SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə64/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

______________Milli Kitabxana_______________ 

271 


 

 

Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,  



Gözün aydin, sağalmışdır Tolyattinin yaraları,  

O yenə də meydan açır, qızıl bayraq əlindədir.  

Axın-axın, qoşun-qoşun salamına gəlir hamı..  

Qoca Roma! Mən görürəm qoynundakı izdihamı!  

Mən baxıram dalğa-dalğa keçən qızıl bayraqlara,  

Gedir zəfər orduları zülmətləri yara-yara!  

Qəhrəmanlar qılıncını suya çəkir qızıl qanda,  

Ağzındakı duaları şaşırmışdır Vatikan da...  

Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,  

Gözün aydın, sağalmışdır Tolyattinin yaraları!  

Bu yandan da Paris yenə sığışmayır yerə-göyə,  

İşçi qardaş ağ günlərin qapısını döyə-döyə,  

Çəkicini yerə qoyub, qurşadıqca yarağını,  

Öz başında tutur yenə kommunizmin bayrağını.  

Satqınlara ölüm! - deyir mərd oğullar, igid qızlar,  

Marat kimi bayraq alıb hücum çəkir fransızlar.  

Gah olur ki, böyük şəhər dalğalanır ümman kimi.  

Gah da nəbzi döyünməyir bir can verən insan kimi!  

Qatar durur... Yollar susur... Yer tərpənir ağır-ağır,  

Dilim-dilim alovlanan baxışlardan qəzəb yağır.  

Təyyarələr uçuşmayır, vaporların odu sönür.  

Hər saatın, dəqiqənin ağırlığı ilə donür... Odur! Odur!  

Al bayraqlar cərgə-cərgə gəlib keçir,  

Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir.  

Avropanın oğulları qılıncını qoymur qına,  

Yenə dollar dünyasının lərzə düşür varlığına... 

1948 



______________Milli Kitabxana_______________ 

272 


 

  

MUĞAN 

 

Qoy göyün ulduzu, göyə nur saçsın,  



Yerin də arzusu yerdə gül açsın... 

Yenə də yamyaşıl geyinir dağlar,  

Göz kimi durulur qaynar bulaqlar.  

Əriyir güneylər döşündəki qar,  

Yağış da isladır o göy çəməni – 

Təbiət ilhama çağırır məni! 

Görürəm, dan yeri yenə sökülür,  

Göydən yer üzünə nurlar tökülür.  

Zəmilər, tarlalar üzümə gülür,  

Saralır gözümdə sünbülün dəni,  

Bu nemət ilhama çağırır məni! 

Mən yararımamışam göylər övladı,  

Əzəl şöhrətimdir torpağın adı.  

Bu eşqim çoxuna qismət olmadı...  

Şairim, aç, payla söz xəzinəni!  

Şeriyyət ilhama çağırır məni! 

Ürək dil açır ki, - sönməmiş odum, - 

Hücuma başlayır mənim söz ordum.  

Könüllər mülkündə min yuva qurdum;  

Unutmaz atəmdə sevən sevəni,  

Məhəbbət ilhama çağırır məni! 

O kimdir, külüngü dağ kimi vurur?  

Keçici bayraq da yanında durur?  

Görürəm, o yeni bir dünya qurur... 

 Loğmanlar yazacaq bu qərinəni; 

Bu hikmət ilhama çağırır məni!  

Muğana su gəlir, Milə su gəlir,  

Axışıb öz eli-ulusu gəlir... 

 



______________Milli Kitabxana_______________ 

273 


 

 

Torpağa insanın arzusu gəlir – 



Bağrıma basıram ana vətəni;  

Bu ülfət ilhama çağırır məni! 

 

Birinci nəğmə 

 

De, yolun düşdümü Muğan düzünə?  



Piyada gəzdinmi çölləri sən də'?  

Söz qoşub ceyranın qara gözünə,  

Dincini aldınmı bir göy çəməndə? 

 

Yerdən ayağını quş kimi üzüb,  



Yay kimi dartınıb, ox kimi süzüb,  

Yenə öz sürünü nizamla düzüb,  

Baş alıb gedirsən hayana, ceyran? 

 

Əzəldən meylini salıb çöllərə,  



Bəxtini tapşırdın bizim ellərə,  

O qara gözlərin düşdü dillərə.  

Dişlərin oxşayır mərcana, ceyran! 

 

Bir məsəl qalmışdır ata-babadan:  



Uçarda turacdır, qaçarda ceyran  

Bir mən deyiləm ki, hüsnünə heyran,  

Şöhrətin yayılıb hər yana, ceyran! 

 

Sükuta qərq olmuş ürəyimlə mən  



Keçirəm yenə də Muğan çölündən.  

Yanında balası, yağış gölündən  

Əyilib su içir bir ana ceyran! 

 

Elə ki, son bahar min büsat qurur,  



Kolları-kosları yıxıb uçurur,  

Sıxlaşıb bir yerə baş-başa durur  

Düşəndə çovğuna, borana ceyran. 

 



______________Milli Kitabxana_______________ 

274 


 

 

On addım kənarda yatmayır təkə,  



Gəzinir, oylağa baş çəkə-çəkə.  

Gələn qaraltıdır, yoxsa təhlükə?  

Bir özünə baxır, bir ona ceyran! 

 

Ovçu, insaf elə, keçmə bu düzdən!  



O çöllər qızını ayırma bizdən!  

Qoyma ağrı keçə ürəyimizdən, - 

Qıyma öz qanına boyana ceyran!  

Nə gözəl yaraşır Muğana ceyran! 

 

İkinci nəğmə 

 

Muğandan keçirəm, meyxoşdur bahar...  



Ömrü az olsa da burdakı yazın,  

Vətən sevdasına düşən sənətkar,  

De, indi nə çalır sədəfli sazın? 

 

Gündoğan al geyir, xoşbəxtdir səhər,  



Gözlə ölçülməyir sonsuz yamaclar.  

Nədir dinlədiyiin bu xoş nəğmələr?  

Baharın eşqilə ötür turaclar! 

 

Hər kolun dibinə diqqətlə baxsan,  



Bir yaşıl süfrə var, duy o neməti.  

Tutub bu dünyanı qalmayacaqsan...  

Duy ömür adlanan bir şeriyyatı! 

 

Muğandan keçırəm, göydən od yağır...  



Bir buxar istisi gətirir külək.  

Mən addım atdıqca hey ağır-ağır,  

Tərləyıb islanır əynimdə koynək. 

 

Muğanın ciyəri su istəyir, su!  



Susuz dodaq kimi çatlayır torpaq.  

Bahardır! Bahardır, yerin arzusu,  

O, insan əlilə şəfa tapacaq! 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə