SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

______________Milli Kitabxana_______________ 

371 


 

* * * 


Aygün xəstəlikdən qalxır ayağa,  

Qaynayır gözündə yenə də həyat.  

"İnqə-inqə" deyib, sevinirçağa,  

Bir ana qəlbində gülür kainat. 

Gül, ey səadətin, eşqin səhəri!  

Aləmə nur yağsın gülüşünüzdən.  

Bir qələm sahibi olandan bəri  

Mən ilham almışam daima sizdən. 

Ayrı düşməmişəm sizdən bir an da,  

Biz səadət üçün yarandıq deyə.  

Cəbhədə can verən hər qəhrəman da  

Yol açdı bəxtiyar bir gələcəyə... 

Bəzən üfüqləri çatıq görəndə  

Oynamaq istərəm bir şimşək kimi.  

Yerləri, göyləri səsləyib mən də  

Dinirəm bir canda min ürək kimi. 

Bahar günəşinin hərarəti tək  

Xəyalım dünyanı salama gəlir...  

Mənim nəfəsimlə nəfəsləşərək  

Dağlar da, daşlar da ilhama gəlir. 

Ürək də sinəmdə dil açıb deyir:  

Qəhrəman ölərsə, şair sevnməz.  

Yalnız səadətlə ucalar şeir...  

Nə var bu aləmdə həyata əvəz! 

 

XIX 

 

Aygün axşamüstü çıxdı eyvana,  



Gördü ki, həyatla qaynayır şəhər.  

Baxıb göz gəzdirdi o dörd bir yana,  

Nə qədər xoşbəxtdir, gəlib-gedənlər!.. 



______________Milli Kitabxana_______________ 

372 


 

  

Axşam havasına çıxmış insanlar,  



Gəzin, nəfəs alın, uğurlar ola!  

İnsan nəfəsilə sevinir bahar.  

İnsan günəş ilə gəzir qol-qola. 

 

Oğlanlar, qızlar da qoşa-qoşadır,  



Küçələr al-əlvan rəngə boyanır.  

Şəhər başdan-başa bir tamaşadır,  

Göyün ulduzları yerdəmi yanır?.. 

 

Deyib-gülənlərin bəxtiyar səsi  



Aygünün qəlbində dinir tar kimi.  

Yaşamaq, yaratmaq, gülmək həvəsi  

Qəlbində gül açır bir bahar kimi. 

 

Onun sinəsinə sığmayır bu an  



Ümidlər, arzular, gözəl duyğular.  

Şəfəqlər tökülür qaşqabağından,  

Qəlbində hazırdır sonuncu qərar. 

 

Son dəfə boylanıb ilk ocağına  



Yatacaq yerinə baxdı həsrətlə.  

Alıb çağasını öz qucağına,  

Qapıdan çıxmamış hələ sürətlə 

 

Elə bil canına birdən yel əsdi,  



Baxdı öz evinin səliqəsinə.  

O ayaq saxlayıb, qulaq da asdı  

Döyünən qəlbinin "getmə" səsinə. 

 

Boylandı son dəfə daşa, divara,  



Bir də çox sevdiyi güllü eyvana;  

Elə bil varlığı çəkildi dara,  

Ancaq qərarını pozmadı ana. 

 

O getdi sürətli bir ildırım tək,  



Ürək sinəsində qalxdı ayağa... 

 



______________Milli Kitabxana_______________ 

373 


 

 

Ana qucağında vəhmələnərək  



Özü də bilmədon qışqırdı çağa  

Gəlin məna verdi tiflin səsinə:  

"- Ay ana, getsək də qayıdaq yenə..." 

 

XX 

 

Bəs hanı Əmirxan, indi hardadır?  



Üzünü xeyli var görməyirik biz.  

Deyin, genişlikdə, yoxsa dardadır?  

Sualı şair yox, siz verirsiniz. 

 

O indi evdədir, qanı da qara,  



Baxır, nə Aygün var, nə çağa vardır. 

 Ev də qərq olmuşdur qaranlıqlara,  

Xırdaca bir məktub son yadigardır: 

 

"Bir vaxt gülə-gülə gəldim bu evə,  



İndisə ağlayıb gedirəm mən, ah!..  

Yalnız öz nəfsini son sevə-sevə  

Məni düşünmədin... Səndədir günah... 

 

Sinəmdə dil açan böyük arzular  



Gözəl bir sabaha çağırdı məni.  

Səninsə buz kimi bir ürəyin var – 

Nə şeri sevirsən, nə də nəğməni. 

 

"Getsən, birdəfəlik gedesən gərək",  



Deyib öz əhdini sən unutdun, sən!  

Bilmirəm, yenəmi hərcayilər tək  

Qayəsiz, məqsədsiz keçinəcəksən. 

 

Yazıqsan, Əmirxan, öz qədrini bil.  



Neçə yol demişəm sənə bu haqda.  

(Səssiz yuxu kimi keçdi bu üç il).  

Biz artıq bir yerdə yaşamasaq da,  

Çalış, öz balanın üzünə bir gün  

Sən də bir hünərlə, bir işlə görün..." 



______________Milli Kitabxana_______________ 

374 


 

*** 


Əmirxan oxuyub məktubu, bir an  

Çatıb qaşlarını əsnədi bərk-bərk;  

Şaxtalı bir soyuq keçdi canından,  

Əsdi varlığına tozlu bir külək. 

 

Dağ boyda gövdəsi döndü yumağa,  



Bəs necə? Kişidir!.. Qeyrəti vardır.  

Arvad yox olmuşdur, üstəlik, çağa, - 

Qeyrəti olana bu böyük ardır... 

 

- Qadındır, nə qədər qəzəblənsə de,  



Acığı beş gündə soyuyub gedər.  

Qadındır, özünə Allah desə də,  

İradə hardadır axıra qədər?! 

 

XXI 

 

Bu gün kimin qarşısında dayanmış gəlin?  



Deyin, kimdir o ağsaçlı müqəddəs insan?  

O canlı bir övladıdır qərinələrin,  

Yaşayacaq nəsil-nəsil o hər bir zaman. 

 

O fəxridir, şöhrətidir bizim sənətin,  



Azərbaycan torpağında ilk bəstəkardır.  

Çiçəkləri saralmayan bir şeriyyətin  

Onun şanlı rübabında mənası vardır. 

 

Sevir, sevir o müqəddəs bir məhəbbətlə  



Yeri, göyü, xəyalatı, insan səsini.  

Sevir bizi, sevir bizi səmimiyyətlə,  

Duyur daşın, torpağın da öz nəfəsini... 

 

(Duyur, dedim, nə xoşbəxtdir duyan sənətkar.  



Hansı qəlbi o yandırar, alovlanmasa?  

Sicim-sicim söz yığını yazanlar da var,  

Mən bunları heç deməzdim ürək yanmasa.) 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə