SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə9/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

______________Milli Kitabxana_______________ 

38 


 

Əlimdən gələni əsirgəmərəm... 

- Nə oldu kommunist Çalpapaq Kərəm 

- O, 


ələ keçmədi... deyirlər yenə 

Kənddən uzaqlaşıb gedib mədənə. 

- Cəbhələr necədir? 

-  


Eşidirsiniz... 

O top səslərinin altrında bu gün  

Əli lüfəng tutan nə varsa bütün  

Ölür də, Öldürür, lap qiyamətdir!  

Anlayan yoxdur ki, bu, siyasətdir!.. 

- Afərin, Gəray bəy! İnan ki, sənin 

Ruhunda ruhu var doğma vətənin! 

Halaldır bu hava, bu su, bu torpaq... 

- Elxan, 

bu 


sözləri, mən ölüm, burax! 

Mənim ki, borcumdur çalışmaq sizə. 

Əvət, sadiqsiniz vəzifənizə. 



- Qorxub 

çəkinməmək ölümdən, qanda 

Gözlənir adətən hər qəhrəmandan! 

 

Dördüncü pərdə 

 

Haman bu anda, 



Eyni zamanda, 

Bir qara lampanın işığında tək 

Gözündən od kimi yaşlar tökərək: -  

Ay Allah, neyləyim? - deyə Gülpəri  

Boylanır qapıya... Dönür içəri.  

Köhnə mitilləri dağıdıb sökür,  

Yorğanın, döşəyin yununu tökür.  

Yığıb bir palaza, satacaq onu,  

Budur yoxsulluğun, aclığın sonu. 

Gözlərində duman, baxışları qan,  

Əlində bir qamçı, belində naqan  

Gəray bəy ortaya atılır birdən,  

Gülpəri diksinir durduğu yerdən,  

Səyriyib dodağı, qaçırbənizi. 

 



______________Milli Kitabxana_______________ 

39 


 

Alnında min acı, fəlakət izi... 

- Ay 

qız, nə var, nə yox? 



- Nə olacaq ki!.. Hər şey o qaydada, hər şey qabaq kı, 

- Uşaqlar necədir? 

İndi yatırlar... 



- Sən niyə oyaqsan, gözləmənmi var? 

Gülpəri qızarıb başını salır. 

Gəray bəy qızışıb birdən əl çalır: 

- Hay-hay, 

gözəllənib, rəngin açılıb, 

Elə bil alnına güllər saçılıb. 

Özgə nə var, nə yox? 

-  


Nə deyim, gündür... 

Ah, o baxışlar ki, öylə süzgündür 



Səhər ulduzumı andırır, bilsən! 

Şahlara layiqsən bu hüsn ilə sən! 

Gülpəri mat qalıb, yerində durur, 

Gəray bəy kənarda bığını burur. 

- Demək ki, işlərin yaxşı gedir, hay? 

Dillənib cavab ver!  

- İmrənir

1

 Gəray... 



Ozünü toplayıb, dinir Gülpəri: 

İmran atışmaya gedəndən bəri 



Uşaqlar ac qalır... 

 Qoy görək! 



-  

Vallah! 


- Bir 

meşok götürüb bizə gəl sabah, 

Arpadan, buğdadan na varsa al gəl! 

Aclıq gözəlliyə olmasın əngəl, - 

Deyib addımını irəli atır... 

Gülpəri utanıb qan-tərə batır. 

Sonra sol cibinə salır əlini 

Gözaltı bir daha süzüb gəlini: 

- Al 

bu 


pulları da, xərclik edərsən. 

İmran acıqlanar... 



- Uşaqsan ki, sən... 

                                                            

1

 

Meyl edir



 


______________Milli Kitabxana_______________ 

40 


 

Kimdir açıb deyən İmrana bunu.  

Gülpəri: 

- Gəray bəy, ac qalsam illər uzunu 

Mən onu aldadıb, yalan satmaram, 

Mən öz namusumu yerə atmaram. 

- O, 

sağ gəlməyəcək... 



- Necə? 

- Öləcək! 

Vaxt ikən gəl unut, sən ondan əl çək! 

- Gəray bəy, gecədir... zəhmət çəkin siz 

Allaha bəd gedər, naməhrəmsiniz... 

-

 



At görək, mən ölüm, bu oyunları, 

Neyləyirsən açıb, töküb bunları, 

Bəri gəl, ay zalım, bir qucaqlaşaq,  

Unut bu tərsliyi, gəl Allaha bax!  

Bu dünya beş gündür, beşi də qara,  

Pərişan zülffinü sübhdən dara;  

Çıx sinəm üstünə günəşdən əzel,  

Havada quşlan dindirən gözəl! – 

Deyib, Gülpəridən yapışır bərk-bərk,  

Onun gözlərindən zorla öpərək: 

- Necəsən? - 

Deyərək çəkilib durur,  

Eşib bığlarını yenidən burur.  

Gülpəri daş kimi yerində donur,  

Ala gözlərindən üsyan oxunur:  

- Binamus... 

- Nə dedin? 

- Gözümdən itil! 

Nələr gördüyünü bir düşün də, bil!  

Yoxsa... 

- Nə olacaq? 

- Canına azar! 

Hankı təriqətdə bu vəhşilik var? 

- Sus 


köpəyin qızı, doğraram səni! 

- Öz 


arvadına söy, qorxutma məni! 

Gəray bəy bozarıb, bir də soxulur, 

  



______________Milli Kitabxana_______________ 

41 


 

Ortada gizli bir əhvalat olur...  

Gülpəri ah çəkir, yalvarır, söyür,  

Qonşular yığılıb qapını döyür. 

İçəri gəlməyin - çığırır Gəray. 



Gülpəri qışqırır: - Öldüm, ay haray!..  

Göy Vəfi dayana bilməyib birdən,  

Dağ kimi tərpənir durduğu yerdən,  

Dabandan qapını oynadıb qırır.  

Gəray bəy yenidən bir də hayqırır: 

- Gəlməyin deyirəm! 

Göy Vəli gəlir, Siyirib xəncəri birdən yönəlir; 

- Binamus 

oğlunun tutduğuna bax! 

Gəray bəy, od kimi yerdən qalxaraq; 

- Nə var? Sən nəçisən? İtil buradan! 

Əlini naqana atdığı zaman, 

Göy Vəli mıx kimi yerində qalır,  

Titrəyib, xəncəri əlindən salır.  

Gəray bəy aradan çıxdığı zaman  

Gülpəri cəhrəni götürüb daldan  

Çırpır, yapışdırır lap tapəsindən,  

İgid bir qadının aslan səsindən  

O xain başını tutub, çaparaq  

Qaçır mənzilinə taraqhataraq...  

Qaraldı get-gedə gecənin üzü;  

Buludlar sıxlanıb bir ordu kimi.  

Sakit bir yuxuda çöllərin düzü...  

Çırpınıb döyünür gecənin qəlbi,  

Buludlar sıxlanıb bir ordu kimi. 

Arabir göylərin dərinliyindən  

Gecikmiş dumanın səsi gəlirdi.  

O yaz gecəsinin sərinliyindən  

İnsanın xəyalı hey yüksəlirdi,  

Gecikmiş durnanın səsi gəlirdi. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə