SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə90/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   86   87   88   89   90   91   92   93   ...   98

______________Milli Kitabxana_______________ 

379 


 

 

Gah ucalıb, gah endikcə o pərdə-pərdə  



Bu iqlimdən o iqlimə yol açıb keçir.  

Elə bil ki, qartal süzür mavi göylərdə,  

Qoca Qafqaz dağlarını dolaşıb keçir,  

Bu iqlimdən o iqlimə yol açıb keçir.. 

Alim kimi qaşlarını çatır o bəzən,  

Cumub gedir fikirlərə, düşüncələrə,  

Söhbət açır o, gələcək qərinələrdən.  

Kommunizmin gülşənindən gül dərə-dərə  

Cumub gedir fikirlərə, düşüncələrə. 

Qəhrəmanlar hünərindən o, ilham alıb  

Şövqə gəlmiş dünyamıza sözü var kimi.  

Mətləbciyi qurtaranda, boğaza salıb  

Qışqırmayır o mənasız adamlar kimi...  

Şövqə gəlmiş dünyamıza sözü var kimi. 

Hər pərdədə söhbət açır insan ürəyi,  

Vəcdə gətir min əməlin şeriyyəti də...  

Oxşadıqca duyğuları bahar küləyi  

İnsan oğlu xoşbəxt görür təbiəti də,  

Vəcdə gəlir min əməyin şeriyyəti də. 

Bəzən olur dəniz kimi o, dalğa-dalğa,  

Fırtınalar, təlatümlər andırır bizə.  

Ahıl dağlar qəlbimizdə qalxır ayağa,  

Kor təbiət salam verir iradəmizə,  

Fırlınalar, təlatümlər baş əyir bizə. 

Boz səhralar çiçək açır, sular durulur,  

Dağlar üstə dağlar qoyur insan hünəri.  

Hər addımda səadətə bir ev qurulur,  

Bütün dünya alqışlayır bizimkiləri,  

Dağlar üstə dağlar qoyur insan hünəri. 

Arabir də asta-asta, lap ehtiyatla  

Elə bil ki, qulaqlara söz pıçıldayır.  

Şerim kimi nəfəs alır o da həyatla, 




______________Milli Kitabxana_______________ 

380 


 

 

Ürəklərə neçə zəfər müjdəsi yayır.  



Elə bil ki, qulaqlara söz pıçıldayır. 

 

(Gül ey dünya, nəsibindir səadət sənin,  



Yalnız zəfər yaraşmışdır insan şəninə,  

Dalğalarda qərq olmasın hünər yelkənin,  

Qoy başımız ucaldıqca ucalsın yenə,  

Yalnız zəfər yaraşmışdır insan şəninə. 

 

Etiladan doymamışdır, doyarmı ürək,  



Əql evinin nə divarı, nə hasarı var...  

İnsan ömrü daha xoşbəxt günlər görəcək,  

Bir dünyada hər ürəyin min baharı var,  

Əql evinin nə divarı, nə hasarı var... 

 

Ey fəxrimiz, şöhrətimiz, böyük Nizami!  



Dedin: "Şüur kainatı gəzib seyr edər,  

Ucalsa da insan fikri, insan kəlamı,  

Qanad çalar bir müəyyən nöqtəyə qədər..." 

Bəs bu gözəl simfonyanı dinlədikcə mən,  

 

Niyə fikrim bir nöqtədə kilidlənməyir?  



Bir dünya yox, neçə dünya keçir qəlbimdən,  

Günəşin də mövqeyinə idrak enməyir?  

Niyə fikrim bir nöqtədə kilidlənməyir? 

 

Yaradanı bir qadındır bu xoş sənətin,  



Orkestri dolandırır öz əllərilə.  

O, hüdudsuz bir idrakın, bir şeriyyətin  

Dünyasından söhbət açır əməllərilə,  

Orkestri dolandırır öz əllərilə). 

 

XXV 

 

Əmirxanın başı dəydi əhlət daşına,  



O ayıldı: məclislərin gec yuxusundan...  

Böyük fikir gəlmədisə yenə başına,  

Çox soyudu ehtirasdan, pul arzusundan. 



______________Milli Kitabxana_______________ 

381 


 

 Vaxt oldu ki, qonaq getdi həmyaşlarına,  

Neçə evdə bir tükənməz səadət gördü.  

Qibtəylə də baxdı bəzən yoldaşlarına,  

Ürək açan təzə-təzə yüz adət gördü... 

 

Atasıyla, anasıyla sevinənləri  



Gördüyü vaxt bağrı başı dönüb qan oldu;  

Yada saldı öz balası körpə Ülkəri,  

Ata qəlbi neçə dəfə nigaran oldu... 

 

Ərlə arvad ünvanına qoşa sağlıqlar  



Deyildikcə fikrə getdi qəm yeyə-yeyə;  

Bərk yapışdı boğazından namus ilə ar,  

Öz evini öz əlinlə uçurdun, deyə... 

 

Məclislərdə göründüsə arabir yenə,  



Dincəlmədi, oturmadı axıra qədər.  

Kef vaxtında pərişanlıq çökdü qəlbinə,  

Başındasa yuva saldi lal düşüncələr. 

 

- Ev dağıldı, uşaq getdi, yalqızam daha,  



Yaddan çıxıb gedir tamam öz sənətim də.  

Bir gümanım qalmamışdır artıq sabaha,  

Ağırlaşır ildən-ilə təbiətim də... 

 

Bu qayğılar pəncəsində darıxdıqca tək,  



Öz ahında dönə-dönə yanıb əridi.  

Arabir də ürəyinə toxtaq verərək,  

Ayaq üstə can çəksə də, yenə yeridi... 

 

İllər keçdi, o tanınmış bir şəxs olmadı,  



Adicə bir həyat oldu fikri, diləyi;  

Düzdür, əli bir gün belə işsiz qalmadı,  

Ancaq yenə düşünmədi o, gələcəyi... 

 

Aygündənsə ümidini kəsdi büsbütün,  



Təsadüfən gördü onu ildə bir kərə.  

Hər il qızın yarandığı, doğulduğu gün  

Atasından hədiyyələr getdi Ülkərə. 



______________Milli Kitabxana_______________ 

382 


 

 

Hər bir insan öz yerini tutdu həyatda.  



Şöhrət tapdı öz sənəti, öz hünərilə.  

(Hər kürənin bir yeri var bu kainatda.  

Öz yerində dövrə vurar öz mehvərilə...) 

 

Mühəndis də, müəllim də, təbib də hər an  



Oz işilə, peşəsilə məqsədə çatdı.  

Çoxlarına həyan oldu zamanla məkan,  

Hər ağac da bir müəyyən yerdə boy atdı. 

 

Əmirxansa öz yerini itirdiyindən  



Neçə səmtə əsib getdi gilavar kimi.  

Utandı da tamaşaya biletsiz gələn,  

Ayaq üstə yersiz duran adamlar kimi... 

 

İdrak onu çox danladı: öz sənətin var,  



Məqsədsizmi keçirirsən, de, ömrünü sən?  

Taylarındır ildə neçə orden alanlar,  

Sənsə hələ orda-burda can çürüdürsən. 

 

Gec deyildir... Qayit yenə öz sənətinə,  



Yerdən yapış, yer qaldırar bir gün səni də!  

(Şərik oldum mən idrakın nəsihətinə.  

Yer qaldırar hər şeri də, hər nəğməni də...) 

 

Açdı bəzən gözlərini o, gələcəyə,  



Ümidinin şölələri tez söndü yenə.  

Daha gecdir, daha gecdir baş tutmaz deyə,  

İnanmadı, İnanmadı öz qüdrətinə... 

 

Ancaq zaman dolandıqca, keçdikcə illər,  



O zövq aldı insanların hünər səsindən.  

İldən-ilə ucaldiqca bizim nəsillər,  

Əmirxan da "adi həyat" fəlsəfəsindən  

Qurtarmağa cəhd elədi bir xeyli müddət,  

Neyləyək ki, gec dəyişir hökmünü adət. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə