SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə66/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

______________Milli Kitabxana_______________ 

280 


 

Ay işığı süfrə açır Muğan düzünə,  

Göz doymayır şeriyyətin bu qismətindən.  

Muğan çölü ayna tutmuş göyün üzünə;  

Elə bil ki, nur tökülür qız ismətindən... 

 

Ana torpaq! Ana torpaq! Sənin bu hüsnün  



Şerimizin ürəyində nəqş olunmadı.  

Heç olmasa, vətənimin eşqinə bu gün,  

Bircə tablo yaradaydı hər söz ustadı. 

 

Ay aydınlıq, göy süd kimi, gülür hər tərəf.  



Başım üstə qah-qah ötən durna qatan  

Ordu çəkib, nizam qurub, düzülüb səf-səf,  

Bir ox kimi enib gəlir səhraya sarı... 

 

Gəlin! Gəlin! Muğan sizə çoxdan tanışdır.  



Od ələnir, qan çilənir yenə Bağdada...  

Yazıq quşlar, orda sizə yer qalmamışdır;  

Başınızdan qoy keçməsin min qan, min qada! 

 

Utanmayın! Acsmızmı? Tökülün düzə,  



Sizin yerdə nə yonca var, nə tarla, nə dən,  

Ağır toplar divan tutdu, yazıqlar, sizə!  

Yenə varmı öz yurdunu atıb tərk edən? 

 

Heyrət ilə göy üzünə baxıram hərdən;  



Səyyar fikrim ulduzlarla durur yanaşı.  

Şəfəqlərin qucağında baxır göylərdən  

Səyyarələr dünyasının əzəl sirdaşı... 

 

Qoca Zərdüşt! Qoca Zərdüşt! Üç min il qabaq  



Sən də Muğan səhrasını gəzib dolandın!  

Min ölümlə, fəlakətlə qarşılaşaraq,  

Araz kimi gah durulub, gah da bulandın! 

 

Ötərgi də olsa, bu gün söhbət açım mən  



Torpaq olmuş o Loğmanın əməllərindən 

  



______________Milli Kitabxana_______________ 

281 


 

 

Altıncı nəğmə 

 

"Üç min bahar keçəcəkdir bu əfsanədən,  



Qara geyib matəm tutan xain Əhrimən  

Təslim olub baş əyəcək ulu Hürmüz. 

 

Öz taxtını tapşıracaq gecə gündüzə;  



Qadir günəş əridəcək o vaxt zülməti,  

Yer oğlunu boğmayacaq yerin möhnəti. 

 

Göy üzünə çəkiləcək soyuq və azar;  



Səhralarda çiçak açıb gülən arzular  

Dodaqlarda şərqi kimi səslənəcəkdir... 

 

Nə cananlar, neçə canlar bəslənəcəkdir  



Zaman görmüş, dünya görmüş Muğan düzündə;  

Yer görəcək öz hüsnünü insan üzündə... 

 

O vaxt aşıb-daşacaqdır bağlar, bağatlar,  



Ömür kimi uzanacaq günlər, saatlar;  

Tarixlərə şərəfli bir vaxt gələcəkdir. 

 

Ölümlərin ömrü, günü gödələcəkdir,  



Yaşıl məxmər geyinəcək susuz yamaclar;  

Boy atacaq yetim kimi boysuz ağaclar. 

 

Ağ sulara əks edəcək ulduzlar, aylar,  



Yer üzündə qalmayacaq körpüsüz çaylar  

İnsan oğlu güvənəcək öz qüdrətinə. 

 

Tanrıların yaratdığı can möhnətinə  



O vaxt qəbir qazacaqdır insan əlləri;  

Sevinəcək məhəbbətin saf əməlləri... 

 

Bu ilanlar, bu çiyanlar, mələşən çöllər,  



Daxmalarda ömür sürən obalar, ellər  

Daş saraylar yaradacaq öz hünərilə; 

 



______________Milli Kitabxana_______________ 

282 


 

 

Öpüşdükcə səadətin ağ günlərilə 



Hər ocaqda ney tutulub, toy başlanacaq... 

İnsan ömrü min büsatla alqışlanacaq... 

 

Öz ətrindən məst olacaq güllər-çiçəklər;  



Yerə həsrət çəkəcəkdir göydu mələklər...  

Yer üzünün şan-şöhrəti olacaq insan;  

Nə bir azar qalacaqdır, nə ölüm, nə qan..." 

 

Qoca Zərdüşt! Gecə keçir, yol üstəyəm mən;  



Qoy hələlik ayrı düşsün dost əllərimiz.  

Yeni dünya gəlib keçir indi gözümdən,  

Bəlkə bir də görüşmədik bu dünyada biz... 

 

Sən də sağ ol, qoca çoban! Vaxt ötür daha.  



Azmı qalır, çoxmu qalır, görən sabaha?  

Ancaq bizə bir yol salğa, hayandadır Kür? – 

Çoban baxır bir səhraya, bir bizə sarı:  

- Gedin! - deyir, - şimaldakı ulduza sarı,  

O həmişə Kür çayının üstdə görünür... 

 

Yeddinci nəğmə  



 

KÜR 

 

Boz dağların arasından axan Kür  



"Yandım!" deyən səhraları dolaşır.  

Onun qəlbi qəlbim kimi döyünür,  

Dağlar yarıb öz eşqinə yol açır. 

 

Əzəl gündən min arzuyla bu ürək  



Çox qışqırıb haray salır gecələr.  

Sübhə kimi nərə çəkən o pələng  

Qollarına baş söykəyir hər səhər... 

 

Ağ at ktmi sıçradıqca dalğalar,  



Qolundakı zəncirləri Kür qırır. 

 



______________Milli Kitabxana_______________ 

283 


 

  

Boğulduqca dara düşmüş o şikar,  



Maral kinü dil çıxarıb hayqırır. 

 

Şair, onun qüdrətini duya bil!  



Əngin!.. - deyir, o da qartal kimidir.  

Məcrasına sığışmayan Kür deyil,  

Zaman görmüş bir torpağın qəlbidir... 

 

Kür üstündə at oynadar sərt külək;  



Bulud gələr, şimşək oynar, od çaxar.  

O, bəzən  də bir şairin ruhu tək  

Qəmli-qəmli fikrə gedib lal axar... 

 

Yaşilbaşlar qanad çırpar suyuna,  



Gah durular, gah da dönüb bulanar.  

Arabir də səhraların boynuna  

Acıqlı Kür ilan kimi dolanar. 

 

Qırqovullar qaqqıldaşıb uçanda  



Six ormanlar sisə düşür hər axşam.  

Maral ürküb talalardan qaçanda  

Arxasınca yüz xəyala dalmışam... 

 

Kür qırağı... Qarayazı... göy çəmən...  



Qoşa palıd... Tüstülənən od-ocaq!..  

Saç ağardı, unutmadım sizi mən.  

Hansı şair sizi bir də yazacaq? 

 

Yarğan üstü... Bulaq başı... Mis səhəng...  



Üç gəlinin bir ağızdan gülməyi,  

Kəhər atın qanlı Kürü keçərək,  

Baş sallayıb ağır-ağır gəlməyi... 

 

Mən o qızın əlindən su içəndə,  



Min arzuyla bu dünyaya baxmışam.  

Dəli Kürü at belində keçəndə  

Az qalmışdı axıb gedəm bir axşam... 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə