SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

______________Milli Kitabxana_______________ 

288 


 

 

Eləsə, mətləbi, sözü dəyişək,  



Bir başqa söhbətə indi qulaq as! 

 

İndi yanımca gəl, yapış əlimdən,  



Bir Muğan qızına müsafir gedək.  

Gözəl bir aləmi ziyarət edək,  

Unut, o bayaqkı faciəni sən... 

 

Doqquzuncu nəğmə  



 

MUĞAN QIZI 

 



Kürün qırağında, Muğan düzündə,  

Zəmisi, tarlası suyun gözündə,  

Salmanlı adlanan bir kəndciyəz var,  

Onun dörd yanında yaşıl tarlalar.  

 

Seyrək ağaclar, qamışlıqlar da  



Yamyaşıl görünür lap son baharda. 

Üz-üzə durmuşdur suvaqlı damlar,  

Hay verib, hay alır gümrah adamlar;  

 

Qızlar su götürür lilli arxlardan. 



Kür üstə qurulmuş dərnir çarxlardan,  

Polad motorlardan dağılan səda  

Göy gurultusu tək gəzir havada... 

 

Yerdə car çəksə də çarxların səsi,  



Od tutub yansa da göyün nəfəsi,  

Ceyranlar düzdədir... quşlar yuvada. 

 

II 


 

Bir azdan doğacaq göydə ulduzlar;  

Tarladan qayıdır gəlinlər, qızlar.  

Elə bil, səs gəlir yerin qəlbindən:  

"Getməyin! Sükuta qərq olur düzlər!" 



______________Milli Kitabxana_______________ 

289 


 

  

Uzanır axşamın əli çöllərə,  



Tarlalar qaralır buludlar kimi.  

Üfuqdən ay doğub baxır ellərə,  

Qəlbində bir sirri, sözü var kimi. 

 

Bir böyük tarlaya qərq olmuşam mən;  



Pambıq şaxlarının arasındayam.  

Yollar, elə bil ki, qaçmış gözümdən,  

Bilmirəm dünyanın harasındayam... 

 

Birdən dayanıram... Dünya bir anlıq  



Mənə xəyal kimi görünür bu dəm.  

Tarla boş, ortada alaqaranlıq,  

Fəqət, gözlərimə baxır bir sənəm. 

 

Bu nədir? Yerdə də mehrabmı yanır?  



Yoxsa gözlərimmi alacalanır?  

Yox, yox, doğrudan da gördüyüm qızdır;  

Hürkmüş maral kimi diksinir birdən  

 

Bəs niyə tarlada bu vaxt yalqızdır?  



Baxır... Tərpənməyir durduğu yerdən... 

Ağarır başında bir ipək çalma,  

Dönüb sual verir: - Kimsən, ay əmi? 

- Qızım, kimliyimi tez xəbər alma; 

Deyəsən, bir azca qorxdun, eləmi? 

- Yox, 


niyə qanmıram, uşağam, nəyəm? 

Deyəsən, ovçusan, bəs ovun hanı? 

Quşla doludur ki, kəndin hər yanı 

- Yox, 


ovçu 

deyiləm... 

Qızcığaz gülür; 

Üzündən-gözündən nurlar tökülür.  

Rəng alıb, rəng verir al yanaqları,  

Bir öpüş görməmiş saf dodaqları.  

Hələ solmamışdır qızılgül kimi,  

Daranmiş saçları bir sünbül kimi 




______________Milli Kitabxana_______________ 

290 


 

 

Başını qaldırıb baxsa bir anlıq,  



Dönüb şölələnər alaqaranlıq... 

- Qızım, mən gəzirəm səhərdən bəri 

Sizin kənd yerini, bu zəmiləri. 

Nə yaxşı gümrahdır burda adamlar?  

Üzlərdə nə nisgil, nə sarılıq var... Qızdırma yoxdur ki? 

- Əvvəllər vardı. Soyuqlar düşəndə lap çoxalardı. 

- Bəs indi? 

- Kəndimiz çox dəyişmişdir.  

Bizi gümrah tutan havadır, işdir! 

- Çoxmu 


qalırsınız açıq havada? 

- Hələ oyanmamış quşlar yuvada, 

Hələ gün doğmamış oyanır ellər, 

Gəl, deyə çağırır bizi bu çöllər. 

Kişilər arx çəkir kürdən hər yana, 

Gedir bir çoxu da şuma, kotana. 

Gəlinlər, qızlar da dağılıb düzə, 

Pambıq toplayırıq durub üz-üzə; 

Bəzən işləyirik ay batanadək. 

Müftə yaranmayır torpaqdan çörək... 

Hələ qış vaxtı da girovda, qarda 

Biz pambıq yığırıq bu tarlalarda 

Şaxta da görürük, ayaz da, gün də, 

Hərə zəhmət çəkir bir iş üstündə. 

Odur ki, canımız-başımız sağdır, 

Elin yanında da üzümüz ağdır. 

Ancaq ipəklərin yaxşısını siz 

Şəhər qızlarına geydirirsiniz... - 

Deyib, gülümsədi, susdu bir anlıq, 

Üzündə oynadı bir mehribanlıq. 

- Bəs sənin heç yoxdur ipək paltarın? 

Elə, əynindəki bu çitdir arın? 

- Bıy, elə mən dedim, inandın sən də? 

Elə geyirəm ki, yeri gələndə! 

Bəs necə gedirəm toya-mağara? 



______________Milli Kitabxana_______________ 

291 


 

 

Bəzən şal geyirəm, bəzən də xara!  



Qızcığaz bunları dediyi zaman,  

Ağ günlər boylanır baxışlarından.  

Bilirəm, görməmiş bu məsum pəri  

Anamın çəkdiyi qara günləri.  

Beşikdə tapmamiş onu ehtiyac, 

Od tutub yanmamış bu çöl, bu yamac. 

- Mən qıza baxdıqca, duyuram bunu! 

Duyuram toxluğun nə olduğunu... 

Duyuram vətənin cəlalım mən. 

Dünyalar əyilib keçir qəlbimdən... 

- Deyiriər kəndə bir maşın gələcək, 

Bilirsən, yalandır, yoxsa da, gerçək? 

- Nə maşın? Traktor? 

- Yox ey... - deyirlər  

Bir maşın çıxıb ki, o, pambıq dərir! 

- Bilirəm, elə bir maşın var, bəli. 

Onun da insan tək işləyir əli? 



İşləyir, özü də yorulmayır heç, 

Sizin bu kəndə də gələcək tez-gec... 

- Bəs maşın seçirmi yığdığı zaman 

Açılan pambığı açılmamışdan? 

- Seçir, 

açılmışı çox açıq seçir, 

Bağlı qozanın dä üstündən keçir... 

O da insan kimi hiss edib duyur, 

Yaxşını, yamanı üzdən oxuyur... 

Bu dəm qəh-qəh çəkib qız birdən gülür,  

Elə bil, ayağı yerdən üzülür.  

Az qalir uğuna səadətindən.  

Duyuram qəlbindən keçənləri mən... 

- Ay 

əmi, o maşin tez gəlsə əgər, 



Nə qədər sevinər bizim bu çöllər! 

İş görər, tər tökər bir yandan o da. 

Vaxtımız çox qalar elmə, savada. 

Ev tikib, bağ salıb, yollar çəkərik, 

Yollar kənarında güllər əkərik. 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə