SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə79/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

______________Milli Kitabxana_______________ 

334 


 

Əmirxan da, Əmirxan da çox sevir onu,  

Bir-birinə hey can deyib, can eşidirlər.  

Bayramlara, şənliklərə qoşa gedirlər.  

(İlki kimi şirin keçə hər eşqin sonu). 

 

Atasını görməmişdi körpə Əmirxan,  



Anasısa bir ağ saçlı müəlliməydi.  

Nə oğlunun "hə" sözünə "yox" dedi bir an,  

Nə də onun bircə dəfə qəlbinə dəydi. 

 

"Varım-yoxum bir oğuldur", - deyərək ana,  



Əmirxanı danlamadı bircə kərə də.  

Həddən artıq səxavətlər göstərib ona  

Yerli-yersiz izin verdi məclislərə də. 

 

Hələ onun on beş yaşı tamam olmamış  



Öz yaşından böyüklərlə durub-oturdu.  

Çiyinləri böyüməmiş, ətə dolmamış  

Anasilə sözə gəlib, üzə də durdu. 

 

Gah kaverkot, gah da şevyot paltar geyindi,  



Sol qoluna hələ qızıl saat da taxdı.  

Arabir də pul üstündə evdə deyindi,  

Öz gündəlik dərslərinə ötərgi baxdı. 

 

Ancaq onun yaranmadan bir zehni vardı – 



Alıcı bir tərlan kimi tutardı sözü.  

Məncə, bütün fənlərdən o, beş alardı,  

Yazıqlar ki, öz qədrini bilmədi özü. 

 

Bir də yalan danışmazdı: taqsırlarından  



Heç vaxt boyun qaçırmazdı mərdi-mərdana;  

Bununçun da Əmirxanı sevib hər zaman,  

"Atasına oxşamışdır", - deyərdi ana. 

 

Vaxt yetişdi, anası da rəhmətə getdi,  



Bu həsrətin ağrısını duydu Əmirxan. 

 

 




______________Milli Kitabxana_______________ 

335 


 

 

O bir müddət ayrılmayıb el qaydasından,  



Tez-tez ana məzarını ziyarət etdi. 

 

Ağ mərmərdən yondurduğu məzar daşında  



Öz əlilə anasının əksini çəkdi.  

Ot bitməyən, su çıxmayan bir dağ başında  

Hələ qəbrin ətrafına ağac da əkdi. 

 

Bir il sonra institutu dördlə bitirdi,  



Dostlar ilə öpüşdü də öz şadlığından.  

(Soyumamış subaylığın azadlığından)  

Elə o yaz Aygünü də gəlin gətirdi. 

 

Gözü qaldi ziyafətlər təntənəsində...  



Yorulmadı məclislərin qeylü-qalından.  

O, Aygünü, öz evin sevdisə, yenə  

Subaylıği çıxarmadı öz xəyalından. 

 

Darıxdısa... tək qoymadı evdə yarını,  



Ona yalan deməyə də dili gəlmədi.  

Gizli tutdu hərcayilik xəyallarını,  

Ancaq ürək sinəsində heç dincəlmədi... 

 

II 



 

Elə o yay institutu bitirənləri  

Nazir özü danışığa dəvət elədi.  

Ata kimi danışdırıb hər bir nəfəri,  

"Səadət də, gələcək də sizindir" dedi. 

 

Sonra açıb Azərbaycan xəritəsini, 



Göy dağları, boz çölləri göstərdi bir-bir; 

Araz ilə Kür çayının birləşməsini 

Nişan verib: - Baxın, - dedi, necə qəşəngdir! 

 

Barmağını xəritədə o gəzdirərək,  



Gəlib Muğan səhrasının üstdə dayandı. 


______________Milli Kitabxana_______________ 

336 


 

  

Sinəsində təəssüflə döyündü ürək,  



Gözlərində ulduz-ulduz arzular yandı 

 

"Baxın, - dedi, - yaxşı baxın qədim Muğana!  



Min ildir ki, bu yerlərin qəlbi kövrəkdır...  

"Həyat" deyir, su istəyir o yana-yana*  

Hələ kəndlər, şəhərlər də burda seyrəkdır. 

 

Hələ tamam qurumamış yağış gölləri*  



Üzərində bulud-bulud uçur milçəklər  

Gün altında quruduqca vətən çölləri  

Öz vaxtından tez saralır güllər, çiçəklər. 

 

Göy zəmilər, göy bağlar da hələ təkdir,  



Çox tərəfdə nə kölgəlik, nə sərinlik var.  

Cənubdan da əsən külək isti küləkdır  

Yarpaq töküb çılpaq qalır boysuz ağaclar 

 

Gedin, dostlar! Təbiətdən intiqam alın,  



Bağ yaradın, bağça salın şoran yerində.  

Zolaq-zolaq, yaşıl-yaşıl meşələr salın,  

İnsan ömrü uzun olsun aran yerində. 

 

Gedin, dostlar! Uğur olsun yollarınıza- 



Yalnız insan əlləridir şöhrəti yerin.  

İş üstündə qüvvə gəlsin qollarınıza.  

Qəhrəmanlar dünyasilə səs-səsə verin... 

 

Dinlədikcə bu sözləri gənc aqronomlar.  



Alqışladı bu niyyəti hamı bir səslə.  

Bir əməllə, bir arzuyla alışıb onlar,  

Bir məqsədin yollarına düşdü həvəslə 

 

Təəssüf ki, bu səfərə çox sevinmədi  



Şad olmadı ürəyində yoldaş  

Əmirxan Söhbət vaxtı danışmadı, heç də dinmədı.  

Etiraz da eləmədi utandığından... 

     



______________Milli Kitabxana_______________ 

337 


 

NI 


 

- Aygün, 

daha 

yığış, yetişdi zaman... 



Yoldaşlarım kimi mən də Muğana 

Aqronom gedirəm, - deyib Əmirxan, 

Nazirin əmrini göstərdi ona. 

 

Aygün imzalanmış əmrə baxaraq,  



Özü də bilmədən xəyala getdi.  

Bir anlıq sifəti ağardı dümağ,  

Elə bil ruh uçub canı tərk etdi... 

 

"Ayrdıq günləri gəldi" - deyərək,  



Baxdı Əmirxana, baxdı həsrətlə.  

Onun sinəsində çırpınan ürək  

Yanırdı müqəddəs bir məhəbbətlə. 

 

-



 

Keçib... fikirləşmə, yığışın, gedək!  

Hər halda Muğan da faydasız olmaz.  

Xoşumuza gəlsə yaşarıq bir az,  

Biz də çalışarıq başqaları tək. 

Nə fikirləşirsən, nə düşünürsən? – 

Aygün, ehtiyatla gülümsəyərək 

- Yaxşı, institutu qurtarmayım mən? 

- Onsuz 

da 


tapılar bir parça çörək... 

Darıxma, dünyada nə qədər sağam 

Arxanda dağ kimi dayanacağam. 

Kasadlıq sözünü bilməyəcəksən... 

- Bəs mənim taleyim, sənətim?.. Bəs sən 

Olmazmı Muğana yalnız gedəsən? 

- Olmaz! 

Bir ay deyil evlənəli biz,  

Aygün fikrə getdi. 

Ayrılıq... həsrət...  

Əmirxan... çöl yeri, vəhşi təbiət... 

   



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə