SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə70/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

______________Milli Kitabxana_______________ 

296 


 

  

Adəmin, Həvvanın vaxtından bəri  



Tilsimi dolaşıq, girdabı dərin,  

O dilsiz-ağızsız qərinələri  

Dəyişdi qüdrəti bolşeviklərin!.. 

Qullar dünyasını kökdən uçurub,  

Şahların tacını ayağa saldıq.  

Qəbirlər üstündə saraylar qurub,  

Vaxtsız ölümlərdən intiqam aldıq... 

Dedik ki, torpaqda nə səfil, nə ac,  

Nə də bir kimsəsiz görünsün gərək.  

Dedik ki, yerlərə batsın ehtiyac,  

Nəsildən-nəsilə bol olsun çörək... 

Dedik ki, şairlər Vətən mülkünə  

Baxdıqca ürəyi, könlü şad olsun.  

Hər gələn sabaha, hər keçən günə  

İnsanın hünəri, eşqi ad olsun... 

Ayları, illəri bir yerə qatdıq,  

Zamanın nəbzini duyduq təbib tək...  

Aclığı ölümün ağzına atdıq,  

Yaşadıq, zülmətə qılınc çəkərək! 

Gülşənə döndərib boz səhraları,  

Üşütmə, qızdırma olmasın dedik. 

Növrəstə qızların al yanaqları,  

O gül dodaqları solmasın dedik. 

Biz sirdaş yarandıq hər gözəlliyə,  

Baş əydik hər yerdə ona hörmətlə...  

Məhəbbət insana şöhrətdir deyə,  

Yaşadıq müqəddəs bir məhəbbətlə... 

Hər insan qəlbinin öz dünyasından  

Hüsnə, səadətə yollar açıldı. 

  



______________Milli Kitabxana_______________ 

297 


 

 

Eşqin, məhəbbətin saf mənasından  



Könüllər mülkünə nurlar saçıldı... 

Biz açdıq torpağın altında qalmış  

Gün üzü görməmiş dəfinələri  

Köhnə kağızların üstdə saralmış  

Ağlın yaratdığı xəzinələri... 

Açıb tarixlərin qol-qanadını,  

Dahilər qəbrini hörmətlə qazdıq.  

Onların şərəfli, şanlı adını  

Mərmər abidələr üstündə yazdıq! 

Sənə də biz dostuq, sirdaşıq, ey Kür,  

Sənsə, üz döndərib, gəl qaçma bizdən.  

Bü ki, qəlbimizdə qəlbin döyünür,  

Qopara bılməzsən ürəyimizdən. 

Südünü insana gəl halal elə,  

Ondan içəcəkdir ellər, obalar.  

Yenə axacaqsan sən cəlal ilə,  

Qoymarıq pozula əzəlki ilqar... 

Yenə dalğaların, ağ ləpələrin  

Sakit gecələrdə pıçıldaşacaq...  

Yayda da, qışda da buz kimi sərin  

Ürəyin qüvvətlə aşıb-daşacaq... 

Sağında, solunda meşələr yenə  

Yamyaşıl geyəcək fəsli-baharda.  

Gözəllər çıxacaq yenə seyrinə,  

Gəlin tək bəzənən min laləzarda... 

Saz sözlə dinəcək, tar şikəstəylə,  

Ömrümüz yenə də xoş keçəcəkdir.  

Marallar üstünə çıxıb dəstəylə,  

Əyib buynuzunu su içəcəkdir. 



______________Milli Kitabxana_______________ 

298 


 

 

Yenə səxavətlə aşıb-daşacaq  



Qəlbi dağlar kimi böyük analar;  

Yenə ovçu görüb qaqqıldaşacaq  

Suyuna baş vurub çimən sonalar... 

 

Sən elə bilmə ki, ömrün qocalır,  



Biz sənin arxanıq, dostunuq, ey Kür!  

Sənin də şöhrətin, şənin ucalır,  

Bil ki, qəlbimizdə qəlbin döyünür!.. 

 

Biz qurudan zaman bataqlıqları  



Dörd yanın çiçəklər, güllər açacaq.  

O zaman qoynuna hər gecə yarı  

İliç lampaları işıq saçacaq... 

 

Sağında, solunda yeni şəhərlər  



Səs-səsə verəcək min bir büsatla,  

Sevdalı axşamlar, xoşbəxt səhərlər  

Yüz nağıl olacaq min xatiratla. 

 

Şəhərlər car çəkib yarışan zaman,  



Dilsiz sükunəti sən udacaqsan...  

Çöllər bir-birilə danışan zaman,  

Tənhalıq dərdini unudacaqsan... 

 

O günlər nə qədər yaxın görünür!  



O günlər eşqinə yazıram mən.  

Biz sənin arxanıq, dostunuq, ey Kür! 

Bizim eşqimizi alqışla sən də! 

 

Ey könül, Kür ilə söhbəti qurtar,  



Uzundur onsuz da bu dastanımız;  

Sabah da Bozdağa səfərimiz var,  

Orda külüng vurur qəhrəmanımız... 



______________Milli Kitabxana_______________ 

299 


 

  

On birinci nəğmə  



 

MİNGƏÇEVİR QƏHRƏMANI 

 

Car çəkir, çarxların çaxnaşıq səsi,  

Car çəkir qışqırır nəhəng motorlar.  

Qızır baltaların polad pəncəsi,  

İldırım, ildırım vurur Bozdağı,  

O daşlı, qumsallı, gilli torpağı  

Udur, lay-lay udur ekskavatorlar,  

Hay salır, qışqırır nəhəng motorlar. 

İnsanlar qaynaşır... Meydan darısqal.  

Ürəklər, nəbzlər sürətlə vurur...  

Qatarlar, avtolar gəlir dalbadal,  

Keçici bayraqlar yan-yana durur;  

Ürəklər, nəbzlər sürətlə vurur. 

Od tökür, od tökür günəş ağzından;  

Torpağın nəfəsi təngiyir hərdən.  

Yanğınlar yağsa da yerə göylərdən,  

Əl işdən soyumaz, ürək arzudan... 

Dağlarla, daşlarla pəncələşərək,  

İnsan istiqbalı salama gəlir...  

Ayların, illərin ömrü gödəlir:  

Saatlar dolanır saniyələr tək... 

Şair! Bu fəlsəfən qalsın bir yana,  

Yaxın gəl, salam ver o qəhrəmana.  

Sən onun əlini tut öz əlinlə;  

Bir Loğman kimi də qəlbini dinlə... 

Görürsən? Səssizcə, başı aşağı,  

Onun açıq alnı, qaşı-qabağı,  

O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü  

Mənim ilhamıma yaxındır, düzü... 

  



______________Milli Kitabxana_______________ 

300 


 

 

(İnsan var, bir dəfə görsən də onu,  



Ürək unutmayır ömrü uzunu.  

Sənin ürəyində o yuva salır,  

Ölüm gününədək yadında qalır;  

Günəşli-gündüzlü bir xatirə tək,  

Ondan ayrılmayır bir an da ürək...  

Deyirsən, onu bir görəydim yenə,  

Ya qonaq gələydi bir gün evinə,  

Duz-çörək kəsəydi səninlə o da,  

Ya da öz canını onun yolunda  

Odlara ataydın!) 

Xoşbəxtəm ki, mən  

Belə bir insanın tutub əlindən, -  

Buyur gəl,- deyirəm, - söz gülşənimə,  

Mənim öz bağıma, öz gülşənimə!  

Onunsa öz qəlbi, öz dünyası var;  

Başında bambaşqa bir sevdası var.  

O da Fərhad kimi dağ uçurur, bax!  

Fərhad əfsanədir, xəyaldır ancaq...  

Xəyallar nə qədər şirin olsa da,  

İnsanın nəfəsi xoşdur dünyada...  

Bəs kimdir, nəçidir bizim qəhrəman?  

Söhbəti burdaca başlayaq ondan: 

 

Ekskavator sözü yoxdur Sarvanımın öz dilində,  



Ancaq ona həmdəm oldu öz yurdunda, öz elində...  

O gündən ki, bizim Sarvan Kür üstünə ayaq basdı,  

Bu sehrkar maşınların dıllərinə qulaq asdı,  

Dinlədikcə bu çarxların, dəmirlərin sərt səsini,  

O udduqca motorların odlu, hisli, nəfəsini,  

Bir az qorxdu... Bir az çaşdı... Gözlərindən yuxu qaçdı,  

Arabir də anıb yenə qalın "Topçu meşəsini",  

Yada saldı həsrət ilə maralların nərəsini.  

Yada düşdü nişanlısı, nazlı sular sonası da,  

Öz oğlunu yola salmış ağ birçəkli anası da...  

Ancaq geri qayıtmadı... Dedi: - Yolum irəlidir!.. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə