SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə94/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

395 


 

Andırdı gəncliyin ilk baharını.  

Əyləşdi piano qarşısında tək,  

Onun sinəsində dil açdı ürək: 

"Mən indi bildim ki, ürəyim acdır...  

Elə bil çörəyə, suya möhtacdır.  

Məhəbbət əbədi bir ehtiyacdır,  

Mənim də dünyada sevənim varmı? 

Doğrudur, insanlar mənə əl çalır,  

Ancaq səadətim yarımçıq qalır...  

Dağlar da eşq ilə qalxıb ucalır,  

Eşqsiz bir bahar, deyin, baharmı? 

Hanı saçlarımı oxşayan bir əl,  

Bir mehriban nəfəs, bir isti əməl?  

Gəl, ey məhəbbətin müjdəsi, tez gəl!  

Məni düşündürən bu arzularmı?" 

O yenə düşündü, yenə də çaldı...  

Basıldı üç dəfə qapının zəngi.  

Aygün səhər-səhər bir məktub aldı,  

Dəyişdi otağın bütün ahəngi. 

"Bəlkə də yazdığım bu məktubla mən  

Xəbər verməyirəm ürəyinizdən...  

Odur ki, əvvəlcə üzr istəyirəm  

Ki, sizə "sevgilim Aygün" deyirəm. 

Bəli, mən sevirəm... Haqqım var buna,  

Məhəbbət şərəfdir insan oğluna.  

Yalnız məhəbbətlə insan ucalar,  

Eşqsiz bir ürək vaxtstz qocalar.  

Fəqət sevməmişdim mən indiyədək  

Hər qızda bir cürə ayıb görərək.  

İndisə xoşbəxtəm... Sevirəm sizi,  

Sizin şairanə xilqətinizi.  

Elə ki, simanız qarşımda durur, 

 



______________Milli Kitabxana_______________ 

396 


 

Ürəyim döyünüb şiddətlə vurur...  

Bəzən yuxum belə qaçır gozümdən.  

(Açıq btr fikirlə deyirəm bunu)  

Dünyada bir sizi sevməliyəm mən  

Bildim məhəbbətin nə olduğunu...  

Nə qədər şirindir bu ləziz nemət!  

Şərbət tək içilir bu yolda qəm də.  

İnsana yaraşır yalnız məhəbbət,  

Deyə bir səs ötür hər vaxt sinəmdə...  

Eşidin qəlbimdən qopan bu səsi,  

Baxmayın üzümə biganələr tək.  

İçimdə yandıqca eşqin nəfəsi.  

Ürəyim odlanır pərvanələr tək.  

Mən bir nəğməkaram, sizsə bəstəkar,  

Sənət rübabının qoşa simiyik,  

Bizim bir yolumuz, bir qayəmiz var,  

Bir canda biz iki ürək kimiyik. 

Var olsun birləşən ürəklərimiz,  

Solmasın əbədi bir bahar kimi.  

Sənət dünyasının göylərində biz,  

Gəlin qoşa süzək qartallar kimi". 

Aygün oxuduqca nəzər saldı ki,  

İnci tək düzülmüş sözlər yanaşı.  

O qədər xəyala, fikrə daldı ki,  

Köksünün üstünə əyildi başı... 

O bir də məktuba hörmətlə baxdı,  

"Müqəddüs duyğular, arzular" deyə;  

Qəlbi iftixarla buluda qalxdı,  

Məni də dünyada sevən var deyə. 

Bir anlıq gözündə rəqs etdi aləm,  

Bir cüt ulduz kimi gözləri yandı.  

Fəqət xəyalının önündə bu dəm  

Əmirxan kölgə tək gəlib dayandı... 




______________Milli Kitabxana_______________ 

397 


 

  

Bir də ilk eşqinin ilk nübarını  



Andı dan yerinin ulduzu kimi.  

Ülkər yerə döydü ayaqlarını  

Bordaqda saxlanmış bir quzu kimi... 

 

*** 



Bilmədim o vaxtdan keçdi neçə gün,  

Nəyimo gərəkdir hər günün adı?  

Bir onu bildim ki, dostumuz  

Aygün Məktubu Ülkərdən gizli saxladı... 

 

Düşünüb fikrində bəzən Elyarı,  



Açdı arzuları çiçəklər kimi.  

Ancaq başındakı bu arzuları,  

Qovdu öz diilə, milçəklər kimi. 

 

Bir də danışmadı heç yerdə bunu;  



Söz düşməsin, dedi, boş ağızlara...  

Dərk edib özünün kim olduğunu,  

Bir kağız göndərdi Aygün Elyara: 

 

"Sizin yazdığınız məktubu aldım.  



Təmizdir qəlbiniz, safdır eşqiniz.  

Oxuyub, bir müddət heyran da qaldım,  

Eşqə, səadətə layiqsiniz siz. 

 

Mənimsə ürəyim sınıqdır hələ,  



Qəlbimin yarası sağalmamışdır...  

Bəlkə də sevgiyə heç indən belə  

Könlümün evində yer qalmamışdır. 

 

Yalnız sənətimlə yaşayıram mən,  



Bir də ki, gözümün işiğı Ülkər..- 

Niyə gizlədim ki, bəzən qəlbimdən  

İsti bir nəfəs də keçir, müxtəsər. 

 

Fəqət sevməyirəm mən heç bir kəsi,  



Xəyalım bir yerdə qərar tutmayır. 


______________Milli Kitabxana_______________ 

398 


 

  

Üzümə dəydikcə övlad nəfəsi  



Ürəyim ilk eşqi heç unutmayır... 

 

Geri dönməsə də o keçən günlər,  



Ayaq basmasam da o boş saraya,  

Doğma atasını çox sevir Ülkər,  

Qaynayıb qarışmaz ögey ataya... 

 

Məndən inciməyin... Düzü belədir,  



Sizə ağlayıram, baxıb gülmürəm.  

Yalan danışmağın mənası nədir,  

Mən hələ heç kəsi sevə bilmirəm..." 

 

XXXII 



 

Bir yeni sürətlə keçdikcə günlər  

Yayıldı şəhərə yeni bir xəber – 

O axşamkı məclis, o pıçıltılar,  

O baxış, o romans, o sükut, o səs;  

Dedilər Aygünə vurulmuş Elyar,  

O bir də ərinin üstünə getməz. 

 

Dedilər gecələr ay işığında  



Onlar qoşa gəzir bağçada, bağda.  

Dedilər yatmayır qılınclar qında...  

Onlar qoşa yatır hətta otaqda... 

 

Dedilər dəyişir səmti ruzgarın,  



Bu gün-sabahlıqdır iş-işdən keçib.  

Dedilər, o gecə Aygün Elyarın  

Hələ sağlığına şərab da içib... 

 

Kişilər canbirdir... Lap arvad, lap ər...  



Onları ayırmaq olmaz bir daha.  

(Ah, ey şayiələr, ey şayiələr!  

Salamat çıxmayın bir də sabaha!..) 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə