SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

______________Milli Kitabxana_______________ 

359 


 

* * * 


Ancaq Aygün qılınc kimi girmədi qına,  

Fürsət tapıb məktəbə də getdi bir səhər.  

Ürək açdı öz səmimi yoldaşlarına,  

Çox sevindi müəillmlər, müəllimələr. 

 

Dedilər ki, sənin gözəl istedadın var,  



Gec deyildir, qayıt yenə, məktəbinə gəl,  

Paslanmasın qəlbindəki gözəl duyğular,  

Sənin kimi qızları biz gəzirik el-el. 

 

XIV 



 

Pianomu səsə gəldi? Şirmayı dillər  

Danışdıqca elə bil ki, dalğalar axdı.  

Yelpazə tək qanad çalan göyərçin əllər  

Səadətdən söhbət açdı bir axşam vaxtı. 

 

Öz qəlbinin rübabını dindirən gəlin  



Bəzən yumub gözlərini xəyala getdi.  

O qərq oldu dünyasına düşüncələrin,  

Al şəfəqli bir aləmi tərənnüm etdi. 

 

Qonum-qonşu səs eşidib çıxdi eyvana,  



Hörmət ilə qulaq asdı o saf sənətə.  

Öz ömrünün dastanını açdıqca ana  

Neçə ürək salam verdi o şeriyyətə... 

 

Bəzən asta bir ney kimi süzülüb axdı,  



Dilə gəldi nəvazişlə, mehri-ülfətlə.  

Arabir də şimşək olub göylərdə çaxdı,  

Buludları parçalayıb keçdi sürətlə. 

 

İki saat, bəlkə də çox, qalxmadı gəlin,  



Pianodan ayrılmadı onun əlləri.  

Məhəbbətin, səadətin saf əməlləri.  

Gözlərindən aşıb-daşdı o xoş xilqətin... 

  

 




______________Milli Kitabxana_______________ 

360 


 

 

Əmirxan da qulaq asdı Aygünə bir az,  



Yazıqlar ki, o sənəti duymadı bir an.  

Xəyalında bir restoran, bir rəqs, bir də caz...  

O, fışqırıq çala-çala çıxdı qapıdan. 

 

(Yüngül başlı, boş ürəkli insanlar da var,  



Biganədir ana yurdun öz sənətinə.  

Fokstrot rəqslərindən zövq alır onlar,  

Uyuşmayır öz yurdunun təbiətinə.) 

 

Əmirxanın getməyini duymadı gəlin,  



Ayrılmadı öz qəlbindən, öz dünyasından.  

Çal, gözəlim! Yorulmasın çalan əllərin,  

Nəğmələr de məhəbbətin saf mənasından! 

 

XV 



 

Qış gecəsi uzun olur... Yenə də səhər  

Gecikmişdir gözlənilən bir qonaq kimi.  

Görünməmiş bir sükuta qərq olmuş şəhər  

Dörd tərəfdən qıfıllanmış bir otaq kimi. 

 

Hamı yatır öx evində, öz yatağında;  



Qış yuxusu ölüm kimi çox ağır keçirə...  

(Ağırlaşır ömrün, günün axır çağında  

Son arzular, son xəyallar, son düşüncələr...) 

 

Hamı yatır. Xeyr, xeyr! Bu deyil gerçək,  



Bəzən olur şirin yuxu yatmayanlar da...  

Odur, odur! Bir pəncərə arxasında tək  

Dayanmış bir gəlin qəlbi çırpınır, darda... 

 

Gəlin yalqız, otaq səssiz, hava darısqal,  



O, başını söykəməyir yastığa bir an;  

Bəzən gəlir gözlərinə yüz qara xəyal...  

Dalğa-dalğa qəm tökülür baxışlarından. 



______________Milli Kitabxana_______________ 

361 


 

  

(Kim bilməyir bu aləmdə nədir intizar?  



Ürək üzər, can əridər nigarançılıq.  

Bir ürəkdə qıfıllanıb qalsa arzular  

Şamlar kimi şölə çəkib yanar apaçıq.) 

 

Aygün açır pəncərəni, baxır küçəyə,  



Quldur kimi qılınc çəkib soxulur külək;  

Sərt ruzgarın dəhşətindən vəhmələnərək,  

Pəncərəni tez-tələsik bağlayır yenə. 

 

Ancaq yenə gözü, qəlbi yollarda qalır,  



Oz-özünə deyindikcə kövrəlir səsi.  

Xəzan vurmuş yarpaq kimi rəngi saralır,  

Aman, deyir, nə uzunmuş bu qış gecəsi! 

 

(İnsan oğlu səadətlə ömür sürəndə  



Bir an kiıni gəlib keçər onun hər günü.  

Ya intizar, ya ayrılıq, ya dərd görəndə  

Bir il sanar bir anın da gödək ömrünü...) 

 

Əmirxansa məclisdədir... Qızmış beyinlər  



Etibardan, səadətdən söz açır bu dəm.  

Soruşmayın orda nə var, heyifdir əsər,  

Mən o çirkin səlməciyi təsvir etmirəm... 

 

Aygün yenə intizarla çıxır eyvana,  



Ağlına da gətirməyir o mənzərəni.  

Öz müqəddəs ürəyilə yaşayan ana  

Gah qapını açır yenə, gah pəncərəni... 

 

* * * 



Hüdudu var hər ağrının, hər işgəncənin;  

Külək yatır, qar dayanır, açılır səhər.  

Səhər ilə bir açılır sirri gecənin,  

Qapı-qapı yer axtarır təzə xəbərlər... 

 

Zəng çalınır. Gəlin qalxır qapını açır,  



Zümzüməylə girir evə “əhli-kef” əri, 


______________Milli Kitabxana_______________ 

362 


 

  

Ayaqları bir-birinə deyib dolaşır,  



Qan sığılıb, qızarmışdır iri gözləri... 

 

Bət-bənizi meyit kimi ağarmış onun,  



Nəfəsindən getməmişdir şərab qoxusu.  

O məclislər aşiqinin, keflər oğlunun  

Nə vaxtında yeməyi var, nə də yuxusu. 

 

Çarpayıya ağzı üstə o döşənərək,  



Xorna çəkir bütün günü axşama qədər.  

Gəlininsə sinəsində çırpınır ürək,  

Gözlərində yuva salır yenə də qəmlər.125 

 

Aygün alıb çağasını bağrına basır,  



Analara təsəllidir dar gündə övlad;  

Uşaqcığın nəfəsinə o qulaq asır,  

Bu mənaya səcdə qılır bütün kainat... 

 

Uşaq açır gözlərini gülümsəyərək,  



Sifətində nur saçılır ana qəlbinə.  

Aygün bir an dərdlərini unudur, gerçək,  

O xoşbəxtdır, qəm-qüssədən azaddır yenə. 

 

Yazıqlar ki, çox sürməyir bu bəxtiyarlıq,  



Rəngi dönüb bulud kimi birdən qaralır.  

Xəzan kimi yarpaq tökür gözündə varlıq,  

Bu vaxt onun sifəti də solub saralır: 

 

- Etibarsız!.. Mən yanıram səhərə qədər,  



Osa içib nəşələnir evindən uzaq.  

Mənim cavan ürəyimi əridir qəmlər,  

O kef çəkir, məndən ayrı məclis quraraq. 

 

Bu qayğılar, bu fikirlər üzür gəlini,  



Elə bil ki, ürək uçub canı tərk edir.  

Çağasının başı altda qoyub əlini,  

O, fikirlər dünyasında yuxuya gedir. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə