SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

______________Milli Kitabxana_______________ 

267 


 

 

Buyurun, neyləsin zənci bir rəssam?  



Siz deyin, mənim də vətənim varmı?  

İnsan da vətənsiz insan olarmı'? 

Rəssamın nəfəsi, de, nədən yanır?  

Bıçaq iliyəmi yoxsa dayanır?  

Yox, o susmayacaq, susmaz sənətkar?  

Heyrət içindədir salondakılar.  

Zənci davam edir, kövrəlir səsi,  

Od tutub alışır onun nəfəsi,  

Üzündə rəqs edir boranlı bir qış,  

Gözündən süzülür qəlbinin kini,  

O açib tökdükcə qəlbindəkini.  

Salonu titrədir sonsuz bir alqış. –  

Bəli, mən zənciyəm! Zənci bir qadın  

Mənə süd vermişdir öz döşlərindən.  

Bədbəxt ananın övladıyam mən...  

Eh, ana! Dünyada sən olmasaydın,  

Bəlkə tanrıya da mən baş əyməzdim.  

Bir sənin eşqinlə, bir öz adımla,  

Südündən aldığım istedadımla  

Ayağım tutduqca dünyanı gəzdim...  

Azadlıq aşiqi oldusa adım,  

Özüm bir gün belə azad olmadım?!  

Yox! Məndən incimə, müqəddəs ana!  

Nankor yaranmamış sənin övladın.  

Bütün məbədlərdən ucadır adın,  

Dünya bir yanadır, sənsə bir yana.  

Ah, müqəddəs vətən, müqəddəs ana!  

Yox, yox! Unutmadım mən öz əslimi,  

Öz qara nəslimi, zənci nəslimi!  

Köksüz bir ağacın meyvəsi varmı?  

İnsan da əslini heç unudarmı?  

Zənci bu sözləri dedi vüqarla,  

Göylərə siğmayan bir iftixarla.  

Bir günəş parladı onun üzündə,  

Bir şimşək oynadı tutqun gözündə, 

 

 




______________Milli Kitabxana_______________ 

268 


 

 

Əsdi yarpaq kimi dodaqları da.  



Ağ saçlı, birçəkli zənci qarı da  

Onun gözlərinə göründü bu an,  

Nurlar tökülürdü ağ saçlarından...  

Baxıb övladına deyirdi: "Var ol!  

Mənim saf südümə sən minnətdar ol". 

Salonu titrədən səslər, alqışlar  

Dənizlər, ümmanlar, dağlar aşırdı.  

Rəssam dayanmışdı alnında vüqar;  

Bu vüqar göylərlə qucaqlaşırdı.  

O silib yaylıqla alın tərini,  

Yenə varaqladı can dəftərini: -  

Təhqirə çox dözdü babalarım, ah!..  

Onların üzünə gülmədi sabah.  

Gülmədi səadət, o gözəl pəri.  

Eşqin, məhəbbətin xoşbəxt günləri.  

Gülmədi zəhmətin, hünərin üzü,  

Qul kimi aldılar, satdılar bizi...  

Qılıncdan keçirdi bizi bu ağlar,  

Lalə tək qızardı Amazon çayı.  

Ah!.. Qırıb tükətdi bizi alçaqlar,  

Nə qədər azalmış zəncinin sayı!  

Aclıq da bir yandan öldürür bizi,  

Ehtiyac qul eylər qəhrəmanı da...  

Candan çıxardılar ürəyimizi,  

Gedir qəlbimizin isti qanı da,  

Ehtiyac qul eylər qəhrəmanı da...  

Bir torpaq övladı, bir rəssamam mən.  

Gəlin, qanunları yazaq yenidən!..  

Səsimə səs versin bütün ölkələr,  

Qoy qılınc qurşasın müstəmləkələr.  

Xəyallar, arzular şirin olsa da,  

Bunların nəsibi yoxmuş dünyada.  

Azadlıq istəsə torpaq bir anlıq,  

Qoy qılınc qurşasın hər qəhrəmanlıq...  

Bir yanğın olub da, insan hünəri 

 

 




______________Milli Kitabxana_______________ 

269 


 

 

Yarıb parçalasın bu zülmətləri.  



Yıxılsın ağalar, qullar dünyası,  

Dəyişsin insanın, ömrün mənası!..  

Bir torpaq övladı, bir rəssamam mən.  

Gəlin, qanunları yazaq yenidən!.. 

 

O yenə de nəfəs aldı, danışmayıb susdu bir dəm.  



Onun səyyar xəyalında açıldı bir gözəl aləm;  

Moskvadan keçir fikri... Qızıl Meydan aşıb-daşır,  

Uzaqlarda batan günəş şəhər ilə vidalaşır.  

Yanır Kreml ulduzları, yaqut kimi şölələnir,  

Mavzoleyin mərmərinə işıq düşür, nur ələnir...  

Böyük şəhər izdihamla qaynadıqca ümman kimi,  

Yerin köksü nəfəs alır, nəfəs verir insan kimi.  

Zavodların qışqırığı bir-birinə qarışdıqca,  

Qara torpaq baş qaldırıb, göylər ilə yarışdıqca, 

İnsan oğlu iftixarla dönüb baxır qüdrətinə.  

Min bir ilham ziynət verir şairlərin sənətinə.  

Mənim də öz rübabımın tellərindən qopan səda  

Gah Bakıda nəğmə deyir, gah da coşur Moskvada.  

Əziz dostlar! Qurumamış sinəmdəki axar çaylar,  

(El sazını, el sözünü yüz il keçsə el haraylar!)  

Gecə keçir... Mürgüləyib rahatlanır böyük şəhər,  

Sakit olur yerin, göyün qəlbindəki döyüntülər... ... 

Zəncininsə xəyalından gəlib keçir bu səhnələr,  

Onun yanmış ürəyindən nələr keçir, bu dəm, nələr!  

- Baxın, - deyir, - mən sürürəm öz azadlıq qatarımı,  

Öz əlimlə yaradıram öz səadət baharımı.  

Amerika, yaxşı dinlə bu qatarın ilk səsini!  

Nəfəsimlə yandırmışam onun odlu nəfəsini...  

Əfsanələr dünyasını unutduğum gündən bəri,  

Tilsimləri yarıb keçir bu qatarın təkərləri.  

Amerika, hər qərarı, hökmü verən zaman olur,  

Bil ki, qullar dünyasınn intiqamı yaman olur,  

Dağlar, daşlar salam verir bu qatarın sürətinə,  

Tanrıların gücü çatmaz inqilabın qüdrətinə!  

Mən keçdikcə bu odların, alovların qucağından: 

 



______________Milli Kitabxana_______________ 

270 


 

 

- Uğur olsun! - eşidirəm dünyanın hər bucağından...  



Öz arzuma yetişməmiş yarı yolda ölsəm əgər,  

Ağ birçəkli nənəmi də basıb keçsə bu təkərlər,  

Dayandıran deyiləm mən bu qatarı bir an belə...  

Vulkan olub od püskürsə dəniz belə, ümman belə,  

Tufanların qoynunda da mayağımız sönməyəcək,  

Öz yayından çıxan oxlar bir də geri dönməyəcək!  

Amerika, hər qərarı, hökmü verən zaman olur,  

Bil ki, qullar dünyasının intiqamı yaman olur!  

Artıq zənci tribunadan vüqar ilə düşüb enir,  

Onun dolğun gözlərində min bir ümid şölələnir.  

O, ölümə zəfər çalan bir xəstə tək ayılmışdır,  

Onun səsi bu kürsüdən dünyalara yayılmışdır, 

 

* * * 


Mən görürəm! Qoca Şərqin övladları oyanmışdır,  

Dəlik-deşik bayraqların rəngi qana boyanmışdır.  

Cəlladlara baş əyməyir Misrin qədim ehramları,  

Cırır matəm köynəyini göyün qərib axşamları.  

Himalayın zirvəsini yaz günəşi dolandıqca,  

Qarlı dağlar səsə düşüb, axar çaylar bulandıqca,  

Top tüstüsü halqalanır sıx ormanlar arasından,  

Bulaq kimi qart qaynayır igidlərin yarasından.  

Buddaların kitabını parçalayıb varaq-varaq,  

Dəmırlərdən, poladlardan köynək geyir qara torpaq.  

Kommunizmin bayraqları cərgə-cərgə gəlib keçir,  

Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir...  

Homindanın ordysu da qatır kimi dırnaq tökür,  

Çan Kay-şinin gözlərimə ölüm gəlir, zülmət çökür...  

Salam, yoldaş Çju-de! Uğur ülsun zəfərinə,  

Sən süngünlə yol açırsan bir qurtuluş səhərinə...  

Salam sənə, əziz yoldaş! Bilməsəm də mən dilini,  

Bilirəm ki, sən cəbhədə dəfn elədin sevgilini...  

Əsgər kimi and da içdin, şəhid olmuş o qıza sən,  

Damla-damla göz yaşları axıtmadın gözlərindən.  

Bircə ovuc torpaq atdın o məzara öz əlinlə,  

Günəş kimi şölə çəkib, alovlandı əməlinlə. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə