SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

______________Milli Kitabxana_______________ 

34 


 

Ağız, burnunu, 

Görənlər bunu 

Qorxudan çəkilib uzaqda durur,  

İrva qızışdırır, boy yenə vurur,  

Vurduqca qamçısı qırılır birdən,  

Daha da hirslənib durduğu yerdən  

Bir daş parçasını əyilib alır,  

O "məhkum insanın" başına salır. 

İkinci pərdədə bir özgə hal var: 

- Siz 

xoş gəlmişsiniz, əziz qonaqlar! 



Deyərək, Gəray bəy açır məclisi, 

Ona cavab verir başqa birisi: 

- Gəray bəy! 

Deyərək gözlər süzülür  

Əllərdə titrəyən qədəhlər gülur. 

- Yaşasın parlaman! 

- Yaşasın millət! 

Açılır ortada bir rəsmi söhbət, 

Ayağa qajxaraq ministr Elxan: 

Siz bilirsiniz ki, dəyişir zaman, 



Dəyişir hər şeyin əvvəlki halı. 

Belə bir zamanda ayıq olmalı! 

Hərçəndi məhv oldu iyirmialtılar, 

Yenə də Bakıda o izdiham var. 

Bu bir axındır ki, baş alıb gedir, 

İndi kəndlərədə sirayət edir. 

Deyirlər kəndliyə verilsin torpaq, 

- Arpa 


yeyənlərın iştahına bax! 

Gəray bəy hirslənib yerindən durur. 

Əlini stolutı üstünə vurur: 

- A 


kişi, bir dayan! Mən Ölüm, bir dur! 

Torpağı neyləyir öküzsüz muzdur? 

- Öküz 

də istəyir, qoyun da, at da. 



Yox, bir arvad da! 

- Yox, 

birməni də... 



- Bəli, səni də!.. 

  

 



 


______________Milli Kitabxana_______________ 

35 


 

Hətta deyirlər ki, parlaman gərək  

Əlini hər şeydən tamam üzərək,  

Versin hökuməti bolşeviklərə,  

Yəni mülkədarlıq ölsün bir kərrə... 

- Hay-hay! 

Qəribədir dünyanın işi! 

Evet, efendiler! Çarxın gerdişi 



Qocaman türklüyə gülmüyor çoxdan

Ümid kesmeyelim atılan oxdan... 

Vatan lalezardır, millet pürvüqar, 

Onun göyler kadar amelleri var, 

Ayrılıq öldürür milleti her an, 

Saatlar vurduqca yetişıyor zaman. 

Ayrılan quvvalar birleşmelidir! 

Vatan bır torpağa yerleşmelidir! - 

Deyib Səbri paşa qılınca baxır, 

Başından tüstülər, dumanlar qalxır. 

Çoxalır həsrəti, çoxalır yası, 

Axır xəyalından nöyüt dəryası.  

Nöyüt kamərləri düzəlib yola,  

Axıb tökülürlər düz İstanbula... 

Sonra, davam edir sözünə Elxan:  

Ölçülər götürür indi parlaman,  

Ən əvvəl Bakıda bütün qoçular,  

Şəhərdə izdiham salanlar ki, var,  

Onları axtarıb taparaq həmən,  

Ayırır başını dərhal bədəndən...  

İşçilər mədəndən hey qovulurlar,  

Axırda susmağa məcbur olurlar,  

Aralıq bir qədər keçmədə sərin...  

İndi də türklərin, ermənilərin  

Ortasında gərək ziddiyyət salaq!  

Kəndin yoxsulları hər kəsdən qabaq  

Qoyun silahlanıb girsin meydana!  

Əlləri çatmasın özgə bir yana...  

Qarışsın cəbhədə onların başı, 

  

 




______________Milli Kitabxana_______________ 

36 


 

Təki böyuklərə, bəylərə qarşı  

Bir də baş qaldırıb deyinməsinlər!..  

Onlar da gırmızı geyimməsinlər!.. Malades! 

Yaşasın belə parlaman! –  

Gəray bəy bu sözü dediyi zaman  

Əlindən hədəfi düşüb tokülür.  

"Niçevo" deyərək balaca gülür. 

 

Uçüncü pərdə 

 

- Ayağa qalxınız, şeyximiz gəldi! 

Deyə Gəray bəyin səsi yüksəldi. 

Qalxdılar, baş vurub oturan zaman 

"Allahın elçisi" əlində Quran 

Gəldi, o məsləki kömürdən qara, 

Bir göyə boylandı, bir insaniara: 

- Hər kimin qüvvəsi varsa qolunda 

Bu gün din yolunda, millət yolunda 

Keçsin öz canından, öz var-yoxundan, 

Tanıyaq onları, bilək yaxından... 

Görək Tanrısına düz çıxan hanı? 

Vetənin uğrunda tökülən qanı, 

Mələkler öz yaşıl qanadlarında 

Qaldıracaq göyə, Tanrı yanına - 

Deyib o məsləki kömürdən qara 

Bir göyə boylandı, bir insanlara.  

Ağarmış saçları dağda qar kimi,  

Ürəkdə həsrəti, dərdi var kimi  

Sallayıb başını dayanmış İmran,  

Bükülmüş qaməti sanki bir kaman.  

Qorxub çəkinməyir o cəbhələrdən,  

Fəqət gözlərinə görünür hərdən  

Evində ac qalan çılpaq yavrusu,  

Başından sel kimi daşır qayğusu.  

Üşüyür varlığı, az qalır dona 

  



______________Milli Kitabxana_______________ 

37 


 

Gedib şeyxə tərəf yalvarır ona: 

- Hərçəndi Allahın hökmü səndədir, 

Bir bölük külfətin gözü məndədir. 

Təkəm, köməksızəm, uşaqlar körpə... 

Onların gözündən yaş sərpə-sərpə 

Uzaq bir səfərə getmək olarmı? 

Qanun deyiləndə mərhəmət varmı? 

Gəray bəy qaşını çəkib yuxarı, 

Yerindən oynayır İmrana sarı: 

Şübhəsiz, haqlısan tələbində sən



Söylə, nə etmək ki, dağılır vətən... 

Bilirəm, gənclikdən sən qəhrəmansan, 

Bir az da millətin halına yansan 

Allaha xoş gedər, qaldı, uşaqlar... 

Onların mən kimi kəndxudası var, 

Əlimdən gələni əsirgəmərəm... 

Bu halı seyr edən Çalpapaq Kərəm  

Çatıb qaşlarını hirsindən yenə  

Gülür bığ altından Gəray deyənə...  

Qaranlıq, boğucu bir yaz gecəsi.  

Ayın da rəngində sarılıq vardı.  

Ətrafı tutmuşdu topların səsi;  

Matəmə dönmüşdü gecənin ardı,  

Ayın da rəngində sarılıq vardı. 

Başqadır bu gecə Gərayın halı – 

O öz kefindədir, dəmlidir əlan: 

- Demək ki, millətin var istiqbalı, - 

Deyib gülümsərkən ministr Elxan, 

Yenə də səslənir gümüş bakallar, 

Yenə də sərxoşca qəhqəhələr var... 

- Gəray bəy, doğrudan əhrimənsiniz 

Gələr bir zaman ki, bu hünərlə siz, 

Siz də keçərsiniz düz parlamana

Bu şöhrət yaraşır bir qəhrəmana. 

- Sağ olun, möhtərəm və böyük Elxan! 

Bəlli ki, hökmünü verəcək zaman, 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə