SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə67/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

______________Milli Kitabxana_______________ 

284 


 

 

Zaman keçir... Təzələşir fəsillər;  



Görüşürük, ayrılırıq baharla.  

Biz köçürük, gəlir yeni nəsillər;  

Kür yenə də axıb gedir vüqarla... 

 

Axır, axır... O dayanmaz bir an da. 



O axdıqca qanad açır, qol açır.  

Axar Kürüm kükrədiyi zamanda  

Dağlar yarıb öz eşqinə yol açır. 

 

Şair, onun qüdrətini duya bil!  



Əngin!.. - deyir, o da qartal kimidir.  

Məcrasına sığışmayan Kür deyil,  

Zaman görmüş bir torpağın qəlbidir... 

 

Səkkizinci nəğmə 

 

İndi yavaş-yavaş addımlayaraq,  



Təklənib gedirəm Kür qırağına.  

Bir söyüd altında fikrə dalaraq,  

Baxıram hüzn ilə "Qız bulağı"na 

 

Bir yanım Kür çayı, bir yanım çəmən,  



Sahillər döyünüb titrəyir zağ-zağ.  

İndi söhbət açım on beş il qabaq  

Kür üstdə baş veren bir faciədən: 

 

Fəlakət, fəlakət! Yenə Kür daşır;  



Suya qərq olacaq yenə zəmilər.  

Dəli Kür qızışıb həddini aşır,  

Baş-başa gəlmişdir ölümlə hünər! 

 

Yox, o amansızdır, o dayanmayır,  



Uçurub dağıdır yenə bəndləri;  

O, insan eşqilə hələ yanmayır,  

Ağzına götürür yaxın kəndləri. 

  



______________Milli Kitabxana_______________ 

285 


 

 

Gecədir... Qaranlıq çökmüş Muğana.  



Qığılcım kimidir seyrək ulduzlar...  

Qaçır Kür boyunca bir bədbəxt ana,  

Yerdənmi, göydənmi təmənnası var? 

 

Axır qıjıltıyla qanlı Kür, axır...  



Səsindən səhralar titrəyir zağ-zağ.  

Bəzən buludlarda şimşək də çaxır,  

Kürsə qılınc kimi parlayır dümağ... 

 

Uçduqca yarğanlar, köklü ağaclar,  



Kür udur onları bir əjdaha tək.  

Sellərə qərq olur çöllər, yamaclar,  

Şair, bir rəssam tək bu lövhəni çək! 

 

Sanma ki, atlanan göy dalğalardır;  



Kür öz qalxanını qaldırır göyə.  

Ananın başına gen dünya dardır;  

Yalvarır sulara göz döyə-döyə... 

 

Divanə qadının o ağ saçları  



Dağılıb çiyninə səpələnmişdir,  

Elə bil, zülmətə nur ələnmişdir;  

Zəif bir səs ilə qışqırır qarı. 

 

Cırır yaxasını əllərilə, ah! 



- Tanrım, eşit - deyir, - mənim dərdimi! - 

Ana! Sığındığın o "böyük Allah" 

Heç sənə dar gündə yol göstərdimi? 

 

Yox! yox! Danışmayır, dinməyir göylər...  



Kürsə yavaş-yavaş yatıb lal axır.  

Gecə çox uzanır, doğmayır səhər;  

Dalğalar qoynunda bir xəyal axır... 

 

O bəzən qışqırır, haray çəkərək,  



Sahilə çatmayır fəqət səs-küyü. 

 



______________Milli Kitabxana_______________ 

286 


 

 

Axır... Bir nazənin, bir gözəl mələk;  



Axır, barmağında nişan üzüyü... 

 

Gözlərin dolmasin, ey nazlı pəri,  



Boş yerə yapışma o dalğalardan;  

Nahaq qucaqlama sərt ləpələri.  

Qurtaran yoxdurmu səni bu dardan? 

 

Odur, bax, şir kimi atılır suya  



Sənin and içdiyin o gənc qəhrəman.  

Nə ölümə baxır, nə də qorxuya,  

Qurtarmaq istəyir səni bu dardan. 

 

Yox... Yox! Yorulmayir onun qolları,  



Sular parçalanır tunc sinəsində.  

O səni axtarır bu gecə yarı  

Qanlı dalğaların qorxunc səsində! 

 

O gəlir... O sənə yaxınlaşır, bax!  



Az qalır əlinə yetişsin əli...  

Səbr elə, sevgilin gəlib çatacaq,  

Bir az da səbr elə, Muğan gözəli! 

 

Qız yenə qışqırır haray çəkərək,  



Sahilə çatmayır onun səs-küyü.  

Axır o nazəndə, o gözəl mələk;  

Axır, barmağında nişan üzüyü... 

 

Gün keçir, dolanır həftələr, aylar;  



İllər yaşa dolur, zamansa dona.  

Kürün sahilində bir göy çəmən var,  

Ellər zaman-zaman baş çəkir ona. 

 

Nədir çəməndəki o qoşa məzar?  



O baş daşlarına yazılan nədir?  

Kölgəmi salmışdır ona ağaclar?  

Sən elə bilmə ki, bu əfsanədir! 

  



______________Milli Kitabxana_______________ 

287 


 

 

Ay yatır gecələr, bağrı qan kimi,  



Bu qoşa məzara eşq olsun deyə.  

Kür də tutduğuna peşiman kimi,  

Çəkilmiş sahildən bir az geriyə... 

 

Ağ saçlı çobanlar, odunçular da  



Bu qoşa məzara salama gəlir.  

Bir qoşa bülbül də bur ilk baharda  

Aşiqlər eşqilə ilhama gəlir... 

 

Burda... Bu qoşacıq məzar yanında  



Bir söyüd altında bulaq da qaynar;  

Günəş tellərini yayan zamanda  

Şəffaf sularında kölgələr oynar. 

 

Yerdə çiçək açır qəbrin arzusu,  



Ulduzlar bu yerin sirdaşlarıdır.  

Deyirlar çeşmədə parlayan bu su  

Nakam aşiqlərin göz yaşlarıdir... 

 

"Məhəbbət" adlanan bu gülüstana  



Bəzən ovçular da axışıb gəlir.  

Hər kəs tüfəngini atıb bir yana,  

Söyüd kölgəsində yatıb dincəlir. 

 

Məni də yorduqca arabir şəhər,  



Muğanın seyrinə çıxıram tək-tək.  

Gün bir az qalxanda od tutub çöllər,  

Birdən ağırlaşır çiynimdə tüfəng. 

 

Günorta çağları çox dincəlmişəm  



Sizə söylədiyim o göy çəməndə;  

O söyüd altına qonaq gəlmişəm;  

O müqəddəs sudan içmişəm mən də,  

Sizə söylədiyim o göy çəməndə... 

 

Oxucum! Qəmləndi ürəyin bir az;  



Saraldın, deyəsən, qış günəşi tək... 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə