SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

______________Milli Kitabxana_______________ 

309 


 

 

Bu dostların "hücumunu" çox görmüşəm mən...  



Bu haşiyəm qoy hələlik qalsın bir yana.  

Sədr baxır gah Manyaya, gah da Sarvana,  

Sonra birdon qaşlarını sıx-sıx çataraq,  

Deyir: - Sarvan öz vaxtında bir ay da qabaq...  

Gur alqışlar kəsir sədrin sözünü bu an,  

Kür boyuna lərzə düşür sən dalğasından...  

Alqış deyir qəhrəmana odlu ürəklər,  

Bütün salon ehtiramla qalxır ayağa;  

Sarvanımın ürəyisə, dönür bir dağa...  

Gözlərində yuva salır gözəl diləklər.  

Manyanın da ürəyində bir günəş yanır,  

Onun da can otağında səhər oyanır...  

Bizim günlər belə keçir. İş ilə hünər  

Şöhrət olur bu torpağın hər övladına;  

Alqışlayır, salamlayır onu ürəklər,  

Vətən mülkü heykəl qoyur onun adına.  

İnsan ömrü yaşa dolub, keçdikcə illər,  

Hörmət ilə yad eləyir bizi nəsillər.  

Nə Otello, nə Faustdur bizim, qəhrəman,  

Nə də tərki-vətən olmuş Harolda bənzər.  

Nə Peçorin, nə Məcnundur bizim bu insan,  

Nə də xəyal dünyasında səadət gəzər.  

Öz əlilə o yaratdı səadətini – 

Gözəl ömrün, gözəl eşqin hər nemətini. 

 

O kimdir? Kürsüyə gəlir vüqarla,  



Nə qədər sevinir, nə qədər şəndir.  

Elə bil, gün doğub gəlir baharla,  

Hüsnünün şöləsi çəmən-çəməndir.  

Yox, yox! Nə günəşdir, nə də ki, çəmən,  

Manyadır, Manyadır o gözəl pəri.  

Onu tarlalarda çoxmu görmüsən?  

Ayazda, şaxtada donan əlləri  

Nə boya görmüşdü, nə də bir əlcək...  

O indi qonaqdır Mingəçevirdə,  

Danışır kürsüyə sirin gərərək. 

  



______________Milli Kitabxana_______________ 

310 


 

 

 



Siz onu seyr edin, seyr edin bir də:  

"Yoldaşlar! 

Yarışdıq Sarvan ilə mən.  

Sizin yanınızda şərt bağladıq biz;  

Boyun qaçırmadıq öz vədimizdən, 

İşdə yorulmadı ürəklərimiz.  

Sarvan tez əritdi yıxdığı dağı,  

Çünki ildırımmış əli, ayağı...  

Mən də çox əlləşdim, çarpışdım, ancaq  

Şadam, sevinirəm ürəkdən buna,  

Eşq olsun vətənin igid oğluna!"  

Manya bu sözləri dediyi zaman  

Şəfəqlər tökülür qaşqabağından,  

Onun üzü, gözü gülürdü bu dəm,  

Gülürdü qəlbində, doğrudan, aləm.  

(Ah, müqəddəs qadın, müqəddəs ana!)  

O sonra bayrağı verdi Sarvana.  

Dostlar əl tutuşub gülümsədilər:  

Sevindi yazdığım bu kiçik əsər.  

Qışqırdı salonun sıx izdihamı:  

"Qız deyil, pələngdir", - söylədi hamı...  

O axşam ağzını açmadı Sarvan,  

Bütün iclas boyu o heç dinmədi.  

Manyanın üzünə basdığı zaman,  

Çaldığı zəfərlə çox sevinmədi...  

Qartal öz gücünü duyar yuvada,  

Uçub cövlan elər sonra havada.  

Yarar tufanları düşdükcə dara,  

Qıy vurub şığıyar ağ buludlara,  

Uçar, o uçduqca üfüq boyunca,  

Hökmünü göstərib göyə doyunca...  

Hünərlə qovuşar can sirdaşına...  

Lakin enən zaman qaya başına,  

Nə qanad şaqqıldar, nə də qıy vurar,  

Büküb öz boynunu sakitcə durar...  

Pələng nərə çəkər hücumdan qabaq,  

Bir an da bir yerdə dayanmayaraq... 



______________Milli Kitabxana_______________ 

311 


 

 

  



Dağlar dilə gələr onun səsindən,  

Ağaclar titrəyər hər nərəsindən...  

Ancaq, şikarını aldımı pələng,  

Hayqırmaz bir daha nərə çəkərək;  

Hay vurub, qıy vurub qışqırmaz yenə,  

Sakitcə baş qoyar öz pəncəsinə...  

Oxucum, bu surət sizə bəllidir,  

Onun ilk avtoru Sarıvəllidir. 

Dağlara rast gələn axar sular da  

Qəzəblə qışqırar hər ilk baharda.  

Boz üzlü daşlarla pəncələşərək,  

O hər dalğasını vurar pəncə tək;  

Köksünü dağlara hey döyə-döyə,  

Sinəsi üstündə qaldırar göyə  

Ağır qayaları... daşları dələr,  

Özünə yol açıb səhraya gələr,  

Dərib nəfəsini sonra dinc axar...  

Xilqətin nə gözəl bir mənası var! 

De, hansı qəhrəman, hansı komandan  

Şir kimi cəbhələr yardığı zaman  

Qəşş edib ayağı yerdən üzüldü?  

Arxada qalanın üstünə güldü?  

Hansı qızıl əsgər zəfər günündə  

Oz döşünə döyüb ellər önündə,  

Başını dik tutub bir "mənəm" dedi,  

Odlara düşsəm də, ölmərəm, dedi? 

Əsrlər boyunca ərlər, ərənlər,  

İşıqlı günlərə yol göstərənlər,  

Aləmə idrakla salam verənlər,  

Hünər dünyasından doymadı, getdi... 

Hər zaman, hər yerdə "mənəm" deyənlər,  

Dostun ağ günündə qara geyənlər,  

Qəlbini qurd kimi söküb yeyənlər  

Daş üstə bir daş da qoymadı, getdi! 




______________Milli Kitabxana_______________ 

312 


 

Kimin ki, ürəyi eldən üzüldü,  

Bəxtinə nə Günəş, nə də Ay güldü,  

Özü xəzəl olub vaxtsız toküldü,  

Ömrün baharını duymadı, getdi... 

Yeridir, bir məsəl desəm yadigar,  

Deməsəm ürəyim sıxılacaqdır:  

Birinci addımda lovğalananlar  

İkinci addımda yıxılacaqdır!.. 

İndi bil, oxucum, düşün ki, Sarvan  

O günkü iclasda niyə dinmədi,  

Düşün ki, nə üçün bizim qəhrəman  

Çaldığı zəfərə çox sevinmədi... 

 

On beşinci nəğmə  



 

QƏHRƏMANIN ARZULARI 

 

Deyirlər ki, şirin yuxu gözəl nemətdir,  



Ağır keçən yuxularda ürək dincəlir;  

Hər sabaha bir müqəddəs arzuyla gəlir...  

Bu vərdiş də insan üçün bir səadətdir!  

Axşam! Axşam! Bu qaraqaş, qaragöz pəri  

Lay-lay çalıb, qucağında yatırdir bizi;  

Ulduz-ulduz alışdıqca onun gözləri,  

Məşəl tutub, seyrə çıxır ürəyimizi.  

Gecə bütün kainatı bağrına basır,  

Xəyala da o qərq olur bir insan kimi;  

Daşların da nəfəsinə o qulaq asır,  

Açıqürək, qaraqabaq bir Loğman kimi...  

Gecə boylu bir qadındır... ağrı çəkərək,  

Xoşüzlü bir uşaq kimi doğur səhəri...  

Bu ananın sevincidir göydəki rəng-rəng  

Sevdiyimiz al günəşin ilk şəfəqləri...  

Şairanə bir gecədir Kür qırağında, 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə