SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

______________Milli Kitabxana_______________ 

383 


 

XXVI 

 

Deyirsən bu illər ərzində Aygün  



Yada gətirdimi heç Əmirxam?  

Yoxsa ürəyindən çıxarıb bütün  

Başqa birinəmi qaynadı qanı? 

 

Yox, sevə bilmədi o heç bir kəsi,  



(Sevgi oyun deyil, ürək oyuncaq.) 

Başına düşmədi sevda həvəsi,  

Bir də şad olmadı qəlbi doyunca... 

 

- Ana, atam hanı, - dedikcə Ülkər,  



Aygün Əmırxanı gətirdi yada;  

Canlandı qəlbində ilk xatıralər,  

O keçən günlərə qayıtmasa da... 

 

Ancaq öz ərinə yandı da hərdən,  



O müqəddəs qadın, müqəddəs ana.  

Ülkəri gözü tək istədiyindən  

Düşmən kəsılmədi o, Əmirxana... 

 

Niyə qayıtmadı bəs öz evinə,  



İnadmı qəlbini çürüdüb yedi?  

Yox, yox, Əmirxandan o qorxdu yenə,  

Təhsilim yarımçıq qalmasın, - dedi. 

 

Düzü də beləydi... Əmirxan hələ  



Əl götürməmişdi öz inadından.  

Yaşayıb əvvəlki əqidəsilə,  

Qorxurdu Aygünün istedadından. 

 

* * * 



Gəlin sənət ilə yaşadı yalnız,  

Ona sirdaş oldu hər bir əsəri  

Dinib danışdıqca qələmlə kağız  

Aygünün dağınıq düşüncələri. 

  



______________Milli Kitabxana_______________ 

384 


 

Yığışıb bir yerə, bir dastan oldu,  

Sevindi qəlbində xoşbəxt bir aləm...  

O, həyat aşiqi bir insan oldu,  

Nə hicran yurd saldı qəlbində, nə qəm. 

 

Sonsuz bir eşq ilə sevdi varlığı,  



Sevdi təbiəti, axar suları,  

Sevdi hər zəfəri, bəxtiyarlığı,  

Yüksək əməlləri, saf arzuları. 

 

Dörd divar içində yalqız durmadı,  



O, duydu hər qışı, hər baharı da.  

Xəyal dünyasında tək oturmadı,  

Gəzdi zavodları, tarlaları da. 

 

Bəzən eşitdiyi hər yeni səsdən  



Gözəl rübabında bir nəğmə çaldı.  

Hər canlı hünərdən, hər xoş nəfəsdən,  

Hər yeni nəğmədən bir ilham aldı. 

 

Aylarla qalxmadı bəzən iş üstdən,  



O, yüz düşüncədən birini seçdi,  

Elə bil qovladı, o, vaxtı qəsdən,  

İllər bir-birindən tez gəlib keçdi. 

 

Ülkərin boyundan oxudu, bəzən  



Aygün bu sürətlə keçən illəri.  

Kiçik bir zeh açdı saçlarına dən,  

Başda çiçək açar insan hünəri... 

 

XXVII 



 

Bu axşam Aygünün evində gülən  

Bu şənlik, bu büsat, bu cəlal nədir?  

Ürəkdən-ürəyə axıb süzülən  

Söyləyin, şeirdir, yoxsa nəğmədir? 

  

  



 


______________Milli Kitabxana_______________ 

385 


 

 

Gör bizim bəstəkar nə qədər şaddır,  



Yanır yanaqları dağ laləsi tək.  

Bu gün hər qayğıdan, qəmdən azaddır,  

Gülür çəmən kimi o, çiçək-çiçək. 

 

Başdan-ayağadək geyib qırmızı,  



Məclisə gün kimi şölələr yayır.  

Gələn qonaqlara bu eller qızı  

Üstü zəfəranlı plov paylayır. 

 

Yayılmış nanənin, reyhanın ətri,  



Süfrədə rəngbərəng şərablar da var.  

Otağa sığmayıb gül dəstələri,  

Sağ olsun səmimi, mehriban dostlar. 

 

Ülkər də seyr edib öz anasını,  



Ortada quş kimi qol-qanad açır.  

Duyub sağlıqların saf mənasını  

Gözündən ətrafa şəfəqlər saçır. 

 

(Sevin, ey yurdumun əziz körpəsi,  



Nə qəm gör aləmdə, nə də qüssə çək!  

Bir an da ağlasa bir uşaq səsi  

Qəlbimə sancılar o səs nizə tək.) 

 

Aygünün qəlbində gün tək alışan  



Bir dünya duyuram göylərdən dərin.  

Yanır sağ döşündə qızıl bir nişan,  

Üstündə əksi var bizim rəhbərin... 

 

Təbrik nitqləri, odlu alqışlar  



Bir an kəsilməyir axşamdan bəri;  

Əl çalıb oynayır dostlar, tanışlar.  

Külək də titrədir pəncərələri. 

(Beşinci badədən sonrasa Elyar  

Mənim tək qızışıb qalxır ayağa).  

Bizim qarabağlı, o gənc nəğməkar  

Oxuyur, yayılır səsi uzağa: 



______________Milli Kitabxana_______________ 

386 


 

 

 "Ay işığı, bulaq başı, göy çəmən, 



Bir dünyamız, bir sən özün, bir də mən, 

Pərdə-pərdə gah ağlayan, gah gülən 

Nəfəsinlə oxu, gözəl, qoy səsin 

Ürəyimdə kaman kimi titrəsin... 

 

Karvan-karvan göydən ulduzlar köçür,  



Öz bəxtinə hər kəs bir ülkər seçir.  

Qocalırıq... Ömür keçir, gün keçir,  

Oxu, gözəl! Oxu, gözəl, qoy səsin  

Ürəyimdə kaman kimi titrəsin... 

 

Can evimə sığışmayan arzular  



Bir dünyada neçə dünya arzular,  

Məhəbbətin nə ilki, nə sonu var,  

Oxu gözəl, Oxu gözəl, qoy səsin  

Ürəyimdə kaman kimi titrəsin..." 

 

Elyar oxuduqca incəlir səsi,  



Məclis sükut edir ona hörmətlə;  

Canlara yayılır onun nəfəsi – 

Oxuyan ürəkdir bir məhəbbətlə... 

Elyar "Oxu, gözəl" dedikcə hər an,  

 

Nə üçün Aygünün üzünə baxır?  



Nə məna süzülür baxışlarından,  

Odlu gözlərində şimşəkmi çaxır? 

Aygün də hiss edir o baxışları,  

Rəng alıb, rəng verir gəlinin üzü;  

Sözsüz də anlayır, duyur Elyarı.  

(Duymaqla keçirək öz ömrumüzü.) 

Qızlar fürsət tapıb pıçıldaşırlar: 

- Deyəsən yamanca vurulub Elyar. 

- Mən də bu rütbəyə çatsaydım əgər, 

Məni də, məni də bəyənərdilər... 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə