SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

______________Milli Kitabxana_______________ 

375 


 

 

Deyin, kimin qarşısında dayanmış gəlin?  



Deyin, kimdir o ağsaçlı müqəddəs insan?  

O sıx qaşlar altnıdakı qartal gözlərin  

Baxışında zəfər çalır ölümə insan... 

 

O sənətkar rübabının zərif telləri  



Min zəfərə, min hünərə çağırdı bizi.  

Hər pərdədə titrədikcə onun əlləri  

Gah ağlatdı, galı güldürdü ürəyimizi. 

 

O inandı, o inandı öz vətəninin  



İdrakına, sevdasına, istedadına.  

Ey sənətkar! Bu eşq üçün vətən də sənin  

Hər ürəkdə heykəl qoydu böyük adına. 

 

O inandı kommunizmin al bayrağına,  



Salamladı insanlığın bu dünyasını.  

Yazdı könül dəftərinin hər varağına  

Qəhrəmanlar dünyasının simfoniyasını. 

 

O bir çoban tütəyinin sadə səsində  



Duydu vətən torpağının ilk sevdasını...  

Gözəl çaldı rübabının hər nəğməsində  

Ana yurdun öz eşqini, öz mənasını. 

 

Avropanın kölgəsində o dincəlmədi,  



Tör-töküntü yığanlardan sənətkar olmaz!  

Öz yurduna səyyah kimi qonaq gəlmədi,  

Yamaqlardan tikilməmiş bütöv bir libas... 

 

O bəzən də dəniz kimi düşdü lərzəyə,  



Çalxalandı göz işləməz bir ümman kimi.  

Sənətkarın ilk şöhrəti hünərdir deyə,  

Gəlib getdi bu aləmə qəhrəman kimi... 

 

O, şeri də şair qədər sevərdi, dostlar!  



O, dostuydu səadətin, bir da baharın. 

  



______________Milli Kitabxana_______________ 

376 


 

 

Ürəyində neçə sözü qaldı yadigar  



Nəğmə dostu, şeir dostu o bəstəkarın... 

 

O gedəndə dünyamızdan mən də ağladım,  



Elə bil ki, ürəyimdə bir dağ uçdu, ah!..  

Ancaq bizim gəncliyə də ümid bağladım,  

O öz böyük nəğməsini deyəcək sabah... 

 

Deyin, kimin qarşısında dayanmış gəlin?  



Hansı böyük bir bəstəkar ona dərs deyir?  

O, canlı bir övladıdır qərinələrin...  

Aman dostlar, doğrudanmı öldü Üzeyir?.. 

 

XXII 

 

Nə var? Yerlə gedir qaşın-qabağın!  



Yoxsa qərq olmuşdur sularda gəmin?..  

Yoxmudur dünyada ömür həmdəmin?  

De, niyə soyuqdur yataq otağın?  

Din görek, necəsən indi, Əmirxan?  

Sənmisən gecələr yanıb qovrulan?  

Hanı otaqların xoş səliqəsi?  

Hanı o çiçəkli, o güllü eyvan?  

Keçdi ər olduğun o xoşbəxt zaman...  

Keçdi o günlər ki, bir uşaq səsi  

Bu evdə gah gülər, gah ağlayardı;  

Daşın, divarın da istisi vardı...  

Bir evdən kəsilsə qadın ayağı,  

Yetimlər qəlbinə qaranlıq çökər,  

Soyuyar havası, sönər ocağı,  

Divarlar ağlayıb, göz yaşı tökər... 

Qadın əllərilə hər ev, hər ocaq  

Ətirlər qoxuyub, gül-çiçək açar.  

Həyatın nəfəsi qadındır, ancaq,  

Bağlı qapıları o əllər açar. 



______________Milli Kitabxana_______________ 

377 


 

 

De, kefin necədir, "əhli-kef “ oğlan?  



Neçin yatmayırsan sabaha qədər?  

Didirmi gövdəni taxtabitilər?  

Xörəyin də boyat, üç gündən qalan...  

Nə oldu, bəs hanı sənin o şəstin?  

Buydumu məqsədin, buydumu qəsdin?  

Badə dostların da başından bir-bir  

Sürüşüb, rədd olub hara getmişdir?.. 

(Həyat dəniz kimi temizlik sevər,  

Sahilə çıxarar zir-zibilləri,  

Keçdikcə zamanın, ömrün illəri  

Səadət carçısı hər yeni səhər  

Aləmi isti bir şəfəqlə yuyur,  

İnsan öz hüsnünü bir az da duyur.) 

 

XXIII 

 

Aygünü görmədim o vaxtdan beş il,  



Bilmədim başından daha nə keçdi?  

Eşqin bulağından yenəmi içdi?  

Bəlkə də bir daha o sevən deyil- 

O indi hardadır? Nədir sənəti?  

Deyirəm bir yurdu, yuvası varmı?  

Dünyada ilk eşqi, ilk məhəbbəti  

Uçanlar yenə də xoşbəxt olarmı? 

Deyirəm güldümü o bir qönçə tek?  

Ürək yaralan çıxdımı sağa?  

Ana qucağında həyat sürərək,  

Böyüyüb boy-başa yetdimi çağa? 

Deyirəm ev sevən, ailə sevən  

O qadın dözdümü ev həsrətinə?  

Bir də öz ərini düşünüb, bəzən  

Yenə qərq oldumu can möhnətinə? 



______________Milli Kitabxana_______________ 

378 


 

  

Bəlkə də ay keçib, il dolandıqca  



Başqa birisini sevmiş ürəyi.  

Yeni bir eşq ilə qəlbi yandıqca  

Açılmiş üzündə dağlar çiçəyi? 

 

Bəlkə də insandan, həyatdan uzaq,  



Artıq inanmayır o heç bir kəsə.  

Kim ona qəlb açıb sevirəm desə,  

Dilinə "yox!" sözü gətirir, ancaq... 

 

Yox, yox, həyat üçün o doğulmuşdur,  



Səadət yaraşır, ona səadət!  

O, insan eşqilə insan olmuşdur,  

O, nə vəfasizdir, nə də ki, afət! 

 

Sevirik aləmdə yaxşıları biz,  



Şərikik onların hər qəminə də,  

Bir yerdə yol açır əməllərimiz  

Eşqin, səadətin aləminə də... 

 

Bir yaxşı dünyadan vaxtsız gedəndə  



Min sızıltı qopur ürəyimizdən,  

Elə bil, yanğılar qopur bədəndə,  

Bir alov parçası ayrılır bizdən... 

 

Bizim qəhrəman da yaxşılardandır,  



Yaxşılıq insana bir adət olsun!  

Deyirəm qəlbimdə xeyli zamandır,  

Gəlinin nəsibi səadət olsun! 

 

XXIV 

 

Orkestro dilə gəlir neçə nəfəslə,  



Qaşlarını çatır, bərk-bərk hamı susaraq.  

Ürəklərdən ürəklərə keçən min səslə  

Məşəl kimi alovlanır hər gözdə maraq. 

 

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə