SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə76/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   72   73   74   75   76   77   78   79   ...   98

______________Milli Kitabxana_______________ 

321 


 

  

Onun üstdə dalğalanıb, Avropaya, bax,  



Salam verdi vətənimin bu al bayrağı... 

 

Niyə düşmən xofa düşüb rəngi saraldı?  



Niyə çatdı qaşlarını iblis sayağı?  

Çünki dünən Çin ordusu Nankini aldı;  

Qırmızıdır bu ordunun zəfər bayrağı! 

 

Jan Alezar saralmadı, ölümdən əvvəl: -  



Kommunizmin əsgəriyəm, - dedi, - qardaşlar!  

Mən ölsəm də, ölməyəcək sevdiyim əməl,  

Yaşadacaq yer üzündə bizi, yoldaşlar! 

 

Bir il qabaq bir faciə eşitmişəm, ah!..  



Bir qəhrəman fədaidən söhbət açım mən.  

O bilmiş ki, asacaqlar onu da sabah,  

Bir al bayraq istəmişdir rəfiqəsindən... 

 

Bu bayraqla o gəlmişdir dar ayağına;  



Cəlladlara baş əyməmiş o iftixarla.  

Kommunizmin bu müqəddəs al bayrağına  

Ölüm vaxtı dönə-dönə baxmış vüqarla... 

 

Bütün bunlar Sarvanımın gözündən keçir,  



Vüqarından sinəsinə sığmayir ürək.  

Boz dağlara, qayalara yeni don biçir,  

Bayrağımın şöhrətilə o fəxr edərək! 

 

Külək əsir, təpə üstdə yellənir bayraq;  



Sarvanınsa tunc əlləri hələ işdədir.  

Qoca Kürün qabağında dağ otur torpaq;  

Yer də, göy də hər zamankı bir gərdişdədir... 

 

Artıq, əl ver, vidalaşaq, ey qəhrəmanım!  



Öz yerində, Öz işində qoyuram səni.  

Aylar ötür, yarımçıqdır hələ dastanım,  

Səhraların sabahı da gözləyir məni. 

  



______________Milli Kitabxana_______________ 

322 


 

On yeddinci nəğmə  

 

MUĞANIN SABAHI 

 

Tarixlər şahidi Mingəçevirdə,  



Bozdağın döşündə, quru bir yerdə  

Dayanmış ağ saçlı mühəndisə bax!  

Ayağı altında od tutur torpaq...  

Nə bir kölgəlik var, nə də bir ağac,  

Təngnəfəs olub yanır yal-yamac...  

Osa qaşlarını sıx-sıx çataraq,  

Baxır səhralara, baxır diqqətlə...  

O neçin bu qədor xəyala dalır?  

Nədən şair kimi o ilham alır?  

Hara qanadlanır fikri sürətlə?  

Baxır səhralara, baxır diqqətlə! 

 

Qardaş! Üzündəki təbəssüm nədir?  



Nedir qəlbindəki o döyüntülər?  

Nədir alnındakı o aydın səhər?  

Gələcək günlərə bəlkə müjdədir?  

Söylə, üzündəki təbəssüm nədir? 

 

Görürəm: qabarmış sinon vüqarla  



Gözündə nur kimi roqs edir hünər.  

Qardaş! Yaşadığın saf arzularla  

Yarandı yazdığım bu kiçik əsər. 

 

De, yayın istisi alov tökdükcə  



Neçin şimşək olub bir dərt çaxırsan?  

Motorlar Bozdağı yarıb sökdükcə  

Toz-duman içindən hara baxırsan? 

 

Bir yeni aləmmi keçir gözündən?  



Qonaqmı çağırır səni istiqbal?  

O nə əfsanədir, nə də ki, xəyal... 

 



______________Milli Kitabxana_______________ 

323 


 

 

Gələcək günlərə boylandıqca sən,  



Bir yeni aləmmi keçir gözündən? 

 

Yox, yox, uzaq deyil bizdən o aləm,  



Ovcumda tutmuşam onun əlini.  

Qoy sənin adından danışsın qələm  

Vətən torpağının gəlhagəlini. 

 

VENİ ŞƏHƏR 

 

Bozdağın qoynunda bir dəniz vardır;  



Çinarlar sahildə qatar-qatardır.  

Həmdəmim ləpələr, göy dalğalardır;  

Uçur qayıqların ipək yelkəni,  

Elə bil, Göy göldə gəzdirir məni. 

 

Burda nəfəs alır böyük bir şəhər,  



Şəhər, sığmayır geniş küçələr...  

Hər evin surəti canlı bir əsər,  

Var olsun, deyirəm hər memar əli,  

Var olsun insanın eşqi, əməli! 

 

Aynabənd evlərin eyvanı sərin,  



Yuyunur qoynunda al şıfəqlərim  

Hər batan axşamın, doğan səhərin  

Hüsnü salamlayır pəncərələri!  

Günlər baş götürüb gedir irəli... 

 

Ətrindən məst olur yüz bağça, yüz bağ,  



Açır piyalə tək ağzını zanbaq...  

İnsan əllərini duyduqca torpaq,  

Göz açır xəstə tək gülümsəyərək,  

Yerin sinəsində çarpır min ürək... 

 

Gecələr car çəkir göyə zavodlar,  



Qalxır bağçalardan alovlar, odlar... 


______________Milli Kitabxana_______________ 

324 


 

  

Yerin varlığında bir yanğınmı var?  



Yox, yox, səhv elədim, ürəkdir yanan...  

Ürəkdir əməli ərşə dayanan... Mənim romantikam! 

Sən də qanadlan! 

Yan, yan, bu gördüyün məşəllər kimi!  

Sən də o daş qıran, saraylar quran,  

Polad sinəsilə dağlar uçuran,  

Ekskavator tutan o əllər kimi  

Sən də hər şaxtaya, soyuğa qatlan,  

Mənim romantikam, sən də qanadlan!  

Odur, cərgə-cərgə sahil boyunca  

Alışan çıraqlar bizə nə deyir?  

Yerin cəlalını seyr et doyunca,  

Yollara işıq sal... İşıqdır şeir...  

İşıqdır zülməti əridən qüdrət;  

İliç lampaları nə gözəl yanır!  

Səhralar al-olvan rəngə boyanır...  

Toy libası geyən ana təbiət  

İnsanın üzünə gülür hörmətlə...  

Açır qucağını min məhəbbətlə  

Hər addım başında bir yeni nemət... 

 Bir nübar yetirir ana təbiət. 

 

On səkkizinci nəğmə  

 

BAKI-MİNGƏÇEVİR 

 

- Allo! Mingəçevir!! 



Bakıyam! Mənəm!  

Bir az işıq göndər! 

- Verə bilmərəm!.. 

Şirvan, Gəncəbasar, Qarabağ,  

Muğan-Məndən işıq alır bütün gündoğan.  

Məndən işıq alır min kənd, min şəhər




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə