SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

______________Milli Kitabxana_______________ 

338 


 

Bəlkə xəstələndi o çöldə birdən,  

Bir içim su verən olmasınmı bəs?  

Bəlkə mən özüm də darıxdım hərdən.  

Əmirxan düz deyir, tək gedə bilməz... 

 

Bəs məktəb? Oxumaq? Gözəl arzular?..  



Tayımdan, tuşumdan gerimi qalım?  

Meylimi mətbəxə, evəmi salım?  

Sinəmə sığmayan gözəl duyğular?... 

 

Ağardı Aygünün sifəti dümağ,  



Dondu ağ sinəsi dağda qar kimi.  

Qələm qaşlarını sıx-sıx çataraq,  

Düşündü bir ağır dərdi var kimi. 

 

Ancaq danışmadı, dinmədi yenə,  



Qəmli baxışları su kimi axdı.  

"Bəlkə öz fikrindən Əmirxan dönə?"  

Aygün bu niyyətlə ərinə baxdı... 

 

Ancaq o gözlərdən, o baxışlardan  



Axan şeriyyəti duymadı əri.  

Aygün bulud kimi tutuldu bir an,  

Azacıq islandı sıx kirpikləri... 

 

Əmirxan özü də hiss etdi bunu,  



O da fikrə getdi, düşündü bir az;  

Görüncə Aygünün tutulduğunu:  

Sevgilim, sevənlər pərişan olmaz!.. 

 

Deyərək bir eyham vurdu gəlinə...  



Aygün tez ayrıldı düşüncələrdən.  

Onun saçlarını oxşayıb hərdən,  

Əmirxan eşqdən söz açdı yenə: 

 

- Bu nə eşqdir ki, sən qalasan tək,  



Mənim də qəlbimi intizar üzə.  

Neçin oturmayaq hər gün üz-üzə,  

Beş günlük dünyada dövran sürməyək? 



______________Milli Kitabxana_______________ 

339 


 

 

De, niyə tək gedim sənsiz Muğana? 



Nə var ki... Məktəb var... Nə bilim nə var... 

Sən bu gün qadınsan, sabahsa ana. 

Sən kimi düşünsə bütün qadınlar, 

Gündə min ev uçar, min ev yıxılar. 

Evsiz, ailəsiz məhəbbətmi var? 

Nə fikirləşirsən? 

- Sənin fəlsəfən Səmimi olsa da, 

bir az köhnədir. 

- De 

görək, sözünün mənası nədir? 



Tutaq ki, sən deyən tək yaşadım mən, 

Tutaq ki, izlədim səni kölgə tək. 

Daima dörd divar içində qaldım, 

Nə sənət öyrəndim, nə də elm aldım.  

Bəs tay-tuş üstümə gülüşməyəcək? 

- Gülən güləcəkdir... Cəhənnəmə ki... 

- Məncə... başqa şeydir ürəyindəki... 

Açıq deməyirsən! - 

Bu vaxt Əmirxan otura bilməyib ayağa durdu,  

Tutuldu Aygünün bu sualından,  

Bir az gəzinərək yenə oturdu.  

O bir də oynadı durduğu yerdən  

Aygünün üstünə açıldı birdən: 

- Ömrümdə üzümə bir söz gəlməmiş, 

Mənim "hə" sözümə "yox" deməmişlər. 

Ərköyün yaşardım anam ölməmiş, 

Ölərdi mən ona öl desəm əgər... 

Çünki o doğrudan sevirdi məni, 

Budur, fədakarlıq, əsıl bır insan! 

İndıdən boş qoyub sən oz çənəni

Mənə yerli-yersiz söz qaytarırsan. 

Aygün danışmadı... Alındı, ancaq,  

Bir qızartı gəldi yanaqlarına...  

O təzə toyludur, həm də utancaq,  

Ağır söz gəlməyir dodaqlarına. 

  



______________Milli Kitabxana_______________ 

340 


 

Bir də o çox sevir, sevir ərini,  

Odur ki, hər zaman söz qaytarmayır.  

Əmirxan uzadır dediklərini,  

Mətləbi bir yolluq o qurtarmayır: 

- Məni doğrudan da sevirsənsə sən, 

Öz eşqin uğrunda, qəlbin uğrunda 

Nə oddan, nə sudan çəkinməlisən, 

Qanuna zidd olan nə var ki, bunda? 

Ər harda, arvad da orda olmalı,  

Sən özün bunları bir yaxşı düşün – 

Nə mənsəb qalacaq, nə dünya malı,  

Kişinin şöhrəti namusdur, Aygün! 

Aygün ehtiramla gülümsəyərək: 

Əmirxan, sən mənə inanmayırsan? 



Bu dediyin nədir, utanmayırsan? 

Məncə, öz eşqinə sadiq bir ürək 

İllər həsrətilə oda yansa da

Bir qığılcım kimi alışıb sönməz... 

Yalqizlıq qəm ilə alovlansa da, 

Eşqindən soyuyub, sözündən dönməz... 

Nə olub, bir günlük yoldur ki, Muğan, 

Ayda bir dəfə də gələ bilməzsən? - 

Aygünün üzündən öpüb Əmirxan: 

Yox, - dedi, - başqa bir təbiətəm mən... 



- Necə təbiətsən? 

-      Onda qulaq as: 

Ömrümdə mən yalan deməmişəm heç.  

Yalan danışanda vicdan da olmaz,  

Dost-düşmən yanında xar olar tez-gec... 

Səndən nə gizlədim, qısqancam yaman.  

Sən məni sevsən də dünyalar qədər,  

Yanımda görməsəm səni bircə an,  

Gözümün yuxusu çəkilib gedər... 

  



______________Milli Kitabxana_______________ 

341 


 

 

Demirəm böyükdür bu təbiətim,  



Bəlkə də, bəlkə də bu bir azardır.  

Qəlbinə dəyməsin sözüm, söhbətim, 

Səndə məhəbbət də, namus da vardır. 

 

Sənin vəfana da inanıram mən,  



Ancaq, nə olsun ki, böyükdür şəhər...  

Özün də həddindən artıq gözəlsən...  

Didib parçalayar məni şübhələr... - 

 

Aygün eşitdikcə bu etirafı  



Ürəyi kövrəldi, yumşaldı bir az.  

Qadın mərhəməti, qadın insafı  

Qadın inadından heç də az olmaz... 

 

Sonra öz ağlında ölçüb biçdi ki,  



Əmirxan doğrudan tək gedə bilməz.  

Bir də xəyalından gəlib keçdi ki,  

O da Əmirxansız şad olub gülməz. 

 

- Yaxşı, gedək, - deyə dilləndı gəlin,  



Döndü Əmirxanın ürəyi dağa.  

Qərarı bir oldu sevgililərin,  

Sonra öpüşdülər dodaq-dodağa. 

 

Aygün demədisə bir dərdi açıq,  



Susdusa qırılmış bir rübab kimi,  

O, elmi, məktəbi qoydu yarımçıq  

Tamam yazılmamış bir kitab kimi... 

 

IV 



 

Tarixlər şahidi Muğan düzündə,  

Araz kənarında, suyun gözündə  

Təzəcə bir sovxoz şəhəri vardır;  

Burda üzə gülür təmiz küçələr, 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə