SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə72/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   68   69   70   71   72   73   74   75   ...   98

______________Milli Kitabxana_______________ 

305 


 

 

Bu gördüyün qalaq-qalaq  



Sümüklərə baxdıqca mən,  

Ürəyimdən varaq-varaq  

Nə dastanlar keçir, bilsən! 

 

Bu günlərin qucağında dəfn edilmiş qəhrəmanlar,  



Qurşaq tutub, at oynadıb, ox süzdürmüş pəhləvanlar,  

Bu nizələr, bu qalxanlar, bu şeypurlar soruş nədir? 

Zənn etmə ki, əfsanədir...  

Bütün bunlar babalardan bizə qalmış yadigardır,  

Batıb getmiş hər axşamın,  

Hər qaralıb sönmüş şamın 

Öz hüsnü var, adı vardır...  

Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,  

Ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə...  

Burda Pompey ordusuna sinə gərmiş bizim ellər,  

Yanğınların arasında nəfəs almış aylar, illər;  

Vətən oğlu qılınc çəkmiş qəsbkarlar dünyasına,  

Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.  

Görürsənmi? Türbəsindən baş qaldıran bu gəlin də,  

Öz döşünə qalxan çəkib, qılınc tutmuş sağ əlində.  

Amazonka dediyiniz bu qəhrəman qadın nəsli  

Qədim Muğan çöllərində çadır qurub bahar fəsli:  

Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,  

Hər ürəyin bir alovu, hər ocağın odu varmış...  

Yazıqlar ki, bir nişan da, qalmamışdır ondan barı,  

Yer altında batıb getmiş o dövranın dastanları". 

Qoca alim danışdıqca od parlayır nəfəsində,  

Elə bil ki, mən gülür bir Loğmanın xoş səsində.  

Sarvan ona qulaq asır... Qulaq asır lap doyunca,  

Günəş doğur... Onlar çıxıb qoşa gəzir Kür boyunca...  

"Oğul, Sarvan! Bu gördüyün ot bitməyən boz dağların  

Ətəkləri məskənləmiş durna gözlü bulaqların;  

Bu dağların sinəsində neçə min il bundan qabaq,  

Bulud kimi qalaq-qalaq  

Sıx meşələr öz-özünə heyran olub boy atarmış,  

Təbiəti yuxusundan orman səsi oyadarmış, 

  



______________Milli Kitabxana_______________ 

306 


 

 

Qoca şirlər pəncəsini yerə basıb asta-asta,  



Sarı xallı pələnglər də sıçrayarmış şikar üstə.  

Tüstü çıxıb, səs qoparmış daş hasarlı qalalardan,  

Sürü-sürü marallar da yol salarmış talalardan.  

Çiçəklərin bahar ətri Kür üstünə yayılarmış,  

Axşamdan tez yatan insan səhərdən tez ayılarmış... 

İndi düşün, oğul, Sarvan!  

Xəyalına gətir bir an  

Bu boz dağlar qucağında  

-

 

Ata-baba ocağında  



Qurduğumuz bir dənizi...  

Oğlum! Elm deyirbunu:  

Neçə yüz il keçəcəkdir,  

Bu dənizin saf suyunu  

Bu boz dağlar içəcəkdir...  

Torpağın can yanğıları 

 Soynduqca zaman-zaman,  

Yaşıl donlu neçə orman  

Salamlayıb ilk baharı,  

Sarmaşacaq boz dağlara..."  

Sarvanımın fikri bu dəm  

Uçub gedir uzaqlara...  

Gözlərindən bir xoş aləm  

Gəlib keçir varaq-varaq  

Çinarlar baş qaldıraraq,  

Sərvlər göz vurur göyə.  

Bölük-bölük sıx meşələr  

Ətəyində bənövşələr  

Ətir yayır səhərlərə,  

Kür üstdəki şəhərlərə.  

Sarvanımın rəngi gülür  

İlk baharın laləsi tək;  

Gözlərindən nur tökülür  

Qucaq-qucaq, ətək-ətək... 

Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,  

Qoca alim saxsı yığıb yer altında tarix yazır... 




______________Milli Kitabxana_______________ 

307 


 

  

"Oğul, Sarvan! Dərinə get, heç çəkinmə, qorxma məndən, 



Yol aç, oğlum, yol aç elmin, düşüncənin gözünə sən; 

Keçir məni yer altına iyirminci təbəqədən, 

Yuxarıdan işıq da sal! İşıq da sal günəş kimi, 

Babaların taleyi tək qaranlıqdır yerin dibi..." 

Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq, 

Qoca alim yer altından ayrılmayır hələ, ancaq. 

Gah tər basır vücudunu, gah büdrəyir, gah yıxılır, 

Yer darısqal, hava tozlu, nəfəs durur, can sıxılır. 

Alim yenə qucaq-qucaq yığır qədim saxsıları, 

Yer altdaki hər kərpicin üstündəki yazıları. 

O qabların-qacaqların rəngi hələ solmamışdır. 

Arçan ağac daşa dönmüş, fəqət torpaq olmamışdır... 

Çovğun vurur, qum sovrulur, külək əsir, 

Neçin bizim qoca alım çox tələsir? 

Sarvan Kürü döndərməmiş, su basmamış bu yerləri, 

Can atır ki, tamamlanın başladığı bir əsəri, 

Bizsə baxıb, alqış deyək bu Cəlala, bu dövrana, 

Öz əsrinin sürətilə ayaqlaşan hər insana. 

Bir-birini qova-qova gəlib keçir aylar, illər, 

Şoranlıqda bağ salınır, bataqlıqda qızılgüllər. 

Bir tərəfdə insan əli daş daşıyır, saray qurur, 

Bir tərəfdə qoca memar divarlara naxış vurur, 

Lal çölləri yuxusundan dik qaldırır zavod səsi... 

Üzə gülür, ürək açır küçələrin səliqəsi; 

Kür üstünün hər axşamı günəşli bir səhər olur; 

Gözümüzün qabağında Mingəçevir şəhər olur... 

 

On dördüncü nəğmə  

 

QƏHRƏMANIN ZƏFƏRİ 

 

Mədəniyyət sarayının geniş səhnəsi  

Gül-çiçəklə bəzənmişdir, buyurun, baxın! 

Dil açmışdır orkestrin ahəngdar səsi.  

Böyük-kiçik, dalğa-dalğa hey axın-axın 

 

 




______________Milli Kitabxana_______________ 

308 


 

 

Gəlib keçir qapılardan sellər gücilə,  



Ellər gətir, doğrudan da, ellər gücilə...  

Salon boyük, gələnlərin sayısa min-min,  

Divar boyu ayaq üstdə duranlar da var;  

Bayırdadır gecikənlər, geri qalanlar...  

Qocaların, cavanların, südəmərlərin  

Üz-gözündən səhər kimi nurlar tökülür.  

Elə bil ki, səma gülür, torpaq da gülür  

Seyr etdiyim bu təntənə, bu təmtəraqla.  

Hava qızır insanların tünd nəfəsindən,  

Qızlar açır başındakı ağ örpəyini,  

Gəlinlər də əlindəki üz yelpiyini,  

Salon gülür gözlərdəki min bir maraqla.  

Alqışların, şüarların odlu səsindən  

Zağ-zağ əsir aynabəndlər, gen pəncərələr,  

Xışıldayır dəniz kimi sıx-sıx cərgələr.  

Divarlarda ad çıxarmış qəhrəmanların  

Qatar-qatar əksi durur, bax! iftixarla!  

Döşlərində neçə orden vardır onların!  

Gah Suvorov, gah Kutuzov baxır vüqarla...  

Gah da düşür Leninqrad göyləri yada – 

Hüseynbala şahin kimi süzür havada...  

Yanğınlarda nəfəs alır göylə yer altı.  

Bayraq alıb hücum çəkir "416..."  

Cavanşirin surəti də baxır divardan,  

Zəfər çalır, qalib çıxır vuruşmalardan...  

Yavaş-yavaş pərdə qalxır, səhnə görünür,  

Oturmuşdur Sarvan ilə Manya yanaşı, - 

Bizim zəhmət dünyasının iki yoldaşı...  

(Nə Manyanın uzun saçı yerlə sürünür,  

Nə də Sarvan eşqə düşüb çöllər dolanır,  

Nə də süzüb yaşılbaşlar göllər dolanır.)  

Zəng çalınır, hamı susur, üzlərdə diqqət!..  

Qoca fəhlə iki sözlə iclası açır,  

İri gözlü projektorlar hey işıq saçır...  

(Bu sözlərdə nə şeir var, nə də ki, hikmət!)  

Fotoqraflar "hücum çəkir" dörd bir tərəfdən, 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə