SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə95/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

399 


 

  

- Yalandır, yalandır, - dedi Əmirxan



Yaxşı tanıyıram mən ki, Aygünü; 

O, hissə qapılmaz, hər yerdə, hər an  

Namusla keçirmiş bütün Ömrünü. 

 

Yox! Qayda-qanunla getməmiş ərə,  



Öpməyə də qoymaz Aygün əlini.  

De, səni kim saldı şayiələrə,  

Ey atam gəlini, anam gəlini! 

 

XXXIII 

 

O getdi. Bu dəfə namusla getdi;  



Yenə də Aygünlə üz-üzə durdu.  

Aygünün danxmış vaxtına yetdi,  

Ərk ilə bir sorğu-sual da qurdu: 

- De, 


səni doğrudan sevirmi Elyar? 

Ancaq düzünü de... Mən bir qonağam... 

- Bunn 

soruşmaqdan nə məqsədin var? 



-       Məqsəd, mən nə qədər dünyada sağam, 

Sənin namusunu göz bəbəyim tək 

Bütün böhtanlardan qoruyam gərək. 

Çünki anasısan mənim qızımın, 

Oxu daşa dəymiş ilk baxtımızın... 

- Bu 


təlaş artıqdır. Hamıdan çox sən 

Mənim əxlaqımı yaxşı bilirsən... 

Ayrı nə sözün var? 

-  


Sənin sağlığın... Ancaq o  

Elyarı tap mənə ver bir,  

Ona göstərim ki, ev yıxmaq nədir?! 

De, kimin evini yıxır ki, Elyar, 



Sənin evinmi var, ailənmi var? 

Bu evi sən yıxdın öz əllərinlə, 

Sərxoş arzuların, əməllərinlə. 

- Məlumdur... Görünür sevirsən onu

Ayığam, demə ki, yenə sərxoşam... 

 



______________Milli Kitabxana_______________ 

400 


 

- Eşqin, məhəbbətin nə olduğunu 

Səndən ayrılalı mən unutmuşam. 

O vaxtdan heç kəsi sevə bilmirəm...  

Diddi Əmirxanın ürəyini qəm. Nə desın?  

Doğrudur bu acı töhmət;  

Üzdən qımışdısa içdən gülmədi.  

Aygünün üzünə bir xeyli müddət  

Başını qaldırıb baxa bilmədi. 

- Bəli, öz evimi öz əlim yıxdı, - 

Deyib, danışmağa dili varmadı. 

Səssizcə qalxaraq qapıdan çıxdı, 

Bir ümid işığı o aparmadı,.. 

Getdi yol uzunu hey düşünərək:  

"Onun baxışları nə yaman sərtdir!  

Görünür yapışmaz sınan bir ürək,  

Eh, qadın xilqəti gizli xilqətdir... 

Bəlkə də söz verib, sevir Elyarı,  

Üzümə üzdənsə gülmədi mənim.  

Söndü ümidimin son ulduzları,  

Çürümüş ət kimi tökül, bədənim!". 

 

* ** 



Aygün də özünü danladı bir az: 

- Deyəsən yazığın qəlbinə dəydim; 

Yenə Əmirxanı sevə biləydim, 

Nə deyim... Baş tutar, bu yoxsa tutmaz?..  

Bir insan olsaydı vaxtında ərim  

Bütün ailəni salmazdı dərdə,  

Birə yüz artardı mənim hunərim.  

Bu çirkin, bu qara şayiələr de  

Heç uydurulmazdı ərsizəm deyə,  

İndisə, döşünə bərk döyə-döyə  

Qeyrətdən danışır, deyir kişiyəm,  

Deyir ki, mən namus keşikçisiyəm. 

  



______________Milli Kitabxana_______________ 

401 


 

Eh, bir də illərcə yaşadı evsiz,  

Bəlkə də qəlbində yurd saldı iblis...  

Kişidir... yəqin ki, neçə üz gordü,  

Qapılar tanıdı evlərə girdi... 

 

XXXIV 



 

Aygün, əziz bacım, bilirsən ki, mən  

Dünyaca sevirəm səni ürəkdən.  

Sevirəm səndəki gözəl sənəti,  

O saf qəlbindəki saf şeriyyəti.  

Sevirəm mən sənin vüqarını da,  

Andını, əhdini, ilqarını da.  

Hələ bu sifətlər qalsın bir yana,  

Doğrudan, anasan, gözəl bir ana!  

Axı, çox güzəştə gedir analar,  

Ata dərdi çəkən ayparan da var.  

Qoy sənin qəlbini yıxmasın inad,  

Vaxtdır, xeyrə doğru, gəl addımlar at.  

Artıq, Əmirxan da sən görən deyil,  

Çox ağır olsa da, o doyişir bil...  

Əmirxan keflərə, əyləncələrə  

Gedir, ya getməyir ayda bir kərə.  

İçsə də şad deyil, pərişan olur,  

Səni xatırlayıb gözləri dolur.  

Ancaq açılmayır, o qorxur ki sən  

Onu birdəfəlik rədd eləyəsən.  

Dəyişir, dəyişir o, ürəyini...  

İndi halal yeyir öz çörəyini...  

Paxıl da deyildir o, yana-yana  

Baxıb küsənməyir heç bir insana.  

Bu yaxşı sifətdir, çox gözəl işdir,  

Əmirxan doğrudan çox dəyişmişdir...  

Böyük bir nöqsanı var ancaq onun,  

O geridə qalmış həyat oğlunun:  

"Gündəlik dolanma, gündəlik çörək" 

 Fikri, fəlsəfəsi başında qalır...  

Odur ki, adi bir ömür sürərək

  



______________Milli Kitabxana_______________ 

402 


 

 

Nə bir ad çıxarır, nə də ucalır.  



Bir də öz gücünə o inanmayır,  

Böyük bir ilhamla qəlbi yanmayır;  

Bir para insanlar kimi dünyada  

Burnundan irəli baxmayır o da...  

De görək neyləyək? Baxıb güləkmi?  

Yoxsa yıxılanı tuta bilərmi?  

Gəl onu axtaraq, baş çəkək yenə,  

Qaranlıq qəlbində məşəl yandıraq.  

O inanmasa da, öz qüdrətinə  

Çalışaq, birtəhər biz inandıraq. 

Danışdıq Aygünlə bu xüsusda biz.  

Nə qədər şad oldu ürəklərimiz!  

Açıldı gül kimi Ülkərin qəlbi.  

Ancaq qabaqladı bizi bir xəbər,  

Biz onu axtarıb tapana kimi – 

Əmirxan Bakıdan çıxmış - dedilər... 

 

XXXV 


 

Aygünə dedim ki, sən qalma işdən,  

Gedim mən axtarım, görüm hardadır.  

Onu söz gücünə tez taparam mən,  

Qorxub-eləmə ki, uzaqlardadır. 

 

Düşdüm sorağına mən Əmirxanın,  



Dağlar ayaqlayıb, dərələr keçdim.  

Gəzdim hər yanını Milin, Muğanın,  

Yandıqca arxların suyundan içdim. 

 

"Muğan" dastanımda əks olunmadı  



O yerdə gördüyüm gözəl bir səhnə;  

Sonralar bildin ki, "ilğımdır" adı  

Düşsün şerimizin söz xəznəsinə; 

 

Muğanda yay günü, görürsən bəzən  



Torpağın bürküsü axır su kimi. 

    



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə