SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə83/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

______________Milli Kitabxana_______________ 

350 


 

 

Bir para xudpəsənd insanlar kimi  



O da çoxlarını heç bəyənmədi;  

Əmirxan hərcayi dumanlar kimi  

Göydə dayanmadı, yerə enmədi... 

 

VII 



 

Gəl, ey nazlı bahar, gecikmə, tez gəl!  

Gəl ki, qışın ömrü çox uzanmasın.  

Mən sənin dostunam hamıdan əvvəl,  

Gəl ki, həsrətinlə ürək yanmasın. 

Qış çox ağır keçdi Muğanda bu il,  

Qorxudan saraldı tarlalar xeyli.  

Bahar, dostluğumuz ötərgi deyil,  

Şirindir yaşamaq, yaratmaq meyli. 

Gəl, yenə görüşüb əl-ələ verək,  

Bizdən nəfəs alsın bağça da, bağ da.  

Gəl ki, şeir yazaq, çörək yetirək,  

Şad olsun anamız qara torpaq da. 

 

*** 



 

Öz kəhər atının üstündə bahar  

Bir qəhrəman kimi gəlmiş Muğana;  

İnsana gəl deyir yenə səhralar,  

Günəş salam verir hər qəhrəmana. 

 

Baxıb üzə gülür gömgöy zəmilər,  



Gül gülü çağırır, çiçək çiçəyi.  

Narın yağışlar da hər axşam-səhər  

Gah bağı isladır, gah biçənəyi. 

 

Ömründən pay verir gecə gündüzə,  



Günlər uzandıqca uzanır iş də.  

Maşınlar, insanlar dağılır düzə,  

Çoxalır səhrada gediş-gəliş də. 

 



______________Milli Kitabxana_______________ 

351 


 

 

Od-alov nəfəsli, çarxlı nəhənglər  



Yüz çuxur doldurur, təpə düzləyir.  

Belləri bərk vuran qollar, biləklər  

Sulara yol açır, arx təmizləyir. 

 

Hələ qoşun-qoşun cərgələnərək  



Dayanmış yamyaşıl ağaclara, bax.  

Mənim dastanımın sətirləri tək,  

Nə qədər baxsan da qurtarmayacaq... 

 

IX 



 

Aygün də zövq alıb bu xoş bahardan,  

Səhərlər yuxudan quş kimi durdu.  

Keçdi dəniz kimi göy tarlalardan,  

Bəzən gün altında kətmən də vurdu. 

 

Muğan qızlarına qoşulub o da  



Başına bir güllü yaylıq bağladı.  

Bu hal bir ötərgi həvəs olsa da,  

Qəlbində arzular coşub çağladı. 

 

O hərdən dayanıb durduqca təkcə,  



Üzündən-gözündən nur tökülərdi.  

Kətmən əllərində, fikrə getdikcə  

Qızlar xısın-xısın baxıb gülərdi. 

 

Ancaq ayrılmayıb düşüncələrdən,  



Dinlərdi çöllərin həyat səsini.  

Qəlbində bir nəğmə yaradıb hərdən,  

Səssiz oxuyardı öz nəğməsini. 

 

Sonrasa qarışıb yenə qızlara,  



Hər gün oxudardı öz əsərini.  

Küləklər yayardı geniş düzlərə,  

Muğan qızlarının şərqilərini. 



______________Milli Kitabxana_______________ 

352 


 

  

Mən bu sətirləri yazdığım zaman  



Aybəniz yanımda xəyala vardı.  

Mənalar süzüldü baxışlarından,  

Hələ gözləri də bir az yaşardı. 

 

Sinəmdə dil açıb danışdı ilham:  



Ömrümdə ən əziz bir gün olaydı – 

Mənim Aybənizim, mənim qız balam  

Hünərdə, namusda Aygün olaydı. 

 



 

O il Əmirxanın sahələrində  

Bağlar öz vaxtında çiçək açmadı.  

O niyə mıxlanıb qaldı yerində,  

Gözünün yuxusu niyə qaçmadı? 

 

Bir çox ağacları don vurdu o il,  



Salamat çıxmadı qışdan bahara  

Ağac da dünyada duyğusuz deyil,  

O da nemət verir çalışanlara. 

 

Kim ki, iş üstündə ürək əridir  



Gülşənə döndərir bomboz çölləri.  

Burda ağıllı bir sözün yeridir.  

Daşda çiçək açar insan hünəri. 

 

Gül-çiçək açmayan öz qüdrətinə  



Əmirxan yandısa, çox da yanmadı.  

Ancaq başqasının iş şöhrətinə  

Düzünü söyləsək, paxıllanmadı. 

 

XI 



 

Qürbət kimi görünsə də Aygünə Muğan,  

El içində yaşayardı el adətilə...  

Şövqə gəlib insanların xoş rəftarından  

Uşaq kimi sevinərdi səadətilə. 



______________Milli Kitabxana_______________ 

353 


 

 

Yel əsəndə, qar yağanda, şaxta düşəndə  



İstisini Əmirxandan alardı gəlin.  

Bəzən onlar cüt danışıb, cüt gülüşəndə  

Yaşamağa haqqı vardı o gülüşlərin... 

 

Ancaq Aygün tamam-kamal bitirmədiyi  



Öz musiqi məktəbini hərdən anardı.  

Özü kimi boya-başa yetirmədiyi  

Sənətini düşündükcə qəlbi yanardı. 

 

Əmirxanın qısqanc olan təbiətini  



Bildiyindən söz açmadı Aygün bu haqda.  

Öz eşqinə qurban verdi öz sənətini,  

Bu xüsusda biz haqq verib, haqq almasaq da... 

 

Daş-qaşa da, ziynətə də uydu bir zaman



Əmirxanın səxavətli əli var, - dedi; 

Dönə-dönə qulağına onun Əmirxan: 

- Üzük 


qaşla, arvad ərlə tanınar, - dedi... 

 

Oğul fikri, qız arzusu, qoşa qarımaq  



Xəyalından çıxmayırdı o xoşbəxtlərın.  

Yaxşısa da hər muraddan doyub yanmaq,  

Bəzən ömrü gödək olur gözəl vaxtların. 

 

XN 



 

Keçdi günlər... Fikirlidir bu gün Əmirxan,  

Bir kül kimi bozarmışdır onun üzü də.  

Elə bil ki, bulud yağır qaş-qabağından,  

Boğazında kilidlənmiş ürək sözü də... 

 

O özünün taqsırını duyur dərindən,  



Ancaq açıb-ağartmayır Aygünə bunu.  

İncimişdir o, Nemətin sərt sözlərindən,  

Biz bilirik Əmirxanın tərs olduğunu. 



______________Milli Kitabxana_______________ 

354 


 

Öz sirrini yoldaşına açıb deməyi  

Öz kişilik vüqarına sığışdırmayır;  

Bir tənhalıq keçirdikcə onun ürəyi  

Hey döyünür, sinəsində sakit durmayır. 

 

Hələ onun gözlərinin önündə Nemət  



Hakim kimi çıxardığı hökm ilə durur.  

Hələ iclas, hələ tənqid, o rəsmi töhmət...  

Əmirxanın qəlbi hələ şiddətlə vurur... 

 

"Necə... Onun mənliyinə dəymək olarmı?  



Təhsili var, diplomu var, kişi "alimdir";  

Hər şeyi də şişirtməyin mənası varmı?  

İş üstündə səhvi, suçu olmayan kimdir?.. 

 

Ali məktəb qapısından keçməyənlər də  



Əmirxana dərs öyrədir... Sən işə bir bax!  

Hələ qışlaq yerlərindən köçməyənlər də,  

Aqranomla üzə durub söz qaytaracaq!.." 

 

Lovğa-lovğa düşündükcə bunları bir-bir  



Gövdəsinə bumbuz olmuş bir tər də gəlir.  

Öz kinindən ürəyini qurd kimi didir,  

Nə bir yerdə qərar tutur, nə də dincəlir. 

 

(Nə zaman ki, el içində öz səhvimizi  



Boynumuza götürməyə biz qısqanırıq:  

Xudpəsəndlik kölgə kimi izləyir bizi,  

Ən xırdaca nöqsanı da bəzən danırıq. 

 

Nə zaman ki, gözümüzdə tiri görməyib,  



Başqasının gözlərində qılı seçirik.  

Bizi tənqid edənlərə salam verməyib,  

Yanlarından saymazyana gəlib keçirik. 

 

Sinəmizdə yetim kimi ürək tək qalır,  



Xəyalımız səssiz keçir səhralar kimi;  

Elə bil ki, içimizdə güllər saralır.  

Gün altında əriyirik dağda qar kimi. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə