SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə92/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

______________Milli Kitabxana_______________ 

387 


 

 

- Görünür 



bəxti var... Rənginə bir bax! 

- Elə bil dağ gülü çiçək açacaq. 

- Nə olsun? Duldur ki... Uşağı da var... 

- Eh... 


Dula 

baxmayır aşiq olanlar... 

Yamanca ucaldı kişinin qızı! 

- Yaxşı, danlamayaq Öz baxtımızı, 

Bizə nə olub ki... Tək imiş Elyar? 

- Kül 


olsun 

başıma! Otuz yaşım var, 

Hələ bir elçi də gəlməyib bizə... 

- Özgə suyunasa qoy daş atmayaq... 

(Bizsə bu qeybəti çox uzatmayaq, 

Qayıdaq yenə də mətləbimizə). 

Üç dəfə çalındı qapının zəngi...  

Kimdir qonaqlığa bu vaxtsız gələn?  

Ağardı qar kimi Aygünün rəngi...  

Yonulmuş daş kimi anq bir bədən  

Dayandı gəlinin qarşısında lal.  

O heç danışmadı, dinmədi bir an,  

Aygünə bir dəstə gül verib, dərhal,  

Gözləri yaşarmış çıxdı qapıdan...  

Bu dəm pəncərədə dayandı külək,  

Sükuta qərq oldu məclisdəkilər.  

Gedənin dalınca tez yüyürərok, 

Ata, ata! - deyib qışqırdı Ülkər. 



Bozardı Aygünün rəngi kül kimi,  

Soyudu gct-gedə məclisin odu;  

Ülkər saraldıqca qızılgül kimi,  

Atalar, analar pərişan oldu. 

İnsanlar ağladi bu qəlb yasına,  

Gah açıq dedilər, gah xisın-xısırı: 

- Heç 

kəsin balası öz atasına, 



Ya öz anasına həsrət qalmasın... 

Gecədən çox keçdi, qonaq gələnlər  

Qalxıb dağılışdı bir-bir, iki-bir; 



______________Milli Kitabxana_______________ 

388 


 

  

Qonaq da köçəri bir quşa bənzər,  



Yalnız ev sahibi uçan deyildir. 

 

Aygünü bir dərin



 

fikir apardı,  

Gecəni yatmadı sabaha qədər;  

Üz-üzə çarpışan nəşələr, qəmlər  

Bir insan qəlbində tufan qopardı. 

Bir əsər yaranır hər düşüncədən,  

Hər qəlb vurğusunun öz mənası var.  

Sonu acı keçən o xoş gecədən  

Mənalı bir romans qaldı yadigar: 

"Üfüqlər qızarır al güllər kimi,  

Günəş boy göstərir, açılır səhər.  

Yığışın qəlbinə bülbüllər kimi,  

Ey ilk xatirələr, ilk xatirələr! 

Mən onu sevınişdim bir saf ürəklə,  

O mənim eşqimi duysaydı egər...  

Girin pencərəmdən əsən küləklı,  

Ey ilk xatirələr, ilk xatirələr! 

İndi mın piyada, siz atlısınız.  

Qaldımı eşqimdən kiçik bir əsər?  

Nədəndir gah acı, gah dadlısınız,  

Ey ilk xatirələr, ilk xatirələr!" 

Aygünün başında bu düşüncələr,  

Uzanıb qızının yanında yatdı;  

Elə bil göylərdə Ay ilə Ülkər  

Günəş yayıldıqca buluda batdı... 

 

XXVII 



 

Elyar da yatmadı bütün gecəni,  

Düşündü, daşındı mənzilində tək.  

"Aygün sevəcəkmi, sevərmi məni?" – 

Dedikcə çırpındı köksündə ürək. 



______________Milli Kitabxana_______________ 

389 


 

 "Bəlkə de ürəyi soyumamış heç  

Uğursuz dediyi ilk məhəbbətdən?  

Bəlkə qovuşacaq ərinə tez-gec,  

Kaş ki, düşməyəydim bu sevdaya mən. 

 

Yox! Bu ola bilməz!.. Aygün bir daha  



Sözünü çeynəyib qayıtmaz geri...  

Ümidlə, ümidlə baxım sabaha,  

Mənim ürəyimdir onun son yeri... 

 

Mənimdir o meyxoş, o dolğun çiçək,  



Sevəcək, sevəcək o dilbər məni.  

Mənimlə bir yerdə dövran sürəcək,  

Ayırmaq olarmı səsdən nəğməni?.. 

 

Bir də ki, Əmirxan... O artıq hanı?  



Həyatdan nə qədər geri qalmışdır.  

Bir də sevə bilməz o, Əmirxanı,  

Aygün yaxşı bilir, çox ucalmışdır. 

 

Qaydadır aləmdə: ucalan enməz...  



Yox, yox, xatırlamaz keçən günləri...  

Yaydan ayrılan ox geriyə dönməz;  

İrəli baş alar, yalnız irəli". 

 

Dünənki məclisi yad etdi Elyar,  



Gözündə canlandı o kiçik səhnə;  

O baxış, o romans, o pıçıltılar  

Elyarı inada çağırdı yenə. 

 

Madam ki, eşqini sezdirdin açıq,  



Sözündə bərk dayan, dönmə geriyə;  

Meydana müsəlləh əsgər kimi çıx,  

Sabahın zəfəri mənimdir deyə! 

 

Səadət gül açdı onun üzündə  



Süsənli, sünbüllü bir bahar kimi.  

Ümid şölələri yandı gözündə  

Cənub göylərində ulduzlar kimi. 



______________Milli Kitabxana_______________ 

390 


 

 Hardasan, Əmirxan, hardasan indi?  

Yoxsa ağır yatıb yuxu görürsən?  

Bir oyan qəflətdən, meydan sənindir,  

Oyan ki, Aygünü əldən verirsən. 

 

Hardasan, a başı bəlalı cahal?  



Tez-tez qızınınsa gözünə görün!  

Olub keçənləri ondan xəbər at,  

Bəlkə də insafa gələcək Aygün... 

 

XXIX 

 

Əmirxan o axşam getdi məclisdən,  



Gecəni yatmadı sabaha qədər.  

Qəlbinə zor verdi qəm qəmin üstdən,  

Sıxdı məngənə tək onu fikirlər. 

 

Eh, nahaq göründüm... Nə deyəcəklər,  



O böyük bir adam, mən adi bir şəxs...  

Daima yüksələn böyük bir hünər  

Özündən aşağı əyilə bilməz... 

 

Qəflət yuxusunda neçə il qabaq  



Heç bir hünərinə inanmadığım,  

Bir do duymadığım. o qanmadığım  

Aygünün indiki cəlalına bax! 

 

Qəribə dövrandır. Adi bir insan  



Nə böyük sürətlə gedir irəli.  

Atını dördnala çapdıqca zaman  

Tanımaq olmayır keçən günləri. 

 

Mənsə dala qaldım, hamıdan dala...  



Qeyrətim olmadı bir qadın qədər.  

Ölüm də yoxdur ki, canımı ala;  

Mənim də adıma kişi deyirlər... 

 

Bir də mən Aygünə görünsəm əgər,  



O, mənim üzümə baxaraq tərs-tərs: 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə