SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə69/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

______________Milli Kitabxana_______________ 

292 


 

 

Özün bir fikr elə, gəl, bir anlığa,  



Hərə bir əl qoysa abadanlığa,  

Kəndimiz böyüyüb bir şəhər olar!  

Hər gözəl axşamı bir səhər olar!  

Birdən, o üzümə baxdı diqqətlə,  

Qaşları çatıldı qızın heyrətlə: 

- Tanıdim... Kitabda görmüşəm sizi, 

Divardan asmışam bir şəklinizi. 

Nə olar, bizə də bir şeir yazsan,  

Bizim bu pambığa bir söz qoşmazsan? 

 

III 



 

Ay keçdi, il keçdi, ikinci dəfə  

Yolum yenə düşdü o kənd tərəfə,  

Dan yeri yenicə sökülən zaman  

Mən yenə keçirdim o göy tarladan.  

Üfüq yavaş-yavaş ağarışırdı,  

Tarlada üç dəstə qız yarışırdı.  

Tərpənib əsdikcə səhərin mehi,  

Axır damla-damla şaxların şehi.  

"Qış gəlir, qar gəlir, tez olun görək,  

Çöldə bir qoza da qalmasin gərək!" – 

Dedikcə qızların uçur əlləri,  

Elə bil, sevinir pambıq çölləri;  

Sinələr tövşüyür, yanaqlar yanır,  

Qızlar nə dincəlir, nə də dayanır.  

Buğlanır onların isti nəfəsi,  

Qaynayır gəncliyin eşqi, həvəsi. 

Günorta yetişdi, hava açıldı,  

Günəşin üzündən nurlar saçıldı.  

Yamyaşıl göründü yenə də tarla;  

Yer göyə boylanıb baxdı vüqarla...  

Bir söyüd altına yığışdı qızlar,  

Şairi görməyən o "vəfasızlar". 

- Nə olar, siz məni saymasanız da, 

Sözümə bir məhəl qoymasanız da, 

 



______________Milli Kitabxana_______________ 

293 


 

Sizi unutmayıb ömrümdə bir dəm, 

Yenə də mən sizi deyib gəlmişəm. 

Alın salamımı! - 

Qızlar quş kimi, 

Sıçrayıb qalxırlar məni görən tək. 

O Muğan qızı da gülümsəyərək, 

Böyük bir həsrətdən qurtulmuş kimi: 

- Nə yaxşı, nə yaxşı gəldiniz, - deyir, 

Qəlbimdə yurd salır canlı bir şeir... 

- Sənə göndərdiyim şeri aldınmı? 

Oxuyub heç məni yada saldınmı? 

- Almışam. Əzbərdən bilirəm bütün, 

Qızlar şərqi kimi oxuyur hər gün... 

- Eləsə, bir soylə, qulaq asım mən, 

Bir yeni ilham da alım səsindən ! - 

Qız ayaq üstündə, sadə bir səslə 

Oxuyur şerimi bir xoş nəfəslə: 

"Muğanın pambığı faraş gələndə,  

Qozalar gül açıb, üzə güləndə,  

Qızlar iş gününə ipək böləndə,  

Könüllər mülkündə ilk bahar olur. 

Uğurlu yaranmış onun ayağı,  

Mehri, ülfəti var insan sayağı.  

Zərdüştlər yurdunun ana torpağı  

Günəşin eşqilə çəmənzar olur. 

Yaya tapşıranda öz yerini yaz,  

Gündüzlər gün istər, gecələr ayaz.  

Suyunun vaxtı da ötəndə bir az  

Qaşqabaq sallayıb pürqübar olur.  

Yamanca şıltaqdır bu nazlı sənəm,  

Gərək göz olasan üstündə hər dəm.  

Xoş sifət görəndo bu telli həmdəm,  

O da öz əhdinə düz ilqar olur. 




______________Milli Kitabxana_______________ 

294 


 

  

Quraqlıq keçəndə tez solur gülü,  



Durur yetim kimi boynu bükülü.  

Başlanır ellərin kasadlıq ili,  

Muğanın başına dünya dar olur. 

Yox, dil açır Muğan, o qızmış pələng:  

- Bir qarış dəmyə də qalmasın gərək! – 

Gəlir Mingəçevir, haray çokərək,  

Səhralar eşidib xəbərdar olur. 

Odur, dəstə-dostə komsomol gəlir,  

De, Kürdən, Arazdan neçə qol gəlir?  

Ay ellər, Muğanın ili bol gəlir,  

Dost baxıb sevinir, düşmən xar olur. 

Ah, nələr duyuram onun səsində,  

Bu ellər qızının xoş nəfəsində- 

Xurmayı saçları qatar-qatardır;  

Bir az da Humaya bənzəri vardır.  

Gözündə qaynayır eşqim, qüdrətim,  

O əzəl ilhamım, əzəl sənətim...  

Xəyalım yol gedir, uğurlar deyə,  

Günəşli-gündüzlü bir gələcəyə...  

Qızlar işə gedir, ayrılırıq biz,  

Lakin ayrılmayır ürəklərimiz... 

 

Onuncu nəğmə 



 

KÜRÜN BAYRAMI 

 

Kiçicik bir sudur yer üzündə Kür.  



Baxsan bu dünyanın xəritəsinə;  

Bəs niyə qəlbimdə ümman döyünür,  

Mən qulaq asdıqca Kürün səsinə?! 

Təslim ol, dəli Kür! İnadı burax!  

İndi sürməyirəm yerimi xışla... 



______________Milli Kitabxana_______________ 

295 


 

  

Min illik yuxudan oyanır torpaq;  



Bu insan eşqini sən də alqışla! 

Dəvə karvanları deyil şöhrətim,  

Dəmirlər əsrinin övladıyam mən!  

Artıq azad olmuş ilk məhəbbətim  

Sehirli göylərin təvəkkülündən... 

Yaxandan yapışıb, soruşur insan  

Vaxtsız ölümlərin intiqamını...  

İndi bayram kimi ucaldır zaman  

Vətən torpağının ehtişamını! 

Zamandır, qanlı Kür, qaçma meydandan,  

Çıxar qılıncını: bu mən, bu da sən!  

Qoy sənin arxanda dursun "yaradan",  

Mənsə qüvvət alım ellər gücündən! 

Üstünə gəldikcə külünglər, betlər,  

Açma öz ağzını bir əjdaha tək.  

"Qanlı Kür" demişdir adına ellər,  

Hirsli sularınla pəncələşərək! 

De, kimsən? Bəlkə dost, bəlkə də yadsan?  

De, nədir aləmdə fikrin, diləyin?  

De, neçin bu qədər qəmdən azadsan,  

Mərhəmət bilməyir soyuq ürəyin? 

Xeyr! Sən nə yadsan, nə də ki düşmən;  

Yerin övladıdır, məncə qüdrətin.  

Yazıqlar olsun ki, insan deyilsən,  

Sənin nə qəlbin var, nə məhəbbətin. 

Bizsə insanlarıq, öz gücümüz var,  

Bizik dənizləri baş-başa çatan.  

Mərhəmət ummasın bizdən "tanrılar..."  

Bizik şimşəklərə min kəmənd atan. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə