SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

______________Milli Kitabxana_______________ 

342 


 

  

Günəşli gündüzlər, aylı gecələr;  



Kölgəli çinarlar qatar-qatardır. 

 

Ortada salınmış böyük bir bağ da  



Muğanda birinci Lenin bağıdir.  

Baxıb seyr etdiyim o al bayraq da  

Leninin müqəddəs al bayrağıdır. 

 

Dalıb düşünürəm bayaqdan bəri  



Lenin heykəlinin qarşısında mən.  

Elə bil seyr edir Lenin çölləri,  

Dünyalar, dünyalar keçir qəlbindən. 

 

O baxır Muğana, goz işlədikcə  



Yel esir, tərpənir gömgöy zəmilər.  

Muğanda neçə min əl işlədikcə  

Hər gün tez açılır vaxtından səhər... 

 

Hər saat dolanır bir dəqiqə tək,  



Səssiz gecələrin ömrü gödəlir...  

Hər axşam insanlar işdən dönərək  

Lenin heykəlini salama gəlir. 

 

Ey dost, Muğandakı bu xoş baharı  



Yaradan insanın mərd əlləridir.  

Gecələr alışan yer ulduzları  

Atamız Leninin əməlləridir. 

 

Yaxşı bax, nə qədər parlaqdır onlar!  



Demə ki, sadəcə bir yaraşıqdır.  

Düşün, gör nə böyük bir mənası var – 

Bu dünya dnrduqca Lenin işıqdır. 

 

Hər evdə, hər insan qəlbində yanan  



Leninin eşqidir, ölməz adıdır.  

Əsrlər keçsə də, Lenin hər zaman  

Bəşərin ən böyük istedadıdır. 

  



______________Milli Kitabxana_______________ 

343 


 

 



Sovxoz direktoru oyandı səhər,  

Başında fikirlor çıxdı eyvana.  

Ayağı altında bu kiçik şəhər,  

Baxdı səhra boyu, baxdı hər yana. 

 

Düşündü, düşündü bizim qəhrəman,  



Qurduğu şəhərə baxdı vüqarla;  

Elə bil nur yağdı baxışlarından,  

Sabahı düşündü, o, iftixarla... 

 

Hər ev qabağında kiçik bir bağ da  



Yazın oğlan vaxtı gül açdı rəng-rəng  

Dünən qamış bitən qara torpaqda  

Bu gün şəfəq kimi sayrışdı çiçək. 

 

Hopduqca səhranın gövdəsinə su  



Tərlədi qaxsımış birbədən kimi...  

Yerdə çiçək açdı yerin arzusu,  

Sevindin, oxucum, sən də mən kimi. 

 

Gürzələr, şahmarlar Araz boyunca  



Paslı qılınc kimi çəkildi qına.  

Yaşıt məxmər kimi döşəndi yonca  

Vətən qızlarının ayaq altına. 

 

Muğanda qarağat, yovşan yerinə  



Çinarlar boy atdı cərgələnərək;  

Ağaclar bənzədi bir-birinə  

Bir ana südünün övladları tək. 

 

Sabahı seyr etdi öz nəzərilə,  



Bir anda fikrindən yüz illər keçdi;  

Bu kiçik şəhərin küçələnkı  

Nəsillər dalınca nəsillər keçdi... 

 

Mən bu qəhrəmanı neçə il qabaq  



Cəbhədə görmüşdüm bir axşam üstü; 


______________Milli Kitabxana_______________ 

344 


 

Uçurdu göylərdə parçalanaraq,  

Topların ağzından yayılan tüstü.  

Şimaldan bir soyuq külək əsirdə,  

Ayaz xəncər kimi yeri kəsirdi. 

 

Hücuma keçmişdi o gün ordumuz  



Ölən düşmənlərin meyiti üstdən.  

Qulaq tutulurdu cəbhədə səsdən.  

Ancaq, sevinirdi ana yurdumuz – 

 

Ordumuz hər yandan atəş açırdı,  



Alman saldatları geri qaçırdı. 

Göy darısqal idi, üfüqlər qara,  

Kainat cırırdı dar paltarını...  

 

Bu məşhur topçu da öz toplarını  



Atıb yol açırdı piyadalara.  

Onun səngəriydi xırdaca bir dağ,  

Ayağı altında bərk idi torpaq... 

 

İndi nə top atır, nə düşmən vurur,  



Hələlik susmuşdur topların səsi.  

Divardan asılı yadigar durur  

O topçu zabitin cib xəritəsi...  

Bəzən cizgilərə nəzər yetirir,  

Keçdiyi yolları yada gətirir. 

 

*** 



Bayaq söylədiyim kiçik şəhərdə  

İndi bu qəhrəman bir sovxoz qurur.  

Çox zaman yatmayır o gecələr də,  

Hər bağa, zəmiyə keşikçi durur. 

 

Üzündə bir çapıq yeri də vardır – 



Döyüş günlərindən bir yadigardır.  

Xeyirxah, sadə bir təbiəti var,  

Nə artıq pul sevir, nə də təmtəraq.  

Gileysiz danışır ondan insanlar  

Hər vaxt yaxşılıqla xatırlayaraq. 



______________Milli Kitabxana_______________ 

345 


 

  

Həyatdır... Onun da dolanacağı,  



Vaxt olur aşağı düşür, neyləmək?  

Bəzən bahar vaxtı, ya da şam çağı  

Yediyi sadəcə pendirlə çörək  

Şirin bir nemət tək ona dad verir,  

Şair bu insana Nemət ad verir... 

 

Pul oldu-olmadı daima şaddır,  



Evdə oturmayır o, qaşqabaqla.  

Bütün ailəsi qəmdən azaddır,  

Yaşayır hər zaman bu qanacaqla.  

Qəlbində daima gülər bir bahar,  

Dərdi də bir gülər üzlə qarşılar. 

 

[Kimin ki, əməli safdır ürəkdə,  



Ehtiyac içinə düşsə də, hərdən,  

Yediyi quruca pendir-çörək də  

Söz açarmüqəddəs düşüncələrdən...  

Baxıb başqasına həsəd də çəkməz,  

Öz vicdan evindən bir daş da sökməz... 

 

O, işıqda gəzər, yaşar vüqarla,  



Qaranlıq yollardan əyilib keçməz...  

Dözər aclığa da bir iftixarla,  

Bir fincan suyu da gizlində içməz...  

Hər yerdə, hər zaman şax baxar üzə,  

İnsanlıq şərəfi öyrədər bizə!..] 

 

VI 



 

O il qış bərk gəldi Muğan çölünə,  

Sel kimi töküldü göydən yağışlar. 

Pul-pul səpələnmiş yağış gölünə  

Gəldi qoşun-qoşun köçəri quşlar. 

Palçıq dizə çıxdı, sərt əsdi külək,  

Soyuqdan bozardı qızların üzü. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə