SəMƏd vurğUN



Yüklə 2,33 Mb.

səhifə82/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

______________Milli Kitabxana_______________ 

346 


 

 

Tənbəllər yığışıb nağıl deyərək  



Söhbətlə keçirdi gecə-gündüzü. 

 

Yağışın dalınca bərk gəldi qar da,  



Odundan kasadlıq çəkdi ocaqlar.  

Neçə min ildir ki, bu səhralarda  

Nə qalın meşələr, nə zolaqlar var. 

 

Yalnız Araz üstə bir az meşə var,  



Orda da ağaclar hələ seyrəkdir.  

Çoxu söyüdlərdir, bir də ulğunlar;  

Palıd da, çinar da orda tək-təkdir. 

 

O il öz ömrünü çox uzatdı qış,  



Ağardıb dişini güldü insana.  

Hər səhər obaşdan don açılmamış  

Maşınlar zor ilə çıxdı Muğana. 

 

Ağ kəfən geyindi düzlər, yamaclar,  



Nə bir ot göründü, nə də bir yarpaq;  

Ac qalıb qırıldı körpə turaclar,  

Nə qədər nemetlər itirdi torpaq... 

 

Dondu gölməçələr, qamışlıqlar da,  



Köçəri quşlar da uçub dağıldı.  

Araz boyundakı şor qışlaqlarda  

Doyunca nə qoyun, nə mal sağıldı. 

 

Çayların üstündən buz körpü saldı,  



Seyrəldi get-gedə gediş-gəliş də.  

Könül intizarda, göz yolda qaldı,  

Uçdu dodaqlardan, uçdu gülüş də... 

 

Ürəklərdə qorxu, gözlərdə heyrət,  



İnsanlar qaşını çatdı hiddətlə.  

Yumub gözlərini o kor təbiət  

Döydü yeri, göyü, döydü şiddətlə. 



______________Milli Kitabxana_______________ 

347 


 

O qədər atını çapdı ruzgar ki.  

Qurdlar da ulaşdı çöldə səs-səsə.  

Muğanda nə bir dağ, nə meşə var ki,  

Əsən küləklərin önünü kəsə... 

 

Qum təpəsi kimi yeridikcə qar  



Buludlar kişnədi, göylər ağladı.  

Bəzən qar altında qaldı ağaclar,  

Qurumuş budaqlar sırsır bağladı. 

 

- Budur, yaxşı baxm! – deyərək Nemət.  



Boranı göstərdi qəhrəmanlara. –  

Baxın, divan tutur bizə təbiət,  

Acımaq bilməyir o, insanlara! 

 

Bu gün əkdiyimiz bu qatar-qatar  



Ağaclar bir zaman orman olacaq.  

Qopsa da tufanlar, sərt fırtınalar  

Nə ot saralacaq, nə gül solacaq. 

 

Araz donmayacaq, buğ gəmiləri  



Üzəcək su üstdə sonalar kimi.  

Şaxta vurmayacaq göy zəmiləri,  

Qış gəlib keçəcək bir bahar kimi. 

 

Gəlin, sinəmizlə qoruyaq gərək  



Körpə zolaqları qardan, küləkdən.  

Maşınlar yeridi hücum çəkərək,  

Əllər də yapışdi beldən, kürəkdən. 

 

Dəli qış getdikcə tufan qopardı,  



Yeməyi, yatmağı Nemət unutdu.  

Kimini iş üstə zorla apardı,  

Kimini yalvarıb xoş dilə tutdu. 

 

Qırov səpələndi çölə, yamaca,  



Göylərdə buz kimi dondu ulduzlar.  

Gecələr yatmayib, hər bir ağaca  

İsti paltar tikdi gəlinlər, qızlar. 



______________Milli Kitabxana_______________ 

348 


 

 

Çöldə yapıncılı adamlar kimi  



Göründü ağaclar ay işığında.  

Onlar düşündü də fikri var kimi  

Ayrı gecələrin yaraşığında... 

 

Buğlana-buğlana nəhəng maşınlar  



Qar təpələrinə hücum çəkdi, bax!..  

Basılmış ordu tək çəkildi ruzgar,  

İnsana qovuşdu yenə də torpaq... 

 

Keçdi o fırtına, keçdi o şiddət,  



Hər ürək şad oldu öz əməlilə.  

Neçə qəhrəmanın əksini  

Nemət Şərəf lövhəsindən asdı əlilə. 

 

VN 



 

Nə qədər ki, hava Muğanda xoşdur,  

Hələ solmamışdır gül də, çiçək də,  

Hər yaşıl zəmi də, göy biçənək də,  

Bir vaxt Əmirxanın qəlbi də coşdu. 

 

Quba bağlarından şitillər alıb,  



Alma da, armud da, ərik də əkdi.  

Bir zaman, onların qeydinə qalıb,  

Bağlara hər səhər o, baş da çəkdi. 

 

Torpağın nəbzinə, suyun səsinə  



O qulaq asdıqca ilham alardı.  

Saldığı bağların səliqəsinə  

Aygün də heyrətlə valeh olardı. 

 

Onda bir danışıq gücü də vardı,  



Buz kimi saxlardı ancaq qəlbini.  

Hər zaman hər yerdə müsahibini  

Soyuq bir məntiqlə inandırardı. 

  

 




______________Milli Kitabxana_______________ 

349 


 

Bir müddət Aygünlə o, səhər-səhər  

Zövq aldı çöllərin mənzərəsindən:  

Ömrü gödək olan bu xatirələr  

Tez uçdu, tez getdi hafizəsindən. 

 

Elə ki, əsnədi çovğunla külək,  



Çöldə tar bağlayıb, qar çıxdı dizə,  

Şaxta ata mindi qılınc çəkərək,  

Təbiət insanla durdu üz-üzə. 

 

Əmirxan bağladı pəncərələri,  



Yalnız istisini Aygündən aldı.  

Bir yeni həsrətlə andı şəhəri,  

Tez-tez fikrə gedib xəyala daidı. 

 

Keçdi gözlərindən keflər, məclislər, 



Böyük teatrlar, böyük kinolar. 

Dil açdı qəlbində acıqlı hisslər... 

- Eh, - dedi, — bilmirəm bu çöldə nə var?! 

 

Elə vaxt oldu ki, tamam bir həftə  



Ayaq da basmadı evdən eşiyə.  

Yediyi çörəyi yedikcə müftə,  

Bəhanə gətirdi "xəstəyəm" deyə. 

 

Arabir vicdanın qadir səsindan  



Diksinib oyandi... Çıxdı iş üstə.  

Onun bu ötərgi zümzüməsindən  

Yarana bilmədi böyük bir nəğmə... 

 

Elə ki, dörd divar canını sıxdi,  



Qış günəşi kimi göründü tək-tək,  

Kürən bir yabının üstə minərək  

O da sahələri gəzməyə çıxdı. 

 

Düşündü: "Mən hara, bu çöllər hara'?"  



Lovğalıq qurd kimi gəzdi başında;  

Odur ki, verdiyi tapşırıqlara  

Atüstü qol çəkdi yəhər qaşında... 




Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə