SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

______________Milli Kitabxana_______________ 

363 


 

 

Ancaq onun bu ötərgi yuxusu belə  



Bir quşcuğun yuxusu tək sayıq keçir, bax!  

O, yatmamış bircə saat fikirlərilə  

Yorğanını üstdən atır, birdən qalxaraq. 

 

Gözlərinə işıq gəlir onun bir anlıq,  



Dağlar kimi baş qaldırır qəlbində vüqar...  

Sönüb gedir gözündəki alaqaranlıq,  

Ürəyində dilə gəlir susmuş duyğular: 

 

- Xeyr! Xeyr! Məhəbbətlə oynamaq olmaz!  



Halal deyil Əmirxana mənim ismətim.  

Deyirdim ki, məhəbbətin mənası solmaz,  

Ah, budurmu ilk taleyim, əzəl qismətim? 

 

Vədə verir, and da içir, sonra unudur,  



İllər keçir... Məclislərdir onu azdıran.  

Mənim cavan ürəyimsə qızıl qan üdur,  

Nə yazan var bu dərdimi, nə də yazdıran. 

 

Bəsdir! Baxa bilməyirəm artıq üzünə, 



Oz evinə isnişməsə bir insan kimi,  

Elə bu gün, o yuxudan ayılan kimi  

Bütün ürək sözlərimi deyib özünə,  

Baş götürüb getməliyəm! - Aygünün bu an 

Ürəyində dilə gəlir xeyirxah bir səs:  

"Sən haqlı da olsan əgər, azacıq dayan,  

Aqil olan son sözünü qabaqca deməz...  

Sən anasan, anaların səbri çox olar,     

Birdən-birə köpüklənib yalnız sel daşar.  

Bil ki, səbrin övladıdır hər böyük qərar,  

Ədalətli qanunların hökmü çox yaşar. 

Yaxşı düşün neyləyirsən... Yüz ölçüb bir biç!  

Sorğu-sual eyləməmiş məhkəmə qurma!  

Uşağının xatirinə günahından keç,  

Öz əlinlə öz evini yıxıb uçurma!..



______________Milli Kitabxana_______________ 

364 


 

Bir də... O da bir insandır, bəlkə düzəldi,  

Bəlkə yenə doğruluğun yoluna galdı". 

Düşündükcə o el qızı bunları bir-bir,  

İlk baharın laləsi tək rəngi açılır.  

 

Xəyalına xoşbaxt keçən günlər gətirir,  



Can evinə günəş doğur, şəfəq saçılır... 

 

XVI 



 

Axşam oldu, yuxusunu aldı Əmirxan,  

Elə bil ki, bu dünyaya gəldi yenidən.  

O, gərnəşib öz yerindən qalxdığı zaman  

Zora düşdü yeyib içmiş, ağır bir bədən. 

 

Aygün deyir: "Gör nə qədər dəyişmiş, aman!..  



Şimşad kimi bir gənc idi, o, üç il qabaq.  

Ayırsaydım onu bircə qayğısızlıqdan,  

Yoxsa yazıq bu gedişlə səfil olacaq..." 

 

(Gözəl qadın! Nə xeyirxah bir ürəyin var,  



Bu hissini duyacaqmı ürəkdən ərin?  

Gözündəmi qalacaqdır bu xoş arzular,  

Daşlaramı dəyəcəkdir yoxsa sözlərin?) 

 

- Nə var yenə? Qaş-qabağın yerlə sürünür! 



Yetimlərin başdan aşıb, ya ölənin var? 

- Xeyr, 


sənin gözlərinə elə görünür

Çırtıq vurub oynamaz ki, "xoşbəxt" olanlar... 

 

- Kinayəylə danışırsan! Kimdən əskiksən? 



De, çörəyin yetişməyir, yoxsa paltarın? 

Beş kişinin qazancını qazanıram mən, 

Bir üzü də nankorluqdur siz qadınların! 

 

Bir ildırım kimi vurur Aygünü bu söz,  



Qəzəbindən yanaqları od tutub yanır.  

Ürəyinin yaraları açılır köz-köz,  

Ancaq cavab qaytarmayıb yenə dayanır. 



______________Milli Kitabxana_______________ 

365 


 

 

- Bilirsənmi nə var, aşna? Açıq danışaq! 



Mən kişiyəm gəzəcəyəm istədiyim tək. 

İndən belə bu qaşqabaq tökməyi burax

Qoy dolanaq, baş girləyək, yaxamdan əl çək! - 

 

Gəlin artıq tablamayır... Açılır birdən,  



(Qayaları dəlib keçər yığışan bir su...  

Qılıncdan da kəskin olur bir ipək bəzən,  

Təbiətin qəhrəmanlıq sifətidir bu.) 

Əvvəl, mənə aşna demə! Bir anayam mən! 



Bizim evə yaraşmayır bu küçə sözü; 

Bir de çalış, gəl əl gotür bu vərdişindən,  

Öz evini yıxar yalnız insanın özü... 

- Hansı vərdiş? Nə olub ki? Oğruyam, nəyəm? 

Ya da məndən böyüklərə yaltaqlanıram? 

- Məni məcbur eləmə ki, hər şeyi deyəm 

Mən özümə... bu uşağa... sənə yanıram... 

- Nahaq 


yerə! 

-  


Necə nahaq? Necə yanmayım?  

Axı düşün, sən atasan, öz qədrini bil.  

Söylə, necə mən od tutub alovlanmayım,  

Mənim ərim öz evinin sahibi deyil. 

Yaxşı, kimdir bizim evin sahibi, balam? 

- Sahib 


mənəm, bir çağadır, bir də dörd divar... 

Rəvamıdır gecə-gündüz mən yalqız qalam? 

Harda qaldı bəs məhəbbət? Bəs hanı ilqar? 

Çörəyi də, paltarı da başıma vurma, 

Mənim dərdim bu dərdlərdəm daha böyükdür. 

Eşqimizin sarayını yıxıb uçurma, 

Hər minnətin, hər sözün də boynumda yükdür. 

Yalnız sənin xatirinə evdə oturdum,  

Tay-tuşumun hər birisi bir sənətkardır;  

Sənin bu dord divarına keşikçi oldum,  

Nə üzümə, nə vətənə bir xeyrim vardır... - 

  



______________Milli Kitabxana_______________ 

366 


 

 

Niyə susub dinməyirsən, “əhli-kef” oğlan?  



Xəncər olub qəlbinəmi batır o sözlər?  

Lal deyildir bu dünyada hər qadın olan,  

Vüqarından yaşarmişdır o şəhla gözlər... 

Görürsənmi? O qarşında bir çinar kimi  

Dayanmışdır, saf alnında bir aydın vüqar.  

Ucalıqda qanad çalar arzular kimi  

Ürəyi də, vicdanı da təmiz olanlar... 

Sözün düzü, Əmirxanın ürəyinə də  

Məhəbbətin, nəzakətin şöləsi düşür.  

Sönüb getmiş xatirinə onun yenə də  

İlk günlərin, ilk ayların nəşəsi düşür. 

O ayılır öz fikrində əyləncələrdən,  

Öz evinin istisilə qızınır bu an.  

Ancaq gəlin ayrılmayır düşüncələrdən,  

Taqsırını öz boynuna alır Əmirxan. 

- Yaxşı, yaxşı, qəzəblənmə, günahkar mənəm,  

Bir də evə gecikmərəm, lap arxayın ol!  

Daha səndən bir addım da uzaq gəlmərəm,  

Doğrudan da xatalıdır düşdüyüm bu yol... 

Qucaqlayır o gəlinin boynunu bu dəm,  

Gah üzündən öpür onun, gah da əlindən;  

Aygününsə gözlərindən uçub gedir qəm,  

Sözə gəlib barışmaq da xoş olur bəzən. 

Aygün susur, danışmayir, üzündə, ancaq  

Görünməyir o bayaqkı qəzəbi, kini.  

Üzün-gözün təsvirləri yaşamayacaq,  

Şerə düzək o gözəlin qəlbindəkini. 

O xoşbəxtdir... Ürəyində açılır səhər.  

Görürsənmi, yanaqları nura boyanır?  

Pəncərədən süzüldükcə əlvan şəfəqlər  

Çağacıq da yuxusundan qalxıb oyanır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə