yumağa dönür bəzən,  

Elə bil ki, ilan kimi sıçrayacaq öz yerindən.  

Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən...  

O fitnələr övladının hiylə yağır sifətindən.  

Cənab kimdir? - O, Teylerdir! Şlyapalı bir iblisdir!  

Ürəyimdən səslər gəlir: - İngilisdir! İngilisdir!  

Çaylar kimi dalğa-dalğa gözlərimə vurur qanım,  

Xatirimdən gəlib keçir 26 qəhrəmanım!  

Zənci qızır aslan kimi, qabarmışdır tunc sinəsi,  

Elə bil ki, dalğalarla pəncələşən bir adadır.  

Qulaqlara lərzə salır bu natiqin qadir səsi – 

Xəyalından nə keçirsə, yumruqları havadadır...  

O, gəmirir zəncirini qəfəsdəki pələng kimi,  

Ayaqdadir qara zənci açılacaq tüfəng kimi... 

 

* * * 



- Yüz həvəslə, düşüb bəzən,  

Səyahətə çıxıram mən.  

Deyirəm ki, öz fırçama  

Rəng toplayım çiçəklərdən.  

Deyirəm ki, qarış-qarış  

Gəzim vətən torpağını;  

Payız düşüb saraltmamış  

Ağacların yarpağını,  

Seyr eləyim dağı, daşı;  

Qayaların çatıq qaşı  

Başım üstə kölgə salsın.  

Könlüm quşu ilham alsın,  

Qanad gərsin bir çəməndə;  

Bir arzuyla, deyirəm mən  

Buludların məməsindən 

 



______________Milli Kitabxana_______________ 

265 


 

 

Dağlar başı süd əməndə,  



Bu sevdalı təbiətdən,  

Hər görtlüyüm həqiqətdən  

İlham alıb, yazım mən də  

Bir tükənməz səadətlə!  

Yaratdığım sənət qızı  

Salamlasın baxtımızı  

Bir müqəddəs məhəbbətlə:  

Mən də baxıb bir şad olum;  

Qəm mülkündən azad olum  

Yaratdığım bir sənətlə!  

Düşündükcə uzun-uzun  

Deyirəm ki, yurdumuzun  

Hər yayında, hər qışında  

Həyat görüm, dünya görüm!  

Hər insanın baxışında  

Bir müqəddəs məna görüm!  

Hər körpənin gülüşündən  

Ürəyimə nur yayılsın.  

Yatan günəş qalxıb erkən,  

Yuxusundan tez ayılsın,  

Üzündən nur yağa-yağa.  

Nə qul görüm, nə də ağa,  

Nə bir dustaq, nə bir zindan!  

Cahangirlər dünyasından  

Qalmasın bir yadigar da;  

Qoy ağlar da, qaralar da  

Səadətlə nəfəs alsın  

Yaratdığım tablolarda  

İnsan eşqi zəfər çalsın  

Öz zəhməti, hünərilə;  

Bu azadlıq günlərilə  

Qoy ürəklər sirdaş olsun;  

Alqışlayın bu niyyəti!  

Bu müqəddəs şeriyyəti!  

Qoy dünyanın min milləti  

Bir and içib, qardaş olsun,  

Bir bayrağa sirdaş olsun! 



______________Milli Kitabxana_______________ 

266 


 

 

Bu saf arzularla yaşadıqca mən,  



Bəzən özbaşına çıxıb evimdən,  

Həftələr uzunu hey ac da qalsam,  

Yavan bir çörəyə möhtac da qalsam,  

Yuxusuz gecələr görsə də gözüm,  

Qaranlıq keçsə də günüm-gündüzüm,  

Piyada keçsəm də axar çayları,  

Sinəmdə donsa da dağların qarı,  

Daşlar qanatsa da ayaqlarımı,  

Şaxtalar vursa da barmaqlarımı,  

Vətən torpağına aşiq xəyalım  

Yenə də zövq alır bu səyahətdən.  

Qoy sadə gəlməsin sizə bu halım,  

Ayrıla bilmərəm mən bu adətdən.  

Gəzməsəm, görməsəm, duya bilməsəm,  

Gözəllik eşqindən doya bilməsəm,  

Sönər sənətimin eşqi, həvəsi,  

Torpağa bağlıdır rəssam nəfəsi!  

Lakin axşam olur, hava qaralır,  

Əngin üfüqlərin alnı daralır.  

Soyuyur gördüyüm o zümrüd sular.  

Soyuyur sinəmdə yanan arzular...  

Göz qoyub axşamın son havasına,  

Qurd-quş da çəkilir öz yuvasına,  

Nyu-York alışır, işıqlar yanır,  

Salonlar al-əlvan rəngə boyanır.  

İpək döşəməli xanimanlardan  

Rəqqasə qızların səsi yüksəlir.  

Mənimsə üstümə asimanlardan  

Yağışlı, yağmurlu buludlar gəlir...  

Yatmağa nə yerim, nə yurdum vardır,  

Üzümə bağlıdır mehmanxanalar.  

Orda xumarlanıb yatan ağlardır,  

Çünki qara doğmuş bizi analar...  

Bəli... Qara doğmuş məni öz anam,  

Siz də yaxşı baxın, qaradır dərim...  

Bir dəniz olsa da mənim hünərim, 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə