SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə93/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

391 


 

 İndi şöhrətimi sevirsən deyər,  

Üzümə xoş sifət, xoş üz göstərməz. 

 

Yox, yox, o doğrudan çox ucalmışdır.,.  



Mənsə sürünürəm, o yerə enməz:  

Taleyim nə yaman günə qalmışdır,  

Məni bu günümdə heç kəs bəyənməz. 

 

Bəlkə boyun əymək... Bəlkə yalvarmaq.  



Eh, ölsəm yaxşıdır bundan bir dəfə.  

Başıma uçsa da qayalı bir dağ  

Bir də üz qoymaram Aygün tərəfə! 

 

XXX 



 

Dolandı həftələr, dolandı aylar,  

Sənətlə bir yerdə ucaldı Aygün.  

Qəlbində insanlar, ulduzlar, aylar  

Bəstəkar yaşadı, yaratdı hər gün. 

 

Məktəbə apardı hər gün Ülkəri,  



Daima göz qoydu qızın dərsinə.  

Qız da səkkiz yaşa çatandan bəri  

Hamı valeh oldu onun səsinə. 

 

Ülkər anasının nəğmələrini  



Bəzən oxuduqca bir xoş nəfəslə,  

Elə bil bir şair ilk əsərini  

Oxudu bir səsdə min bir həvəslə. 

 

Böyüdü yüz dəfə ana ürəyi,  



Yerlərə sığmadı bəxtiyarlığı.  

(Qız olur ananın yaxın köməyi,  

Qıza çox bağlıdır ana varlığı.) 

 

Fəqət, qız bilmədi, bilmədi niyə  



Alası kənarda gəzir onlardan.  

Uşağın ürəyi sınmasın deyə,  

Aygün olanları açmadı bir an. 



______________Milli Kitabxana_______________ 

392 


 

Qoy sevsin, deyərək, atasını qız,  

Bəzən Əmirxanı təriflədi də.  

Açıb ağartmadı o, sirri vaxtsız,  

Atanı küsdürən mənəm, dedi də. 

 

* * * 



Bəs neçin Ülkərin qara qaşları  

Yay kimi çatılmış bu axşam, neçin?  

Nədir üzündəki o göz yaşları?  

De, nədən ağlayır o için-için? 

 

Hətta anasının üzünə belə,  



Başını qaldırıb baxmayır bir an.  

Anası tutduqca onu xoş dilə  

Az qala partlasın qız acığından. 

 

- Qızım, ağrın alım, nə oldu sana? 



Niyə dinməyirsən, bir danış, qızım? 

Bəs sənin hörmətin budur anana? 

Mənim əziz balam, körpəcə quzum, 

 

Mən ki, dəyməmişəm sənin xətrinə... 



Ülkər inad qızdır, dinməyir yenə.  

Aygün dönə-dönə yalvarır ona,  

Dolayır qolunu qızın boynuna.  

 

Sonra mehribanca üzündən öpür,  



Silib göz yaşını gözündən öpür. 

Yumşalır get-gedə uşağın qəlbi,  

Dinir kəlmə-kəlmə bir tuti kimi: 

 

- Bayaq... 



dərsdən sonra... keçirdim bağdan, 

Atamı... atamı gördüm uzaqdan... 

O da məni gördü... 

- Görüşmədiniz? 

- Niyə, qucaqlaşıb öpüşdük də biz... 

O məni bağrının başına basdı, 

Bütün sozlərimə qulaq da asdı. 

Qayıq seyrinə də apardı məni, 




______________Milli Kitabxana_______________ 

393 


 

  

Sənin "Xatirələr" adlı nəğməni  



Üç dəfə oxutdu... O, qəmgin oldu,  

Hə, hə, uşaq kimi gözü də doldu...  

Dedim ki: - Ay ata, nə üçün bizdən  

Ayrı yaşayırsan... Atamsan ki, sən?  

O mənə dedi ki... dedi ki: - Anan  

Böyük adam olub, bəyənmir məni.  

Aygün xəyalına gətirdi bir an  

Bu kiçik söhbəti, kiçik səhnəni.  

Keçdi düşüncələr başından bir-bir:  

"O tənə vurmağı tərgitməmişdir...  

Yaxşı ki, qızını sevir ürəkdən,  

Yaxşı ki, zövq alır bala deməkdən.  

Yaxşı ki, Ülkər də çox sevir onu,  

Bilmir müqəssirin kim olduğunu...  

Bilməsin... bilməsin qoy hələ Ülkər.  

Zaman dolandıqca, keçdikcə illər  

Boya-başa çatar kamala dolar,  

İşin tarixindən qız agah olar,  

Hələlik "müqəssir" mənəm deyərək,  

Qızı dərdlənməyə qoymayam gərək". 

Ana öz bağrına basıb qızını,  

Oxşadı ömrünün dan ulduzunu.  

Qara saçlarına lent də bağladı,  

(O, sirri yenə də gizli saxladı.)  

Üzdəsə Ülkərin üzünə güldü,  

Ağzından inci tək sözlər töküldü: -  

Qızım, ağrın alım, çox inadam mən,  

Acığım getməyib hələ qəlbindən.  

Atanı çox istə, get görüş yenə,  

Vaxt olar qayıdıb gələr evinə.  

Bir də dərd eləmə özünə bunu,  

Tapar su gələndə ciz yolumunu...  

Di dur, yaxşı balam, dərslərinə bax! – 

Ülkər şadlığından qanad açaraq,  

Uçdu anasının üstə quş kimi,  

Qəmlər qəfəsindən qurtulmuş kimi... 

 



______________Milli Kitabxana_______________ 

394 


 

XXXI 

 

Gecə yorğanını çəkmiş başına,  



Aygün də uzanmış öz yatağına.  

Ancaq o möhtacdır can sirdaşına,  

Soyuq bir yel əsir qəlb otağına.  

Otuza az qalır Aygünün yaşı,  

Yenə od kimidir al yanaqları.  

Bir aypara kimi əyilmiş qaşı;  

Onun xoş ətirli gül dodaqları  

Neçə il bir öpüş görməmiş, inan!  

Gah sola çevrilir, o gah da sağa,  

Arabir yataqdan qalxıb ayağa,  

Ayrılmaq istəyir xəyallarından...  

Nədir düşündüyü? Mehriban bir səs,  

Alovlu bir ürək, isti bir nəfəs.  

Müqəddəs bir sevgi, təmiz bir əməl,  

Saçını oxşayan lütfkar bir əl,  

Bir əl ki, bağrına bassın gəlini,  

Bu saf gözəlliyin saf heykəlini;  

Bir açıq qaşqabaq, bir xoş, gülər üz,  

Mehriban bir baxış, mehriban bir söz,  

Evdə kişi səsi, qadir bir hünər,  

Eşqin keşiyində dayanan bir ər!.. 

Duyub düşündükcə Aygün bunları,  

Gözünün yuxusu çəkilir dəm-dəm.  

Yel əsir, qar yağır, gecəsə yarı,  

Üşüyür qəlbində bütün bir aləm.  

Sonra başındakı bu düşüncələr  

Bir-bir ulduz kimi batır heçliyə.  

Gecə uzanırsa açılır səhər,  

Bütün insanlara "oyanın!" deyə. 

Səhərin eşqilə Aygün oyandı,  

Geydi saxladığı toy paltarını...  

Yenə yanaqları od kimi yandı, 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə