SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

______________Milli Kitabxana_______________ 

355 


 

 

Nə zaman ki, suçumuzn mərd-mərdanə  



Boynumuza götürürük, hamı şad olur.  

Çox sevinir Vətən adlı müqəddəs ana,  

Fənalığın nəticəsindən qəlb azad olur. 

 

Salamlayır bizi yenə el alqışları,  



Tənhalıqdan ayrılaraq ürək də gülür.  

Nələr deyir, dinməsə də dost baxışları,  

Elə bil ki, üstümüzdən dağ götürülür... 

 

Elə bil ki, qamışlıqda azıb yol gəzən  



Yorğun ovçu göy çəmənli bir düzə gəlir.  

Elə bil ki, bu dünyaya baxıb yenidən  

İnsan ilə, günəş ilə üz-üzə gəlir. 

 

Ürəyində çağladıqca yenə saf sular  



O sevinir, o fəxr edir insanam deyə.  

Onu qartal qanadına alıb arzular  

El içində, yer üstündə qaldırır göyə...) 

 

* * * 



Əmirxansa yuxarıdan baxdı hər kəsə,  

İş üstündə Fərhad kimi külüng çalmadı;  

Qəhrəmanlar dünyasilə verib səs-səsə,  

Başqasının hünərindən ilham almadı. 

 

Alışmadı, zəhmətin şeriyyətinə,  



Nə yoruldu, nə də şirin bir yuxu yatdı.  

Bir də özü inanmadı öz qüdrətinə,  

Başladığı hər bir işi yarımçıq atdı. 

 

İş üstündə çətinliyə düşdüyü zaman 



Nə kitabdan, nə insandan kömək istədi. 

Özü lovğa, biliyi az, hövsələsi dar, 

- Mən heç kəsin ayağına getmərəm, - dedi. 

 

 



 


______________Milli Kitabxana_______________ 

356 


 

 

(Xudpəsəndlik çoxlarını yıxır, ey insani  



Bu dərd ilə tez qocalır bəzən ürəklər.  

Dağ olsan da sən dağlara arxalanmasan,  

Parça-parça sovuracaq səni küləklər!) 

 

- Bu 



sənətdən bir kar aşmaz, - dedi Aygünə, - 

Gedək, gedək, tez qayıdaq bircə şəhərə. 

Yenə Bakı tez çıxardar bizi ağ günə, 

Mədəniyyət gəlməmişdir hələ kəndlərə. 

 

Aygünün də ürəyindən oldu bu xəbər,  



Kənd yerinə gec alışır şəhər qızları.  

Ərlə arvad qərar verib, "gedək" dedilər;  

Bir az sonra başa gəldi bu arzuları. 

 

* * * 



Əmirxanı qayəsizlik yerdən qopardı,  

Aqronomluq sənətinə getmədi daha.  

Öz ömrünü qurban verib nəfsə, iştaha,  

Öz qəlbini zülmətlərə çəkib apardı. 

 

O dedi ki: - Mən nə dahi, nə qəhrəmanam,  



Qoy bəşərin dərdlərini onlar düşünsün.  

Məni adi bir insancıq doğmuşdur anam  

Ki, dünyada dövran sürüb, kef çəkim beş gün. 

 

O dedi ki: - Bu dünyaya yoxdur etibar,  



Beşcə günün qonağıyıq bu aləmdə biz.  

Həyatın da, ölümün də öz növbəsi var,  

Torpaq altda çürüyəcək sümüklərimiz... 

 

Neçə yerdə neçə növbə "xidmət" elədi,  



Məqsədə yox, qazanclara getdi apaçıq. 

- Eh, 


bu 

nədir, hər bir işin alayarımçıq - 

Deyib bəzən Aygün ona töhmət elədi. 

  



______________Milli Kitabxana_______________ 

357 


 

 

Pul azan hörümçək tək torlar toxuyub,  



Soxulmuşdur bir çoxunun təbiətinə.  

Əmirxan da nəfsə uyub, iştaha uyub,  

Qayıtmadı, qayıtmadı öz sənətinə. 

 

Sözün düzü, Əmirxanı mən çox izlədim,  



Bir iş üstə dayanmadı, bircə ilsə də.  

Zənn etmə ki, o surəti örtüb gizlədim,  

Surət nədir, hünər deyil, iş deyilsə də? 

 

Bəlkə bir gün göstərəcək öz simasını  



İllər boyu can qoyduğu bir iş üstündə.  

Mən də görüb yazacağam o xoşbəxt gündə  

Onun əsl varlığını, düz mənasını. 

 

O özü də, heç özü də bilməyir hələ,  



Bilməyir ki, təbiəti yazdır, ya qışdır.  

Mən get-gedə görünürəm, o gələ-gələ,  

Bilirəm ki, bu axtarış düz axtarışdır... 

 

XIII 



 

Radionu qurdu Aygün bir səhər çağı  

Qulaq asdı konsert verən yoldaşlarına.  

Gah qaraldı ağ sifəti bulud sayağı,  

Gah sevindi tələbəlik sirdaşlarına 

 

Danışdıqca pianonun sədəf dilləri,  



De, Aygünün qəlbi nədən şiddətlə vurdu?  

Şəfiqənin şam barmaqlı nazik əlləri  

Şəkil kimi gözlərinin önündə durdu. 

 

- Mən hər zaman "beş" alardım ixtisasımdan,  



Şəfiqəsə "dörd" alardı, indi ona bax;  

Vurğulara məna verir qız zaman-zaman...  

Tay-tuşundan geri qalan bir mənəm, ancaq. 



______________Milli Kitabxana_______________ 

358 


 

 

Gülzarın da fleytası yayılır cana,  



Rəfiqənin sinəsində şura gəlir tar;  

İnsan əli yüz dil verir neyə, kamana  

Danışansa ürəklərdir, bir də arzular. 

 

Hələ Elyar... hələ onun bariton səsi  



Gurladıqca meydan açır, zəfərlər deyə.  

Trambonla valtornanın güclü nəfəsi  

Ordu kimi hücum çəkir mübarizəyə. 

 

Ərğənun da ağır-ağır arabir diıür,  



Dünya görmüş, zaman görmüş qocalar kimi.  

Torpaq olmuş babalar da sanki sevinir,  

Onların da bu sənətdə haqqı var kimi. 

 

Aygün dönüb Əmirxana deyinir bu dəm: 



- Eşidirsən? Tay-tuşlarım verib səs-səsə

Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə; 

Mənsə baxıb ürəyimdə həsəd çəkirəm. 

- Fikrin 

nədir? 

-    Oxumaqdır! 



- Harda 

oxumaq? 


- Necə harda? Sən ki, bunu yaxşı bilirsən! 

Bəstəkarlıq işinədir həvəsim, ancaq. 

De, gülməli nə vardır ki, niyə gülürsən? 

- Gülürəm ki, çox qəribə iştahın vardır, 

Yer üzündə hansı qadın, de, bəstəkardır? 

- Bəstəkar da, filosof da olur qadınlar, 

Kişilərdən heç də geri deyildir onlar. 

- Qadın gərək öz evinin səliqəsilə, 

öz ərinin, övladının xoş nəfəsilə 

Ömür sürüb xoşbəxt ola, nə ki, səhnədən 

Rast oxuya, min adamın üzünə gülə, 

Ər də baxıb arvadına, əti tökülə... 

Yox, sən deyən kişilərdən olammaram mən - 

Aygün dönüb körpəsinin üzünə baxdı. 

O dinməzdi, danışmazdı hirslənən vaxtı... 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə