SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə71/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

______________Milli Kitabxana_______________ 

301 


 

  

O duydu ki, düşündü ki, bu yüksəliş illəridir.  



O dedi ki: - Ellər məni gül-çiçəklə saldı yola,  

Mən gələndə vədə verdim, and da içdim komsomola!  

Bu minvalla dost oldular kiçik Sarvan, kiçik şəhər;  

Nəhəng-nəhəng motorların qəibindəki döyüntülər,  

İnsanların, maşınların iş üstündə çaxnaşması,  

Gecə vaxtı dəli Kürün gah qışqırıb, gah daşması  

Nağıl kimi yuva saldı Sarvanımın ürəyində;  

İqlim-iqlim gəzməyi var  

Hər havaya dözməyi var, insanın da, ürəyin də... 

Ömürlük yol yoldaşıdır, doğrudan da bizə adət,  

Vərdişləri övladıdır ömür adlı bu səadət...  

Əzəl gündən insan oğlu əkdiyini harda biçsə,  

Ömrü-günü alovların qucağında belə keçsə,  

Sərin bahar nəsimi tək udur Vətən havasını;  

Kim dəyişər yer üzünə öz yurdunu, yuvasını?!  

(Kosmopolit tənqidçilər ömrü boyu dandı məni  

Dedi: "Əsil şairlərin nə yurdu var, nə vətəni".  

Dedi: "Bütün yer üzüdür sənətkarın ana yurdu,  

Bizim çoban şairi də saz üstündə şeri qurdu..." 

 - Bəli, - dedim, - saz üstündə!..  

Lakin onun mənasını,  

Vətənimin, millətimin qəhrəmanlıq dünyasını  

Simfonyalar lisanilə öz evimdə ötmüşəm mən,  

Vaşinqton salonları keçməmişdir ürəyimdən.  

Sizin kimi nökər olub yad ocağı qalamadım,  

Vətənimin vüqarı tək vüqarlıdır mənim adım...  

Nizaminin, Füzulinin söhbətinə qulaq asdım,  

Puşkinin söz rübabını öz sinəmin üstə basdım...  

Sarvanımın qəlbində də bu arzular dünyası var,  

Bizinı eldə qələm ilə külüngün bır mənası var...  

Bu səbəbdən o gənc ilə mən bu qədər sirdaş oldum, 

Sirdaş nədir, qardaş oldum! Odur... Odur...  

Qəhrəmanım toz içində nəfəs alır,  

Ekskavator boz dağlara baray çəkir, nərə salır.  

Bir yay kimi çatılmışdır Sarvanımın qaşqabağı,  

Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı... 

  



______________Milli Kitabxana_______________ 

302 


 

O torpağın qatlarına işlədikcə dərin-dərin,  

Torpaq tökür, qum dağıdır kor gözünə zülmətlərin.  

- Sement verin! 

Beton tökün! 

- Qaçırmayın Kürü gözdən,  

Bir an belə buraxmayaq cilovunu əlimizdən!  

Etibarsız dostlar kimi oynamasın bizimlə  

Kür, Görürsənmi? O bulanır... O hirslidir, o döyünür... 

Sellər, sular qudurmasın! 

Qurğumuzu uçurmasın! 

Qayaları sökün! Sökün! 

Sement verin! Beton tökün! 

Qəlbi daşdır, nədir yerin? 

Sementverin! Sementverin! 

Bahalan ehtiyatla!.. 

Yola getməz dəmirlə daş... 

Tez ol, yoldaş! 

Çoxalt toku! 

Tez ol, getdi günün çoxu. 

Axşam olub, qaralmamış 

Üfüqlərin çalıq qaşı, 

Şaxta düşüb, qar almamış Dağı, daşı, 

Qayaları sökün! Sökün! 

Sement verin! Beton tökün!.. 

Sellər, sular qudurmasın, 

Qurğumuzu uçurmasın!.. 

Bu səs mənim Sarvanımın,  

Sarvanımın səsidir, bax!  

O nəfəsi səndən aldı, ana torpaq, ana torpaq! 

 

On ikinci nəğmə 

 

"Əridəcək Sarvan dağı,  

İldırımdır əl-ayağı,  

Nə yorulur, nə dincəlir,  

Nə gözünə yuxu gəlir. 



______________Milli Kitabxana_______________ 

303 


 

 

Yaxınlaşıb gəlir qış da...  



Bağladığım bu yarışda  

Mən Sarvanı keçəm gərək!  

Yox, sürəyi mən yarmasam,  

Al bayrağı aparmasam,  

Kəndimizdən köçəm gərək!  

Açıl, açıl, qol-qanadım!  

Qız olsa da mənim adım,  

Qoy baş əysin mənə çöllər...  

Qoy arxamca bütün ellər  

Alqış desin hünərimə,  

Mənim zəfər günlərimə!..."  

Deyən Manya Kərimova,  

Saatları qova-qova  

Tarladadır ilk səhərdən.  

Ürəyini sıxır hərdən  

Bu il qışın tez gəlməsi,  

Qozaların seyrəlməsi...  

Boşa çıxır bəzən əli,  

Bu el qızı, el gözəli  

Öz qəlbinin yüz səsilə,  

Öz eşqilə, həvəsilə  

Gah durulur, gah bulanır  

Axar sular ellər kimi;  

Gözlərində yer dolanır  

Ağır aylar, illər kimi.  

Arabir də o durulur,  

Qüvvət duyur biləyində.  

Elə bil ki, ürəyində  

Saz tutulub, toy qurulur.  

Yayıldıqca saf nəfəsi  

Yenə pambıq düzlərinə, -  

Gəlin! - deyir onun səsi  

Kəndimizin qızlarına.  

Sərin-sərin əsən külək  

Nəğmə tutur kamança tək.  

Manya! Manya! Çöllərə sən 

  



______________Milli Kitabxana_______________ 

304 


 

Yenə meydan oxuyursan!  

Nələr keçir ürəyindən?  

Bəlkə, şeir oxuyursan  

Öz qəlbində, qəhrəman qız?  

Şöhrətini ağız-ağız.  

Oymaq-oymaq eşıtdik biz,  

Dağa döndü ürəyimiz... 

"Əridəcək Sarvan dağı,  

İldırımdır əl-ayağı..."  

Deyir Manya düşünərək.  

Sinəsində çarpan ürək  

Qan dağıdır əllərinə.  

Cumur pambıq çöllərinə  

Bu qəhrəman ellnr qızı,  

Yaşıl donlu çöllər qızı.  

Bizsə baxıb alqış deyək  

Bu Cəlala, bu dövrana.  

Öz əsrinin sürətilə  

Ayaqlaşan hər insana. 

 

On üçüncü nəğmə 

 

Gecə keçmiş, göy qaranlıq, yuxudadır qara torpaq;  



Mingəçevir işıqları şölə verir çıraq-çıraq.  

Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,  

Bir otaqda şirin-şirin söhbətdədir iki nəfər:  

"Oğul, Sarvan! Soruşursan axtardığım şeylər nədir?  

-

 

Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir, 



 

Üstünü toz-torpaq almış  

Bu pas tutmuş qılınca bax!  

Neçə min il bundan qabaq  

At belində qılınc çalmış  

Sənin şanlı babaların.  

Öz ellərin, obaların  

Bu torpaqda şəhər salmış. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə