SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə77/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

______________Milli Kitabxana_______________ 

325 


 

  

Gündə yüz zəng olur: göndərhagöndər!  



Hələ zavodların qalsın bir yana,  

Şəkiyə, Şirvana, Milə, Muğana  

Qatarlar işıqla salınır yola;  

Dağlar dilə gəlir: - Uğurlar ola!  

Bir də, mən işiqla əkib-biçirəm  

Sünbülü süzülən bu zəmiləri...  

İşıqla zülməti yarıb keçirəm  

Açmamış Muğanın, Milin səhəri.  

İşıqla çöllərə su göndərirəm,  

Susuz səhralara can gəlsin deyə. 

 İşıqla düzlərdə pambıq dərirəm,  

İnsanın ətləri dincəlsin deyə...  

Elə ki, quraqlıq od çaxır, gəlir.  

Özüm yağış olub göydən yağıram.  

Hər axşam qapıma min naxır gəlir.  

İşıqla at tutub, inək sağıram.  

İşıqla axıdıb yerin altına,  

Yuyub şoranları yonca əkirəm.  

Baş vurub torpağın yeddi qatına,  

Qayalar dağıdıb, yollar çəkirəm.  

İşıqla açılır gecəm, gündüzüm,  

İşıq sürətilə qurar əllərim?  

İşıqla oyanır hər dağım, düzüm,  

Aranlı, yaylaqlı ağır ellərim. 

- Yaxşı, lovğalanma, bildik, gücün var! 

Bizə minnət qoyma, borcunu qaytar! 

- Nə borcdur? Ha vaxtdan? 

-       Bəs on il qabaq!..  

Döşündə sarı gil, dizində batlaq,  

Əlində bir hisli, bir qırıq fanar,  

Kor kimi dolaşıb hey diyar-diyar,  

Zülmətlər içində göz döydükcə sən,  

Gecənin qoynuna nur saçmadımmı?  

O vaxt anan kimi tutub əlindən,  

Bağli tilsimləri mən açmadımmı? 



______________Milli Kitabxana_______________ 

326 


 

  

Yadmdan çıxdımı o uğurlu gün?  



Qolrından yapışdı dövlətim, vanm...  

O vaxt küçələrim, meydançalarım  

İşıqdan kasadtıq çokdi soninçün...  

Şirvan dağlarının üstdən aşaraq,  

Bakıdan Xaldana qatarlaşaraq,  

Gedən dirəkləri, dəmir telləri,  

İşıq xətlərini mən qurmadımmı?  

Günlərə, aylara qatıb illəri,  

Bozdağı əridib uçurmadımmı?  

Bakı bu sözləri dedi vüqarla,  

Daha səs gəlmədi Mingəçevirdən;  

Axıb Xəzər kimi göy dalğalarla,  

İşıq karvanları göründü birdən... 

 

On doqquzuncu nəğmə  



 

MUĞAN MEŞƏLƏRİ 

 

Gün keçir, ay keçir, dolanır illər,  



İnsan yaşa dolur, dünya qocalır.  

Dəyişir hüsnünü aylar, fəsillər;  

Keçən gün uzaqda qaralıb qalır...  

Yüz illik bir palıd uçur kökündən,  

Şitillər yayılıb bir orman olur,  

Biz ayrı düşdükcə dünənki gündən,  

Varaqlar qopduqca insan ömründən,  

Sətirlər yığışıb bir dastan olur;  

Şitillər yayılıb bir orman olur. 

 

Dəyişir hər yerin axar-baxarı,  



Sular da dəyişir öz məcrasını.  

İnsanın hünəri, eşqi, vüqarı,  

Öz eli, öz hüsnü, öz ixtiyarı  

Dəyişir dünyanın ilk mənasını! 




______________Milli Kitabxana_______________ 

327 


 

 

Yastığa baş qoyub yatırsan axşam,  



Səhərsə yanında yeni bir nəfəs...  

Gözündə min arzu, qəlbində min kam  

Səni arxasınca aparır ilham – 

Sonsuz bir məhəbbət, sonsuz bir həvəs, 

İdraka sığmayan sonsuz bir dilək,  

Mən, yenə var olsun, deyirəm, ürək!  

Görürsən, yüz illik torpaqlı bir dam  

Aynabənd bir saray olur bir ayda...  

Baxır, gözlərinə inanmır adam,  

Şəfəqlər sayrışır o evdə müdam,  

Ona həsəd çəkir ulduz da, ay da... 

 

(Məqsədim fəlsəfə deyildir, dostlar!  



Nə yazsam, görürəm öz gözüm ilə.  

Məndən də bu üslub qalsın yadigar – 

Mənim də öz dilim, öz lisanım var.  

Deyirəm öz sazım, öz sözüm ilə,  

Nə yazsam, görürəm öz gözüm ilə.) 

 

Budur, bax, Muğandan keçirəm yenə,  



İndi olmasa da ötən gəncliyim,  

Yataqda keçməyir qulaq dincliyim:  

Əlimdə bir əsa, gözümdə çeşmək,  

Loğman tək gəzirəm vətən mülkünü. 

 

Yüz illər keçsə də unutmaz ürək  



Vətənin ilkini, andın ilkini...  

De, hanı, de, hanı otuz il qabaq  

Gördüyüm Muğanın boz şoranları?  

Gəzirəm, gəzirəm alqışlayaraq,  

Muğanı yenidən yaradanları! 

 

Sayım gördüyümü bir-bir, qulaq as.  



Aç şair sözünün düyünlərini...  

Sən də ana kimi öz bağrına bas  

Muğan torpağının ağ günlərini: 



______________Milli Kitabxana_______________ 

328 


 

  

Muğanda sayrışır bağlar-bağatlar,  



Oynaşır ilxılar, kişnəşir atlar.  

Axır qoşun-qoşun ellər-elatlar,  

Hər addım başında bir kənd, bir şəhər. 

 

Axır dəniz kimi yaşıl zəmilər,  



Gül gülü çağırır, sünbül sünbülü.  

O bir vaxt gördüyüm beli bükülü,  

Yerliyi darısqal, içi bürkülü  

 

O qamış komalar bəs indi hanı? 



Aynabənd evlərin yaşıl eyvanı  

Cənub göyləri tək üzə güldükcə,  

Muğan səhrasına dan söküldükcə,  

 

Evlərin üzündün nur töküldükcə,  



Geniş pəncərələr açılır tay-tay. 

Qınına qoymuşdur qılıncını yay...  

Açmış çadırını boylu çinarlar,  

 

Əyir budağını gülöyşə narlar.  



Hər təmiz süfrədə neçə nemət var,  

Xonçalar bəzənir rəngbərəng şamla. 

Evlər ordu kimi durur nizamla,  

 

Qızlar susəpənlə küçə suvarır,  



Sərvlər baş əyib xəyala varır...  

Göymü aşiq olub yerə yalvarır?  

Yermi göyə gülür bu ehtişamla? 

 

Baş əyib keçirəm bir ehtiramla  



Burda rast gəldiyim insanlara mən.  

Torpağın istisi keçir qəlbimdən...  

Bir al bayraq kimi ucalır vətən;  

Ucalır başımın üstdə vüqarla... 

 

Baxıram yollara mən iftixarla:  



Çöllərə məxmər tək döşənmiş yonca, 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə